Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                 

Maliyyə hesabatı verməyən partiyalar təhlükədə
Tarix: 3-02-2017, 08:35 | Çap et
Maliyyə hesabatı verməyən partiyalar təhlükədə
YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin son iclasında “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi təklifini verib. O, təklifini belə əsaslandırıb ki, biz siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul etmişik, amma buna əməl olunmur.

Ona görə də əgər kimsə öz gəlirləri barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir: “Baxmayaraq ki, bir sıra partiyaların kifayət qədər cangüdənləri, avtomobilləri var, təbii ki, bunlar hava ilə dolanmırlar. ”Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər. Lakin bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Həmin partiyaların kifayət qədər cangüdənləri, işçiləri var, ancaq hesabat vermirlər. Qanunvericilikdə elə normalar tətbiq etməliyik ki, bunun qarşısını alaq".

Qeyd edək ki, ölkədə dövlət qeydiyyatından keçən 55 partiya var. Onların 11-i parlamentdə təmsil olunur. Qalanlarının təxminən 15-ə yaxınının müəyyən fəaliyyəti hiss olunur. Təxminən yarısının isə heç bir fəaliyyəti yoxdur. Qanunda iki il fəaliyyəti olmayan partiyanın qeydiyyatının ləğvi tələbi də əksini tapır.

Fəaliyyəti olan müxalif partiyaların bəziləri maliyyə hesabatı məsələsinin gündəmə gətirilməsinə münasibət bildiriblər.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, nə sürücüsü, nə mühafizəçisi var, nə də partiyada maaşla işləyən işçilər var: В«Partiyamızın rəhbər orqanında təxminən 15 nəfərə yaxın adam var ki, onlar da ictimai əsaslarla fəaliyyət göstərirlər. Siyavuş Novruzov deyir ki, partiyalarda bu insanlar necə dolanırlar? Azərbaycanda əhalinin ən azı 60 faizi işsizdir. Mən indi Siyavuş Novruzova sual verirəm ki, bu insanlar necə dolanır? Vətəndaşları işsizliyə məhkum eləyib küncə sıxışdırırsınız və sonra da deyirsiniz ki, bunlar hava ilə dolanırlar? 60-70 faiz işsiz olan insan necə dolanırsa, müxalifət partiyalarındakı insanlar da elə dolanır. O ki qaldı partiyaların MSK-ya maliyyə hesabatı verməsi tələbinə, MSK-nın partiyalardan maliyyə hesabatı alması qanunlara, konstitusiyaya ziddir. Yalnız xüsusi hallarda Maliyyə Nazirliyi partiyanın maliyyələşdirilməsi ilə bağlı hesabatını tələb edə bilər. Digər tərəfdən isə dövlət büdcəsindən maliyyələşdirilməyən partiyalardan hansı məntiqlə və haqla maliyyə hesabatı tələb edilir?! Adama deyərlər ki, sən mənə maliyyə verirsən ki, hesabatını da tələb edəsən? Gündə qanuna kefləri istədiyi bir dəyişiklik edəcəklər, müxalifət partiyaları da onların dediyi ilə oturub-duracaq?! Siyavuş Novruzovun indi partiyaların maliyyə hesabatı məsələsini ortaya atması da, bir neçə gündür müxalifətə qarşı telekanallarda hücum başlanması da, fevralın 2-də Müsavat Partiyasının qərargahı qarşısında bir dəstə adamın piketinin təşkil olunması da ölkədə gündəmi dəyişmək üçündür. Ölkədə iqtisadi, sosial durum ağırlaşdıqca istəyirlər gündəmi bu metodlarla dəyişsinlər. Lap tutaq ki, maliyyə hesabatını bəhanə edib partiyaların fəaliyyətini qadağan elədilər, guya bundan sonra Azərbaycanda müxalifət olmayacaq!? Qadağan edəndə aşkar fəaliyyət gizli fəaliyyətə keçə bilər ki, bu daha pis olar. Birdəfəlik bilmək lazımdır ki, partiyaların qapadılması ölkədə yaranmış vəziyyətdən çıxış yolu deyil".

VİP sədri Əli Əliyev bildirdi ki, partiyaların yada düşməsi siyasi narahatlığın təzahürüdür. Hakimiyyət siyasi institutları maksimum dərəcədə nəzarətdə tutmağa çalışır: “Deyilənlərin bizə heç bir aidiyyəti yoxdur. Biz Allahın hifzində olanlardanıq, mühafizədən istifadə etmirik, sürücümüz də yoxdur. Hesabatlarımızı da vaxtında təqdim edirik. Həm MSK-ya, həm də vergi orqanlarına mükəlləf olduğumuzu icra edirik. Təbii ki, hakimiyyət siyasi müxalifətin sıxışdırılmasını davam etdirəcək. Siyavuş Novruzovun bəyanatını da anons saymaq olar”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirdi ki, KXCP illik maliyyə hesabatı haqda MSK-ya məlumat təqdim edir: “Partiyamızda nə sədr, nə də müavinlər cangüdənlərdən istifadə etmirlər. Hər hansı maaşlı işçilər saxlamaq yox dərəcəsindədir. İndiki vəziyyətdə KXCP üzvləri çətin həyat tərzi yaşada da, ölkədə demokratiyanın qələbəsi uğrunda mübarizədən yorulmurlar. Ölkədə siyasi partiyaların fəaliyyətlərini nəinki məhdudlaşdırmaq və yaxud əhəmiyyətsiz hesabat tələbi etmək, partiyalara şərait yaradılmalı, onları seçkilərdə əzməməli, üzvlərini tutmamalı , zəhmətlə pul qazanmalarına mane olmamalı və qərargahla təmin etməlidirlər”.

AMİP katibi Elşən Mustafayev isə dedi ki, AMİP dövlətdən maliyyələşmir. Buna baxmayaraq, partiyanın saxlanılması üçün maliyyə vacibdir. Odur ki, AMİP hər il gəlirləri, onların mənbələri və xərcləri haqda hesabatlarını MSK-ya verir və audit yoxlamasından da keçir: “Digər tərəfdən, bəzi partiyalarda partiya üzvləri gün ərzində müxtəlif işlərlə məşğul olur, partiyaya öz köməkliklərini göstərirlər.

Əksər hallarda bu partiya üzvlərinin təmənnasız köməyi şəklində olunur. İndi normativ akt qəbul etməklə onlara bunu qadağan edəcəklər? Ya da onlara deyəcəklər ki, partiyaya təmənnasız kömək etmək olmaz, bunu yalnız ödənişli etməlisiniz? Bunu qadağan edə bilməzlər. Belə addımlar çıxış yolu deyil. Çıxış yolu ölkədə həqiqi fəaliyyət göstərən siyasi partiyaları müəyyən etməyin kriteriyalarını hazırlamaqdır.

Bundan sonra həmin partiyalar hakimiyyətin onlara olan münasibətindən asılı olmayaraq dövlət maliyyələşməsindən istifadə etməlidirlər. Həmçinin ölkə vətəndaşlarının, xüsusilə iş adamlarının siyasi partiyalara maliyyə yardımı etdiyinə görə hər hansı problem yaşamamasını təmin etmək lazımdır. O vaxta qədər ki, bunlar olmayıb, belə normativ aktların qəbul olunması siyasi partiyalara təzyiq kimi qiymətləndiriləcək”.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru