“ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                 

Almanlar türk millətinin ən böyük düşmənidir
Tarix: 27-08-2015, 09:56 | Çap et
Almanlar türk millətinin ən böyük düşmənidir
PKK-nı silah və pulla təmin edən Almaniya həm də Türkiyəni təzyiq altında saxlamağa çalışır

Bu günlərdə Türkiyə qırıcılarının bombardmanı nəticəsində Qəndil dağında ölən, kod adı "Dilsoz Bahar" olan, Almaniya vətəndaşı Kevin Joaçimin cəsədinin vətəninə məhz Türkiyə dövləti üzərindən aparılmasına göstərilən cəhdlər Berlinin türk milləti əleyhinə çox xain planlar həyata keçirdiyini ortaya çıxardı. Elə Qəndil dağındakı mənbələrin türk kəşfiyyatına ötürdüyü xəbərə əsasən adıçəkilən alman PKK düşərgəsində təlim keçirmiş. Özü də tək olmayıb, o, öldürülsə də, hazırda terrorçuların düşərgəsində daha 6 Almaniya vətəndaşı olan silah mütəxəssisi təlim keçməkdədir. Bu yerdə onu da xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olarkən Almaniyanın adını terroru dəstəkləyən ölkələr sırasında çəkmişdi.
Maraqlıdır, tarixən Türkiyə ilə müttəfiq olan Almaniya niyə türklərlə düşmənçilik edir?
Müşahidəçilərin böyük hissəsi bunu əsasən kürdlərin Almaniya xeyli çəkiyə malik olması ilə əlaqələndirirlər. Üstəlik, PKK-nın başlıca maliyyə qaynaqları da bu ölkədə yerləşir. Yəni PKK və əlaltılarının Berlin üzərində təsiri qaçılmazdır. Məlumata əsasən, bu gün Almaniyada PKK-ya maliyyə dəstəyi verən 13 min mənbə mövcuddur. Kürdlər Almaniya ərazisini üç yerə - "Şimal", "Mərkəz" və "Cənub" idarə mərkəzinə bölərək fəaliyyət göstərirlər. Bölgü bununla bitmir, həmin üç mərkəz ümumilikdə 28 bölgəyə, onlar da özək təşkilatlara və son olaraq təşkilatlar da hücrə evləri səviyyəsində qərargahlara ayrılır. Terrorçu təşkilatın üzvləri elə təlimatlandırılıblar ki, istənilən an təcili hərəkətə keçə bilərlər. Həm də PKK Almaniya fəaliyyət mexanizmini möhkəm qurduğu üçün Berlin hökuməti istəsəydi belə yaxın gələcəkdə bu təşkilatın fəaliyyətini dayandıra bilməzdi... Bu gün Almaniya PKK-ya siyasi və silahlı mübarizə aparması üçün Avropada ən güclü dəstək verən ölkədir. "Humanitar yardım" adı altında hər il toplanan on milyonlarla avro vəsait PKK-nın silahlanmasına və özünü idarəetməsinə sərf olunur. Hətta çoxlu sayda kürd mənşəli iş adamları da var ki, onlardan mütəmadi olaraq bu məqsədlə "haqq" alınır. Sonra isə həmin pullar əsasən Türkiyə və İraq Kürdüstanı üzərindən PKK terrorçularına çatdırılır. Bu transfer isə PKK-nın "İqtisadi və Maliyyə bürosu" tərəfindən heç bir rəsmi prosedur olmadan xüsusi kuriyerlər vasitəsilə təşkilata çatdırılır.
PKK həm də narkotik qaçaqmalçılığından da külli miqdarda vəsait qazanır. Ərdoğanın özünün vaxtilə dediyi kimi, hər il Almaniyadakı təxminən 189 vəqf və dərnəkdən PKK-ya orta hesabla 300 milyon avro göndərilir.
Yeri gəlmişkən, rəsmi Ankara həmin vəqf və dərnəklərin hətta ünvanlarına qədər haqqında məlumat verən siyahını dəfələrlə Almaniya hökumətinə təqdim etməsinə baxmayaraq, onlara maneə törədilmir. Bu arada qeyd edək ki, həmin kürd maliyyə mənbələri arasında çoxlu ticarət mərkəzləri, toy, sünnət, Həcc ziyarətləri kimi tədbirlər keçirən şirkətlər, hətta kiçik sənaye müəssisələri mövcuddur.
Əslində, PKK-ya hər mənada dəstək çox ölkədən verilib. Almaniya sadəcə bunlardan birincisidir. Əlimizdəki siyahıdan bəzi dövlətlərin adlarını sıralayaq:
PKK Rumıniyadan ticari əlaqələr saxlamaq məqsədilə bir baza kimi istifadə edir. Onlar Rumıniyada Kürd İş adamları dərnəyi yaradıblar və "Mesopotamiyanın səsi" adlı jurnal da buraxırlar. Hətta Türkiyədə metropollara və turist bölgələrinə qarşı hücumların planları da məhz bu ölkədə hazırlanır. Burada püxtələşən təşkilat üzvləri Yunanıstana göndərilir, orada hərbi təlim keçir və sonda bombalı terror aktlarını törətmək üçün Türkiyəyə keçirlər.


Niderland PKK-nın siyasi mərkəzi sayıla bilər. Çünki terror təşkilatı 1995-ci il aprelin 12-də Niderlandın Lahey şəhərində qondarma Kürd parlamenti yaradıb. Məlumata əsasən, Türkiyə vətəndaşı olan kürdlərdən zorla pul yığılır və PKK-nın silahlanmasına xərclənir. Təşkilat bu ölkədə bir sıra dərnəklər vasitəsilə mövcudluğunu qorumaqdadır.
Suriya da PKK-nın dostları sırasındadır. Yeri gəlmişkən, Suriya tərəfi həmişə içməli su problemi və Xatay vilayətinə iddialarını əlində bayraq edərək PKK-nın yanında yer alıb. Hətta PKK-nın həbsdə olan lideri Abdullah Öcalan xeyli müddət terrorçularını məhz Suriya ərazisindəki qərargahından idarə edib.
Kürdistan muxtariyyətinin timsalında İraq da PKK-nın təlim-qərargahı sayılıb. Bu günün özündə də İraqın şimalı - Qəndil dağları PKK-nın Türkiyəyə qarşı xain hücumlarının təşkil edildiyi mərkəz olaraq qalır. Hətta PKK istəyir ki, Niderlandda fəaliyyət göstərən qondarma kürd parlamentini də Qəndilə köçürsün.
İsraillə PKK arasında əvvəldən də bağlılıq vardı. Məlumata əsasən, İsrail hətta dövlət olaraq dəstəkləməsə belə, MOSSAD-dan ayrılmış və ordudan tərxis olunmuşlar hazırda PKK-nın təlimləndirilməsində strategiyasının müəyyənləşdirilməsində rol oynayırlar. Xüsusilə böyük şəhərlərdə bomba hücumlarının İsrail mütəxəssisləri tərəfindən planlaşdırıldığı güman edilir.
Son vaxtlar adı daha çox hallanan İranın da bu təşkilatla əlaqəsi olduğu deyilir. Məlumata əsasən. PKK-nın İran ərazisində təlim düşərgələri mövcuddur. Hətta PKK-nın başında dayananların İranın yüksək rütbəli məmurları ilə əlaqə saxlamasına dair də məlumatlar sızdırılır.
Bolqarıstanda kommunist hakimiyyətinin dəyişməsi səbəbindən baş alıb gedən qarışıqlıqdan istifadə edən PKK-çılar və onların bu ölkədəki havadarları təşkilatlanmağa macal tapıblar. Bu gün PKK Bolqarıstan ərazisindən Avropa ilə Türkiyə arasında tranzit olaraq yararlanır.
İtaliya hökuməti PKK-ya bu ölkədə fəaliyyət göstərməsinə icazə verməyəcəyini desə də, 1998-ci il sentyabrın sonlarında terrorçuların burada konfrans keçirməsi Roma ilə Ankara arasında problemə səbəb olmuşdu. İtaliya Yaxın Şərqdə istehsal olunan heroinin ən böyük alıcısı və tranzitçisidir. Məlumata görə, PKK-nın bu ölkə ərazisində ən iri narkotik maliyyə mənbələri var ki, onların da arxasında vəzifəli şəxslər dayanıb. PKK-nın İtaliyada Kürdistan Mədəniyyət Dərnəyi, Kürdistan İnformasiya Bürosu, ERNK Bürosu-Roma, Kürd Dostluq Dərnəyi və digər qurumları fəaliyyət göstərir.
Rusiya PKK-nın yaradıcılarındandır. Kürdistan Milli Qurtuluş Cəbhəsi (ERNK), Beynəlxalq Kürd Mədəniyyət Mərkəzi, Kurt-Rus Dostluq Dərnəyi və sair bu ölkədə yerləşir. PKK-çılar Rusiyada çox yazşı maliyyə mənbəyi kimi istifadə edir və hətta rəsmi Moskva kürdlərə bir sıra beynəlxalq səviyyəli anti-Türkiyə mahiyyətli konfranslar keçirməyə icazə verib. Məsələn, PKK-nın yaratdığı qondarma Kürd Məclisi 1995-ci ildə Moskvada üç günlük konfrans keçirib.
Böyük Britaniya PKK-nın siy asi müstəvidə təlimləndirilməsi üçün əsas rolu oynayıb. Amma ingilislər bunu həmişə üçüncü tərəfin vasitəsilə etdikləri üçün iz qoymamağa çalışırlar. Eləcə də London müxtəlif səviyyələrdə dəfələrlə Türkiyəni kürdlərə qarşı ayrı-seçkilik etməkdə günahlandırıb.
Fransa küprdlərin və PKK-nın dostu olaraq tanınır. Fransa həmişə PKK-nın Avropa ölkələrindəki bölmələri arasında başlıca koordinator olub.
Avstriya hökuməti hər zaman PKK-ya və onun törəməsi olan təşkilatlara xoş rəftarı ilə diqqət çəkib. Avstriya ərazisi adətən kürdlərin anti-Türkiyə tədbirlərinin keçirildiyi ölkəyə çevrilib. Ümumiyyətlə, kürdlər Avstriyada Türkiyənin əleyhinə istənilən tədbiri keçirə və təşkilat yaradıb qeydiyatını təsdiqlədə bilərlər.
İsveçrə ərazisi də PKK-nın fəaliyyəti üçün açıqdır və kürdlər burada Türkiyənin əleyhinə istənilən addımı atmaqda azaddırlar.
İsveç hökuməti isə PKK-çı dərnəklərin mərkəzidir. Hətta vəziyyət o yerə çatıb ki, hökumət PKK-nın terror aktlarını qınaya bilmir. İsveçdəki azadlıqdan istifadə edən PKK orada yaşayan türkiyəli kürdlərdən zorla pul toplayır. Ümumiyyətlə, 42 kürd dərnəyi İsveçdə federasiya şəklində birləşib.
Danimarka da kürdlərin məsələsinə və PKK-nın terrolr aktlarına azadlıq mübarizəsinin göstəricisi kimi baxır və hətta əziyyət çəkən Türkiyəni qınayır.
Finlandiya bir qədər də irəli gedərək "Kürd məsələsi", "Əzilmiş bir xalqın mübarizəsi" və sair kimi mövzuları həmişə gündəmində tutmaqdadır. Hətta paytaxt Xelsinkidə Fin-Kükd dostluq cəmiyyəti fəaliyyət göstərir.
Serbiya da həmişə PKK-nın ən yaxın təminatçısı olub. İllər boyu Türkiyəyə qarşı istifadə etdiyi axır silahları, hətta raketləri Serbiyadan alan PKK bu gün Belqradla əlaqələrini qoruyur.
Yunanıstanda PKK-nın ən iri təlim düşərgələri fəaliyyət göstərir. Ümumiyyətlə, Afina kürdləri Türkiyə dövlətinin bütövlüyünə qarşı çıxaran ən güclü mərkəzlərdən biridir. Belçikada da PKK-nın fəaliyyətinə, onun müxtəlif adlarda təşkilatlar yaratmasına və özünə maliyyə mənbələri tapmasına rəsmən icazə verilir… Mövzumuhzu tamamlamaq üçün yenə qayıdaq yazımızın əsas qayəsirnə - Almaniyaya. Niyə bu ölkə çox vacibdir PKK məsələsində? Ona görə ki, Avropanın mərkəzində yerləşən və qitənin ən iri dövləti, dünyanın ən böyük iqtisadi güclərindən biri olan Almaniya tarixən müttəfi hesab edilən Türkiyənin maraqlarını qoruya bilsə, güman ki, PKK-nın koordinasiası zəifləyəcək və maliyyə qaynaqları da yetərincə toplanış edə bilməyəcək. Çünki Almaniya elə geosiyasi mövqedədir ki, bir qayda olaraq Avropanın bütün dövlətləri sərhədləri boyunca birləşməyə qoymur. Həm də rəsmi Berlin PKK-ya qarşı mübarizəyə qalxarsa və Avropanın digər subyektlərinə də bu mənada iəsir göstərərsə, bu PKK-nın sonu olardı. Axı türkün Avropada ən çox ərk etdiyi dövlət Almaniyadır və almanların səhv siyasəti ucbatından iki dəfə (1-ci və 2-ci dünya savaşları nəzərdə tutulur - V.T.) zərbə altında qalıb…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru