Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                 

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..." - Sahil Babayevin NƏZƏRİNƏ!
Tarix: 28-07-2021, 09:24 | Çap et
"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."
“Oğlum hərbi xidmətdə olanda əlindən snayperlə vurublar. Barmağının biri yoxdur, digər ikisinin sinirləri çıxarılıb, yararsızdır. Elə yararsız adı ilə də hərbidən təxris olunub. İş də tapa bilmir, “yararsızsan”, – deyirlər. Ancaq ona pensiya təyin olunmur”.

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."

Ucarın Qaradağlı kəndinin sakini Qorxmaz Həsənov belə deyir. Bildirir ki, oğlu Oruc Həsənov 2017-ci ildə hərbi xidmətdə olub. Füzulidə, cəbhə bölgəsində xidmət edib. Gecə postda olduğu vaxt vurulub:

“Deyirlər ki, əslində başı nişan alınıb, ancaq həmin vaxt anidən çevrildiyi üçün güllə əlinə tuş gəlib. Beləliklə, sol əlinin kiçik barmağı amputasiya olunub. Dördüncü barmağı üzülüb, işləmir. Ümumiyyətlə, əli tam açılmır, hansısa bir əşyanı tuta bilmir. Sənədləri var, baxanda gözlə də görünür. Uşaq əmək qabiliyyətini itirib, ancaq ona əlillik dərəcəsi təyin etmək istəmirlər”.

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."

Oruc Həsənovun sol əlinin kiçik barmağı amputasiya olunub

Ata bildirir ki, oğlunun bütün sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə göndərilib. Ancaq həmin idarə heç bir araşdırma aparmadan oğluna əlillik dərəcəsi təyin olunmasından imtina edib. Cavabda “müalicəyə ehtiyacı var”, – yazılıb. Qorxmaz Həsənov bununla razılaşmır, cavabı “yalan, saxta və qanunsuz”, – hesab edir:

“Deyək ki, müalicə olundu, həqiqətən ehtiyacı var. Bununla onun amputasiya olunmuş barmağı geri gələcək, yaxud digər fəaliyyətsiz, siniri çıxarılmış barmağı sağalacaq? Bu, dünyada analoqu olmayan biabırçılıqdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəhbərliyi edib”.

Qorxmaz Həsənov bildirir ki, əsgərlikdə zədə alıb, yararsız hala düşməklə bağlı oğluna 7 min sığorta pulu ödənməlidir. Onun 2 mini ödənib, ancaq qalanı bu günədək verilmir. Deyirlər ki, əlillik alınsa, veriləcək, yoxsa, yox. Əlillik də verilmir:

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."

Xəstəlik haqqında şəhadətnamə

“Bu uşaq yararlıydısa, niyə əsgərlikdən tərxis olunurdu? Özü də hadisə başına əsgərliyinin 10-cu ayında gəlmişdi. Çoxu getmişdi, azı qalmışdı. Yazıq uşaq hadisə zamanı da özünü itirməyib. Düşən barmağını cibinə qoyub ki, bərpa etsinlər, ancaq edə bilməyiblər. Görürsüz, kimsə əlil qalmaq istəməz. Əli də parça-parça imiş. Papaninə çatdırıblar, orada əlini yarıb, sümük çıxarıb, əlinin üstünə tikiblər. Amma yenə də əl əmələ gəlməyib”.

Oruc Həsənovun hazırda işi kənddə sahələri sulamaq, yer belləməkdir. Anası deyir ki, bunu görərkən çox əziyyət çəkir. Normal işinin olmasını o da istəyir, ancaq hara gedir, işə götürmürlər:

““Yararsızsan” – deyib, yola salırlar. Eyni zamanda, dövlət də pensiya təyin etmir ki, düşmür. Biz anlaya bilmirik, necə olur, adam həm yararsız olur, həm də pensiya düşmür? Arzusu idi, hərbçi olmaq istəyirdi, ona da götürmədilər. Hərbi biletində də “hərbiyə yararsız” yazıblar. Bir müsibət idi başımıza gəldi. Şükür, ölməyib, sağdır, ancaq dərddən, fikirdən pis vəziyyətə düşüb”.

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının təqdim etdiyi Çıxarış Epikrizi

Qorxmaz Həsənov deyir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına getməkdən yorulublar. Hər dəfə gedir, əlillik üçün sənədlər toplanır, göndərilir:

“Cavab gəlir ki, müalicəyə ehtiyacı var. Olmayan bir şeyin nəyini müalicə etməlidirlər? Uşağın barmağının biri yoxdur, biri işləmir, sallanır, sinirsizdir. Qalan əlinin də yarısı işlək deyil. Bunu nə qədər müalicə et, nə çarəsi? Biləyində güc yoxdur, psixoloji durumu ağırdır. Özünü lazımsız, gərəksiz hiss edir. O gün görürəm oturub pillləkəndə, fikirlidir. Deyirəm, nə olub? Deyir: “Məni heç yerə işə götürmürlər, deyirlər, “yararsızsan”. Bəs mən həyatımı necə quracağam? İcazə verin gedim Bakıya. Bəlkə məni fəhlə kimi işə götürərlər”. Ağladı, ürəyim ağrıdı, icazə verdik, getdi”.

Ata deyir ki, heç olmasa yararsız kimi əlillik dərəcəsi versələr, aldığı pensiya ilə konturunu, siqaretini ödəyər. Yoxsa, dolanmaq çətindir:

“Vallah, biz də kasıb adamıq, çatdıra bilmirik. Nəsə bir cuzi də olsa, kömək etsinlər, yazıqdır. Zülüm-zülüm ağlayır, əli şişib olub nə boyda. Düşünmürlər bu uşaq nə ilə dolanmalıdır? Sonuncu döyüşdə də qardaşı getdi, bunu aparmadılar ki, yararsızsan. 23 yaşı var, bu vəziyyəti ona ağırdır, dözmür”.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, əlilliyin təyini onların işi deyil:

“Biz ekspert komissiyasından keçirmişik, rəy yazmışıq. Son qərarı nazirlik verir. Hər şey elektron şəkildə göndərilir, rəylər əlavə olunur. Yəni əlillik təyin edilmirsə, bizlik heç nə yoxdur”.

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."

Ombudsman aparat rəhbərinin müavinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktubu

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsindən isə bildirilib ki, vətəndaş əlillik dərəcəsinə görə qeydiyyatda olduğu ərazidəki poliklinika və ya xəstəxanaya müraciət etməlidir. Onun vəziyyəti ilə bağlı baş həkim forma 88 adlı sənədi doldurmalıdır:

“Sonra həmin sənəd sistemə vurulur. Elektron qaydada göndərilir, sonra incələnir. Sənəddə xəstənin durumu ilə bağlı yazılanlar qiymətləndirilir və bunun əsasında əlillik təyin edilir. Sonda əlillik düşürsə, yaxud müalicəyə ehtiyac varsa, ümumiyyətlə, cavab hər nə olursa olsun, bu barədə vətəndaşın elektron ünvanına və ya telefonuna mesaj göndərilir. Proseslər hamısı şəffaf şəkildə aparılır”.

"İş də tapa bilmir, “yararsızsan” deyirlər, ancaq ona pensiya da təyin olunmur..."

Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavabı

Qorxmaz Həsənov isə deyir ki, 2017-ci ildə Allah oğlu Orucu onlara yenidən verib, amma bu dəfə travmalı, həyatdan küsmüş vəziyyətdə. Onu bu durumdan çıxarmaq üçünsə əllərindən heç nə gəlmir.

Meydan TV








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru