“16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir” - deputat
Tarix: 6-04-2017, 08:54 | Çap et
 “16 aprel səsverməsi Türkiyə dövlətinin Osmanlı imperiyasından müstəqil demokratik cümhuriyyətə çevrilməsi ilə müqayisə oluna biləcək tarixi seçim hadisəsidir”.
Milli Məclisin deputatı Zahid Oruc bunu “Yeni Müsavat”a qardaş ölkədə keçiriləcək ümumxalq referendumunu şərh edərkən, referendumdan sonrakı gözləntiləri bölüşərkən bildirdi. Qeyd edək ki, aprelin 16-da 18 dəyişiklikdən ibarət olan dəyişikliklər zərfi “əvət” səsini alarsa, Türkiyə parlament respublikasından prezident respublikasına çevriləcək, baş nazir postu ləğv olunacaq. Türkiyə gündəminin baş mövzusuna, ciddi müzakirə predmetinə çevrilən referendum məsələsi qardaş ölkə ilə nəbzi bir döyünən Azərbaycanda da diqqətlə izlənilir. Z.Orucun sözlərinə görə, əslində dəyişən təkcə ana qanun deyil, eyni zamanda xalqın iradəsi ilə formalaşan bütün hakimiyyət qollarının və idarəetmə fəlsəfəsinin köklü şəkildə yeniləşməsi təklif olunur: “Qətiyyən inkar edilə bilməz ki, referendum və ona qədər hazırkı iqtidarın antidövlət qüvvələri ilə gərgin savaşları Türkiyə cəmiyyətini daha da parçalayıb və bunu siyasi azadlıqlar şəraitində ideoloji fərqlərdən doğan plüralizmlə eyniləşdirmək olmaz. Ona görə də hər iki nəticə halında siyasi böhran dövlət, ictimai institutlar və milli həyatdan yaxın illərdə çox asanlıqla çəkilib getməyəcək”.
Zahid Oruc R.T.Ərdoğanın yeni dövlət modelinə 2005-ci ildən addım-addım gəldiyini vurğuladı: “Onun ən güclü arqumenti parlamentli üsul-idarənin hesabına İnönü dövründən bu yana anqlo-saks dünyasının Türkiyəni içəridən ələ keçirməsi, xarici iradənin türk millətinə hökm etməyə imkanlar qazanması və xalqın idarəsinin bu yolla əngəllənməsidir. AKP özündən əvvəlki hökumətləri az qala xarici işğalçıların daxildə müttəfiqləri elan edir, onların mirasını tanımaq istəmir. Keçmişin belə təftişi isə şübhəsiz, ölkənin ən azı yarısını rəqib cinaha yuvarlayıb. Doğrudur, son 40 ildə 62 hökumətə şahidlik etmiş bir cəmiyyətin halına qibtə ediləsi deyil. Hər halda, öz taleyindən uzaq salındığı üçün hazırkı konstituson islahatlar millətin öz həqiqi azadlığına Atatürkdən sonra ikinci dəfə qovuşması şüarları altında aparılır”.
Milli Məclisin deputatı qeyd etdi ki, yeni konstitusiyanın qəbulu nəticəsində ikibaşlı rəhbərliyə son qoyulacağı və prezidentin yeganə gücə çevriləcəyi aksiomadır: “Məhz bu səbəbdən Ərdoğanın əleyhdarları ona qarşı əks çəkindirmə sütunlarının qalmayacağını, hökuməti formalaşdırmaq üçün müstəsna səlahiyyətlərə heç kəsi buraxmayacağını nəzərə alıb xalqı gözlənilən diktaturaya qarşı mübarizəyə çağırırlar. ”Hayır" tərəfdarlarının Atatürk sistemindən və ənənələrindən imtina olunduğunu iddia etməsi reallıqda o arqumentlərlə izah olunur ki, ötən əsrin 30-cu illərində xilafət mirasından imtina edən Türkiyə sekulyarlığa qədəm qoyaraq qərbləşməni xarici və daxili siyasətinin başlıca kursuna çevirmişdi. Lakin indi referendum Qərblə siyasi toqquşmalar və qarşlıqlı ittihamlar şəraitində keçir, hakim partiyanın dini dövlətə daşıması və panislamizm istəkləri naminə xilafət quruculuğu istəkləri gizlədilə bilmir. Ona görə də Türkiyədə ötənilki silahlı hərbi çevriliş cəhdinə qarşı çıxan milyonlarla insanın içərisində 16 apreldən sonra Türkiyənin siyasi gələcəyini böyük qarşıdurma ilə görənlər də həddindən artıq çoxdur. Faktiki olaraq, Ərdoğana etimad referendumuna çevrilmiş xalq səsverməsi “evet” nəticəsi ilə 17 aprelə qədəm qoyarsa, Trampın qələbəsinə verilən dünyəvi və amerikadaxili reaksiyaların eynisini də burada müşahidə etməli olacağıq. Hər bir halda Azərbaycan Türkiyəni yolayrıcılarını çoxdan dəf etməyi bacarmış və dərin dövlətçilik ənənələrini qoruyub saxlamış güclü bir dövlət hesab edərək, Vətənin taleyi və ay-ulduzlu bayrağın daima yüksəklərdə dalğalanması naminə sağlam ideyaların və dərin idrakın qalib gələcəyinə əmindir. Qarşı duran siyasi düşərgələri hansı adla çağırsalar da, ən sonda vahid dövlətin bütünlüyünü və suverenliyini qoruyub-saxlamaq hər bir partiyanın, hərəkatın və şəxsin borcudur. 16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
|