Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... .....                     "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır .....                     Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! .....                     Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər .....                     İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? .....                     Marketlərdə BÖYÜK TƏHLÜKƏ: .....                     30 min hektarlıq dövlət otlağı necə talanıb? .....                     Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? .....                     Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb .....                     Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı .....                     Xocavənddə “Qrad”la öldürülən Melkumyan... .....                     Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır .....                     Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama .....                     Bu iki bank narazılıq yaradır .....                     " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." .....                     Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                 

Talıbovun əsas məmurları “vitrində”… - Səbuhi Məmmədovun “Arkoz” sevgisi nədən qaynaqlanır?
Tarix: 25-12-2023, 09:27 | Çap et
Talıbovun əsas məmurları “vitrində”…
Vasif Talıbovun vəzifəsilə vidalaşmasından bir ildən artıq vaxt ötüb. Bəs bu müddət ərzində Naxçıvanda fundamental dəyişiklik olubmu? Əslində, bir ilə bunu gözləmək də məntiqsiz olardı. Cünki illərdən bəri yığışıb qalan problemlərin cəmi bir il ərzində həlli mümkün deyildi. Ancaq sadə naxçıvanlılar hesab edir ki, heç olmasa tikinti sektorunu canlandırmaqla iş yerlərinin açılmasına nail olmaq mümkün idi. Etiraf edək ki, Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra, əhalinin daha çox çalışdığı sahələrdən olan tikinti sektorunda sükunət hökm sürür. Əvvəl bu vəziyyəti biz də başqaları kimi yeni komandanın səriştəsizliyi kimi qəbul edirdik. Ancaq son günlər ərzində önümüzdə canlanan mənzərə, təqdim olunan faktlar mövzuya olan münasibətimizə bir qədər korrektələr etmiş oldu. Sən demə, tikinti sahəsində hökm sürən sükutun çox dərin və obyektiv səbəbləri varmış. Bir neçə gündür ki, Naxçıvanda tikinti sektorda baş vermiş özbaşınalıqlarla bağlı çeşidli məlumatlar tirajlanır. Həmin materiallarla tanış olduqda bəlli olur ki, demə, Vasif Talıbov dönəmində icra edilən böyük tikinti layihələrinin əksəriyyətinin nəinki normal sənədləri, heç layihəsi və smetası belə olmayıb. Bütün bu işləri görən şirkət isə talıbovlarla , türk əsilli iş adamı – Emin Uçalın şərik işlətdikləri “Gəmiqaya” , sonra isə ondan törəyən “Arkoz” olub. Naxçıvandakı yeni rəhbərlik “Arkoz”un gördüyü işləri təhvil götürəndə dəhşətli mənzərə ilə üzləşib. Görüblər ki, hətta Prezident İlham Əliyevin belə açılışında iştirak etdiyi strateji tikililər qısa müddət ərzində dağılıb, ciddi aşınmaya məruz qalıb. Məlum olub ki, tikintilərdə keyfiyyətsiz materiallardan istifadə edilib. “Arkoz”dan etdikləri nöqsanları aradan qaldırmaq tələb olunanda isə, onlar bunu tələb edənlərin üzərinə media preysinqi ilə cavab veriblər. Etiraf edək ki, “Arkoz”un mövqeyini ifadə edən yazıları biz də digər KİV-lərə istinadən saytımızda vermişik və istəyənlər axtarış verib, onlarla tanış ola bilər. Bunu ona görə xatırladırıq ki, kimsə bizi birtərəfli olmaqda ittiham etməsin. Təsəvvürümüz nə vaxt dəyişdi? “Arkoz”un ittihamlarına tuş gələn və oradakı layihələrin konsaltinqini həyata keçirən şirkət Naxçıvana bir media tur təşkil etdi. Həmin media turda iştirak edənlərdən biri də, hörmətli həmkarımız Heydər Oğuz oldu. Məhz Heydər Oğuzun konkret faktlara əsaslanan silsilə reportajlarından sonra belə qənaətə gəldik ki, əslində, “Arkoz” – un qaldırdığı bu səs-küy məsuliyyətdən yayınmaq üçün imiş.
Məhz bunları tam dərk edəndən sonra, “Naxçıvanın tikinti sektorunda kompromat savaşı” adlı bir videomateral hazırladıq. Bundan sonra, bilirsinizmi, “Arkoz”la bağlı nə qədər şikayət aldıq? Məsələn, Quliyev Malik İbrahim oğlu bizimlə əlaqə saxlayaraq bildirdi ki, o, “Naxçıvançay İstirahət Mərkəzinin” tikintisində podratçı kimi 201 min manatlıq iş görüb, ancaq “Arkoz” onun vəsaitini ödəmək istəmir. Hazırda bu işin məhkəmə müstəvisində araşdırıldığı bildirildi. Sözügedən iş adamı “Arkoz”un bu özbaşınalığı ilə bağlı bizə geniş videomüsahibə də verməyə hazır olduğunu bildirdi. “Arkoz”la bağlı edilən çoxsaylı şikayətlərdən sonra həmin şirkətin

Naxçıvandakı “vitrinini” araşdırdıq. Rəhbərlik və əsas söz sahiblərinin köhnə Vasif Talıbov komandasının məmur təmsilçilərindən təşkil edildiyinin şahidi olduq. Məsələn, onlardan birinin adını qeyd edək: Asəf Məmmədov. Bu adam Talıbov hakimiyyəti dönəmində Tikinti Komitəsinin sədri, sonra isə Baş nazir Səbuhi Məmmədovun müavini işləyib. Demək olar ki, tikintiyə görə əsas məsuliyyət daşıyan adam olub. Sonra Vasif Talıbov bu adamı əməlli başlı “sıxıb suyunu” çıxardı. Həmin vaxt mediada Asəf Məmmədovun özünü asdığına dair məlumat yayıldı. Bu adam qorxusundan ölü yox, diri olduğunu belə çıxıb mediaya deməyə cəsarət etmirdi. Özü ilə danışıb, dəqiqləşdirəndən sonra onun ölməyib, diri olduğunu ilk olaraq biz yaydıq. Bu adamın Bakıda dəyəri milyonlarla ölçülən mülkləri var. Məsələn, Yasamal ərazisindəki “Tri korona” deyilən binanın birinci mərtəbəsində “Araz” marketə icarəyə verilən iri həcmli “obyektin” də sahibinin bu şəxs olduğu bildirilir. Asəf Məmmədovun elə həmin binada bir neçə mənzili də var. Onun Novxanıda bahalı villaları, “Həsənoğlu” şirkətinin inşa etdirdiyi binalarda bir neçə bahalı mənzilinin olduğu da dəqiqdir. Aydındır ki, Asəf Məmmədov bu varidata halal yollarla sahib olmayıb. Bəs onda niyə ona “gözün üstə qaşın var” deyən yoxdur? Bəyəm, “Arkoz”un çətiri altında olmaq ona toxunulmazlıq qazandırır? Kimdir bu adamı himayə edən ki, o, bir vaxtlar məmur kimi etdiyi qanunsuzluqları indi də “Arkoz”da davam etdirir?

“Arkoz”un Naxçıvanda əsas işgörənlərindən biri də Elçin Qəhrəmanov adlı şəxsdir. Bu adam da əvvəl Tikinti Komitəsinin sədri olub. Onun Hümbət adlı oğlu Seymur Talıbovla bacanaqdır. Hümbət Qəhrəmanov “Badamlı”, “Bahar karqo”nun əsas idarəçilərindən olub. Həm Asəf Məmmədovun, həm də Elçin Qəhrəmanovun korrupsioner keçmişlərinə baxmayaraq, burunlarının belə “qanamaması” bir sıra suallar doğurur: bacanağının atasını Seymur Talıbov himayə edirsə, bəs, Asəf Məmmədovun bu toxunulmazlığını kim təmin edir?
Maraqlıdır ki, bu adamların hər biri hazırda Naxçıvanın Baş naziri olan Səbuhi Məmmədova yaxınlıqları ilə seçilirlər. Hətta belə məlumatlar var ki, “Arkoz”un mövqeyini ifadə edən və Naxçıvanda gedən bəzi prosesləri dəqiq özündə əks etdirən bəzi məlumatları da mediaya məhz bu qrup tərəfindən sızdırılır. Biz bir dəfə bu mövzuya detallı toxunmuşuq. Əslində, Vasif Talıbov dönəminin əsas məsuliyyətini daşımalı olan şəxslərdən biri də məhz Baş nazir Səbuhi Məmmədov olmalıydı. Çünki onun tutduğu vəzifə bunu deməyə əsas verir. Biz isə Səbuhi Məmmədovun nəinki məsuliyyət daşıdığını, əksinə, öz mövqeyini qorumağı bacardığını, hətta yeri gələndə müəyyən işləri sabotaj edə bildiyinin də şahidi oluruq. Çox maraqlıdır ki, Vasif Talıbovun mövqeyi laxlayan vaxt, onun özünü və komandasını “yıxıb sürüyən” media Səbuhi Məmmədov və onun kurasiyasında olan vəzifəli şəxslərin üzərindən sükutla keçməli oldu. Bu faktın özü, çox mətləblərə aydınlıq gətirmiş olmurmu?

Deməli, belə çıxır ki, Naxçıvanın Baş nazirinin hazırkı mövqeyi MR-dəki strateji obyektləri zay vəziyyətə salan “Arkoz”dan şəffaflığın təmin olunmasını tələb edənlərlə deyil, Emil Uçar və onun ətrafında olan sabiq məmurlarla daha çox uzlaşır! Görəsən niyə?..

Azinforum.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zülfəli İsmayılov Bakının ANASINI AĞLADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:06
• "Azerbaijan Wines Factory" MMC-nin vergi borcu yarımmilyona yaxınlaşır - FOTO
Bu gün, 06:45
• Qida təhlükəsizliyimiz RİSQ ALTINDA! - BİZƏ NƏ YEDİRİRLƏR...
Bu gün, 06:40
• Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər - ADLAR
Bu gün, 06:32
• İran və Türkiyə mediası Azərbaycanda məktəbli forması məsələsini niyə gündəmə gətirir? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 06:27
• Marketlərdə BÖYÜK TƏHLÜKƏ: - Çəki ilə aldığımız bu qidalar zəhərləyirmiş!
Bu gün, 06:24
• 30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
Bu gün, 06:22
• Hicab mübahisəsi: dini məsələ, yoxsa geosiyasi təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 06:15
• Rusiya ordusu Ukraynanın paytaxtına kütləvi hava zərbələrinə başlayıb - 04:44-dən etibarən...
Bu gün, 06:12
• Nazim Əhmədlinin şirkəti Nərimanov Tibb Mərkəzindən tender qazandı - TƏFƏRRÜAT
Bu gün, 06:11
• Xocavənddə “Qrad”la öldürülən Melkumyan... – 14 tanklı batalyon "komandiri"nin cinayət dosyesi
Bu gün, 06:08
• Almaniyada “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı ilk məhkəmə başlayır - KİV
Bu gün, 06:06
• Deputatdan Ankaradakı aksiya ilə bağlı sərt açıqlama - “Cəhalət şəbəkələrini darmadağın edəcəyik!”
Bu gün, 01:41
• Bu iki bank narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 01:39
• " Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir..." - keçmiş deputat BANM-ni ÖYDÜ...
Bu gün, 01:08
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru