Azərbaycan nefti 128 dollar civarında ticarət olunur .....                     Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib .....                     Azərbaycan-Laos münasibətləri inkişafdadır .....                     İcra Hakimiyyətində yeni təyinatlar .....                     Dövlət qurumlarının saytlarına kiberhücum olub .....                     Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar .....                     "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı .....                     NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... .....                     Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər .....                     Dünya bazarlarında neft yenidən bahalaşır .....                     Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib .....                     ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir .....                     Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                 

İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Tarix: 19-06-2025, 16:44 | Çap et

İran İsrailin raket proqramı haqqında məlumat əldə edib və onu müttəfiqləri və anti-İsrail qrupları ilə bölüşməyi planlaşdırır. Bu barədə İranın İnformasiya (Kəşfiyyat) Nazirliyi məlumat yayıb.

“Tasnim” xəbər agentliyi İranın İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədləri əldə edə bildiyini bildirib. İnformasiya Naziri İsmayıl Xətib sənədləri “kəşfiyyat məlumatlarının xəzinəsi” adlandırıb. Onun sözlərinə görə, əldə edilən məlumatlar ölkənin hücum potensialını gücləndirməyə kömək edəcək.

İran kəşfiyyatı sənədlərin bəzilərinin İsrailin hərbi və raket proqramları ilə bağlı olduğunu bəyan edib. Qeyd olunur ki, Tehran İsrailin nüvə hərbi proqramı, eləcə də “cari və gələcək proqramlar” haqqında məlumat, bu layihələrdə iştirak edən alimlər haqqında məlumatlar əldə edib.

Kəşfiyyat məlumatlarına görə, sənədlərin bəziləri artıq İran Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

Bəyanatda deyilir: “Qalanını İran dost ölkələrlə bölüşəcək, ya da təşkilatlara və anti-sionist qruplara veriləcək”.

Nazirliyin məlumatına görə, əməliyyat İsrailin çoxsəviyyəli təhlükəsizlik sisteminin aşılması ilə dinamik əməliyyat şəraitində həyata keçirilib: “Əməliyyatda iştirak edən bütün qüvvələr tam təhlükəsiz şəraitdə vətənə qayıdıb. İran xüsusi xidmət orqanlarının bu sənədlərə çıxış üsulları və onların işğal olunmuş ərazilərdən çıxarılması üsulları İsrailin qoruyucu mexanizmlərini tamamilə zərərsizləşdirəcək şəkildə planlaşdırılıb və həyata keçirilib”.

Beləliklə, verilən məlumat doğrudursa, bu sızıntı Yaxın Şərqdəki gələcək vəziyyət üçün hansı nəticələrə səbəb ola bilər? Potensial olaraq nə qədər təhlükəlidir? Tehran bu məlumatdan necə istifadə edə bilər? İsrail bu barədə nə deyir? İranın əldə etdiyi məlumatların dəyərini bir qədər şişirtməsi ehtimalı varmı?

AYNA.AZ-ın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

İsrailli hərbi ekspert, “YouTube” platformasında hərbi-analitik kanalın müəllifi Sergey Auslender:

“Burada məsələ ondan ibarətdir ki, İran çox güman, belə bir məlumat əldə etməyib. Onlar iki kəşfiyyat agentinin adını çəkiblər. Bunlar iranlıların xahişi ilə müdafiə nazirinin evinin yaxınlığında kameralar quraşdırmağa cəhd edən iki yerli marginal, narkotik aludəçisi və Hayfa ətraflarında yaşayan axmaqlardır.

Yəni, belə “agentlər” o cür məlumatlara çıxış əldə edə bilməzlər. Yaxşı, bu, sadəcə olaraq mümkün deyil, tamamilə qeyri-mümkündür. Ona görə də mənə elə gəlir ki, İran tərəfi arzuladıqlarını reallıq kimi qəbul edir”.

İsrailli politoloq, Bar-İlan Universitetinin professoru Zeev Xanin:

“Hələlik heç nə məlum deyil. İranlılar hələ də heç nə göstərməyiblər. Onlar yalnız gizli obyektlərin kameralarından 40 min saatlıq video çəkilişlərdən və sənədlərdən danışırlar. Bu, onların nüvə arxivinin məşhur oğurluğuna güzgü cavabı kimi görünür.

Lakin sonra İsrail tam olaraq nəyi oğurladığını göstərdi və Tramp nüvə sazişindən çıxdı. İndi isə iranlılar müəmmalı şəkildə susurlar. Bir həmkarımın mənə dediyi kimi: “Əməliyyat Kəşfiyyat Nazirliyi tərəfindən lovğalıqla açıqlanır, görünür, onlar SEPAH-ın möhtəşəm uğursuzluqları fonunda öz uğurlarını nümayiş etdirməyə çalışır. İsraildə biz yalnız agentləri işə götürmək cəhdlərindən xəbərdarıq, lakin ŞABAK tərəfindən həbs edilən heç kəsin sirlərə çıxışı yox idi. Bir sözlə, dəqiq heç nə demək olmaz”.

Rusiya Dövlət Humanitar Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Rəvandi-Fədai:

“Verilən məlumatların doğru olduğunu və İranın İsrailin nüvə obyektlərinin yerləşdiyi yerlə bağlı məlumatları əldə etdiyini fərz etsək belə, son hadisələr olmasaydı, regionda ciddi qeyri-sabitlik olmazdı. Axı, İran sanksiyaların aradan qaldırılması üçün ABŞ-la həssas danışıqlar aparır və vəziyyəti gərginləşdirmək onun maraqlarına uyğun deyildi.

Amma əgər İsrail özü İran obyektlərini atəşə tutmağa başlayıbsa, o zaman Tehran bütün alınan məlumatlardan istifadə edərək ciddi cavab verə bilər. İndi də bu hərəkətlər beynəlxalq ictimaiyyətin gözü qarşısında Təl-Əvivin təxribatına cavab kimi baxmaq məcburiyyətində qalacaq və Tehranın reputasiyasına xələl gətirməyəcək.

Onu da qeyd edək ki, İran açıq şəkildə bu məlumatdan (iranlıların fikrincə, MAQATE İranın nüvə problemi, o cümlədən sonradan israillilər tərəfindən öldürülən nüvə fizikləri ilə bağlı məxfi məlumatları İsraillə bölüşürdü) İsrailin Qərbdəki nüfuzunu sarsıtmaq üçün istifadə etmək istəyirdi ki, bu yaxınlara qədər ABŞ-la aparılan danışıqların gedişinə təsir göstərməsin”.

AYNA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycan nefti 128 dollar civarında ticarət olunur
Bu gün, 09:47
• Azərbaycan Laos münasibətləri yeni mərhələyə yüksəlib - MƏQALƏ
Bu gün, 09:42
• Azərbaycan-Laos münasibətləri inkişafdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 09:40
• İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
Bu gün, 09:34
• Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
• Rubindən Azərbaycana qarşı qalmaqallı ittihamlar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
• "Unibank"ın baş mühasibi AZAL-da vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:20
• NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:14
• Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 08:59
• Dünya bazarlarında neft yenidən bahalaşır
Bu gün, 08:56
• Ukrayna Qərbdən gözlədiyi 8,3 milyard dollar yardımı ala bilməyib
Bu gün, 08:04
• ABŞ-nin hərbi əməliyyatları narkotik ticarətini dayandıra bilmir - WSJ
Bu gün, 07:08
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru