Ukrayna hücum tədarükündə... AMMA NƏYNƏN? - GƏLİŞMƏ
Tarix: 26-04-2023, 07:49 | Çap et
 NATO-nun Ukraynaya dəstəyinin xarakteri və miqyası perspektiv üçün bir sualı aktual edir – görəsən, rəsmi Kiyev Rusiya işğalına qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacaqmı? Bu, Qərbin gələcəkdə Ukraynanın suverenliyi naminə nələri qurban verəcəyindən və qlobal rəqabətdəki dəyişkənliklərdən asılı vəziyyətdə qalmaqdadır. Hərçənd Qərb qlobal sisteminin gələcəyinin Ukraynada sınaqdan keçirildiyi qənaətindədir. Buna görə də NATO genişlənmə siyasətinin uğurlu yekununu istəyirsə, Ukraynaya hərbi dəstək vermək məcburiyyətindədir, lakin görünür ki, bu ehtiyaclardan da üstün dayanan narahatlıqlar mövcuddur. Məsələ təkcə Rusiyanın nüvə silahı istifadə etmək ehtimalları ilə əlaqəli deyil, həm də qlobal nüfuz dairəsi mənasında Qərbin maraqlarına hansı strateji zərbələrin vurulacağı ssenariləri ilə bağlıdır. Hərçənd ki, NATO Ukraynaya nəzərəçarpacaq dəstək göstərir və Finlandiyanı öz ailəsinin üzvü edib, İsveç də Alyansa üzvlük üçün növbəsini gözləyir. Lakin bu “partlayış”lara baxmayaraq, hələ də NATO-da Ukraynaya davamlı dəstəklə bağlı qarışıq düşüncələr mövcuddur. Ən azından, effektiv əks-hücum əməliyyatları üçün lazım olan döyüş təyyarələri və uzaqmənzilli raketlər Ukrayna ordusunun arsenalına təqdim edilmir. Xüsusilə Rusiya ilə Çinin, Rusiya ilə İranın Ukraynadakı müharibə səbəbi ilə Qərbə qarşı eyni müqavimət oxunda birləşməsi NATO-nu ehtiyatlı davranışlara sövq edir. Qərbdə narahatlıqları artıran səbəblər sırasında Rusiyanın Ukraynada işğal etdiyi əraziləri öz əlində saxlamaq üçün nüvə silahından istifadə etmək ehtimalıdır. Bu, Qərbin Ukraynaya böyük qələbə bəxş etməsində yaranan əngəllərdən biridir, hərçənd Rusiya özü də nüvə silahından çəkinir. Çünki Kremldə NATO-nun mümkün antinüvə tədbirləri barədə fikirlər mövcuddur. Ümumilikdə nüvə silahı amili və Qərbin qlobal panoramda böyük strateji boşluqlarla qarşılaşması riskləri Ukraynanın əlinə qələbə kubokunu təqdim etmir. Deməli, Ukraynanın əks-hücum əməliyyatlarına hazırlaşması, müharibənin mümkün növbəti raunduna uyğunlaşmaq əsas oyunçuların daha geniş hərbi, siyasi, diplomatik mənzərəni necə oxumasından asılı olacaq. NATO bunun bəzi sətirlərini oxuyur, Ukraynaya silah tədarükünü genişləndirir, lakin səhifələr vərəqləndikcə ortaya dəstəyin xarakteri və ölçüləri barədə suallar çıxır. Ukraynanın özü əks-hücum əməliyyatlarına nəzəri olaraq hazırdır, lakin canlı qüvvə və silah çatışmazlığı rəsmi Kiyevin ritorikasının praktiki göstəricilərini sual altına alır. Bu sualların sayını artıran məqamlardan biri də ABŞ-də Ukrayna ilə bağlı məxfi sənədlərin fəlakətli sızmasıdır. “Sızma əməliyyatları” ABŞ daxilində Ukraynaya dəstəklə bağlı ikitirəliyin yarandığına işarə verir ki, bu da Ukraynanın mənəvi ruhuna zərbə vurur. Kreml də bundan istifadə edir, ABŞ-nin Rusiyanın planlaşdırma, komandanlıq və nəzarət strukturuna nə qədər dərindən və hansı vasitələrlə baxdığını öyrənib təhlil edir. Bu, Rusiyanın ABŞ-nin Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməsinə qarşı əks-həmlə qabiliyyətini artıra bilər. Aqşin Kərimov - DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
|