Azərbaycanda Trampın partiyası ilə eyni ittifaqda olan partiya varmış
Tarix: 22-12-2016, 09:01 | Çap et
 Donald Trampın prezident seçilməsi ilə ABŞ-da hakimiyyətə gələn Respublikaçılar Partiyası ilə eyni ittifaqda müttəfiq edən yeganə Azərbaycan partiyası AMİP-dir. Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in beynəlxalq əlaqələr üzrə katibi, beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirib. O qeyd edib ki, AMİP sağ mərkəz yönlü partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı (BDİ) çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə müttəfiqdir.
Bu ilin iyul ayında AMİP rəhbərliyi Donald Trampın namizədliyinin təsdiqləndiyi Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Lakin müəyyən səbəblərdən qurultayın işində iştirak edə bilməyiblər. Bununla belə, qurultaya təbrik məktubu göndərilib. Seçkilərdən sonra da ABŞ Respublikaçılar Partiyasına və Donald Trampa AMİP rəhbərliyi rəsmi təbrik məktubu göndərib.
Bununla belə, ekspert bildirdi ki, nə AMİP, nə digər partiyalar bundan sonra da ABŞ-dan bizim ölkənin daxili problemlərini həll etməyi gözləməməlidirlər: “ABŞ kimi super dövlət də daxil olmaqla, istənilən dövlətin başçısının bizim ölkənin daxili siyasi problemlərinin həllində yardımçı olacağına ümid bəsləmək yanlış mövqedir. Həqiqətən də ABŞ-dakı seçkilərdən öncə Azərbaycan ictimai-siyasi fəallarının mütləq əksəriyyəti Demokratlar Partiyasının namizədi Hillari Klintonu prezident kimi görmək istəyirdilər. Elə düşünürdülər ki, Klinton prezident seçilsə, bu, Azərbaycanda demokratik proseslərə avtomatik təsir göstərəcək və sair.
Sanki Tramp və Klinton arasında hər hansı ciddi fərq mövcuddur. Əslində ABŞ-ın xarici siyasəti üçün heç nə dəyişməyib və dəyişməyəcək də. Klintondan nələrisə gözləyənlər Barak Obamanın 8 illik prezidentlik dövrünü xatırlamırdılar sanki. Hansı ki, Obamanın birinci prezidentlik dönəminin dövlət katibi Hillari Klinton idi. Məgər həmin dövrdə ABŞ Azərbaycanda demokratiyaya real dəstək vermişdi? Xeyr. Azərbaycan siyasətçilərinin Trampa olan münasibətlərinin dəyişib dəyişməyəcəyini deyə bilmərəm Amma Tramp dönəmində yeni komandanın Azərbaycana, onun hakimiyyətinə və müxalifətinə münasibəti hər zaman olduğu kimi ABŞ-ın milli maraqlarına uyğun həyata keçiriləcək. Bunu da normal qəbul eləmək lazımdır. Ona görə də hesab edirəm ki, Azərbaycan müxalifəti kənardan dəstəyə yox, öz gücünə, xalqın dəstəyinə ümid eləməlidir. Bu, daha real nəticələrə gətirib çıxarar”. E.Mustafayev dedi ki, Trampın demokratiya ilə bağlı necə davranacağından asılı olmayaraq AMİP-lə Respublikaçılar Partiyasının Beynəlxalq Demokrat İttifaqında müttəfiqliyi davam edəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
|