YAP-çı deputat Bakı Nəqliyyat Agentliyini sərt tənqid etdi
Tarix: 30-06-2017, 10:09 | Çap et
 Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov yol nəqliyyat hadisələri ilə bağlı müvafiq qurumları sərt tənqid edib.
09:42 Bölmə: Ölkə Oxunma sayı: 535 A-AA+ E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, taksi və avtobus nəqliyyat vasitələrinin sükanı arxasına təcrübəsiz sürücülər əyləşdirilir:
“Keçmiş Sovet İttifaqı dövründə belə bir bəyəniləsi qayda var idi. Ən azı 5 il təcrübəsi və ikinci kateqoriyası olmayan sürücülərə avtobus və taksi sürməyə icazə verilmirdi. Çünki bu sürücülər yük deyil, insan daşıyırdılar. Ancaq çox təəsssüf ki, indi kimə gəldi sürücülük vəsiqəsi verilir. Hətta, bəzi “çoxbilmişlər” evdə otura-otura, sürücülük vəsiqəsi olmayan cavan uşaqlara böyük sərnişin avtobuslarını etibar edirlər. Bu dəhşətli cinayət əməlidir. Bu cür adamlara qarşı ciddi nəzarət olunmalıdır”.
Deputat deyib ki, bu cür halların qarşısını yalnız güzəştsiz sərt cəzalar və cərimələrlə almaq mümkündür:
“İndi tək-tək adam tapılar ki, özünə məxsus avtobus işlədir. Adətən, vəzifəli və imkanlı adamların hər birinin 20-100 ədəd avtobusları olur. Həmin təcrübəsiz və tərbiyəsi yerində olmayan sürücülərin arxasında da məhz bu cür imkanlı sahibkarlar dayanır. Qəza törədiləndə isə onlar yoxa çıxırlar, qaçıb gizlənirlər, dördüncü, beşinci dərəcəli adamları məsuliyyətə cəlb etmək üçün qabağa verirlər. Ona görə də Dövlət Yol Polisi İdarəsi, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi və digər müvafiq qurumlar baxmamalıdır ki, həmin avtobuslar kimə məxsusdur. Onların heç birinə güzəşt olmamalıdır. İstənilən halda insan həyatına qəsd varsa, həmin adamlara güzəşt olunmamalıdır”.
E.Məmmədov müharibə vəziyyətində yaşayan Azərbaycanın cəbhədən daha çox ölkə yollarında insan itirdiyini söyləyib:
“Biz müharibə şəraitində yaşayan ölkəyik. Düşmən qoşunları bizim ərazilərimizi işğal edib və hər gün dəfələrlə atəşkəs rejimi pozulur. Müqayisə aparsaq, Azərbaycanın ay ərzində avtomobil yollarında baş verən qəzalar zamanı dünyasını dəyişən insanlarının sayı cəbhədə şəhid olan əsgərlərimizin sayından 50 dəfə çox olur. Bu çox dəhşətli statistikadır. Bunun qarşısını almaq üçün qanunların bütün gücündən heç kəsə güzəşt olunmadan istifadə olunmalıdır. Başqa yolumuz yoxdur. Qanunda nə yazılıbsa, onun hər birinə ciddi əməl olunmalıdır”.
Deputat təəssüflə bildirib ki, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi sərnişindaşımada etimadı doğrultmayıb:
“Heç kəs arzu etməz ki, özbaşınalıqların, qəzaların sayı çox olsun. Ancaq qəzaların qarşısını almaq üçün qanunun tələblərinə ciddi şəkildə əməl edilməlidir və heç kəsə güzəşt olunmamalıdır. Təəssüf ki, biz hələ bunu görmürük”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
|