Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                 

Keçmiş MTN-çinin kitabında nələrdən və kimlərdən, hansı sirlərdən yazılıb?
Tarix: 1-09-2017, 08:29 | Çap et
Keçmiş MTN-çinin kitabında nələrdən və kimlərdən, hansı sirlərdən yazılıb?
AXC hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, müstəqil Azərbaycanın sonradan akademiyaya çevrilən ilk xüsusi xidmət məktəbinin yaradıcısı olmuş, hazırda Azad Demokratlar Partiyasına (AzDP) sədrlik edən Sülhəddin Əkbərin kitabı çapdan çıxıb.

“Dövlət siyasətinin əsasları” adlanan 607 səhifəlik kitab “Qanun” nəşriyyatında çap olunub. Kitab “Dövlət siyasətinin əsasları: milli maraqlar və milli təhlükəsizlik”, “Milli təhlükəsizlik və milli maraqlar”, “Azərbaycan Respublikasının milli maraqları”, “Azərbaycan Respublikasına yönəlik təhlükələr”, “Azərbaycan Respublikasının milli təhlükəsizlik durumunun qiymətləndirilməsi”, “Azərbaycan Respublikasının milli siyasəti” və “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və perspektivləri” sərlövhəli 7 xüsusi bölmədən ibarətdir. Hər bir bölmədə də mövzunu tam şəkildə oxucuya açan, geniş informasiya və istiqamətlər verən fikirlər yer alıb.

“Dövlət siyasətinin əsasları” kitabı siyasi, idarəçilik, diplomatik, hərbi və təhlükəsizlik akademiyalarının tələbələri üçün nəzərdə tutulsa da, ondan siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, diplomatlar, hərbçilər, kəşfiyyatçılar və təhlükəsizlik işçiləri, eyni zamanda milli siyasət sahəsində çalışan alimlər, mütəxəssislər, araşdırmaçılar və ekspertlər də istifadə edə bilərlər.

Kitabda müəllif təkcə milli maraqların və milli təhlükəsizliyin qorunması ilə bağlı zəruri olan yeni anlayışlar sistemi yaratmaq və onun ətraflı izahını verməklə kifayətlənməyib, həm də müstəqil Azərbaycanın strateji gücünü, milli maraqlarını və milli təhlükəsizliyini, tarixi inkişaf perspektivlərini analiz edib, qiymətləndirmələr aparıb və ortaya cəsarətli mövqe qoyub.

Məsələn, kitabda müstəqil Azərbaycanın milli təhlükəsizliyinə əsas təhdid və təhlükə kimi, qonşu Rusiyanın imperiya arzu və planları, bu niyyət və planlarını həyata keçirməkdə də Ermənistan Respublikasını necə yaratmasından, istifadəsindən geniş bəhs edilib, Rusiyanın bölgə ilə bağlı siyasəti kəskin tənqid edilib, həmçinin durumdan çıxış yolları göstərilib.

Eyni zamanda kitabda Azərbaycanın digər bir böyük qonşusu-İrana münasibətdə də xüsusən Cənubi Azərbaycan məsələsi ilə bağlı tamamilə fərqli və yeni baxış ortaya qoyulub, Azərbaycanla İran, həmçinin Türkiyə-İran-Azərbaycan arasında mümkün koalisiyaların, birgə ittifaqların qurulma perspektivləri araşdırılıb.

Kitabda SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda cərəyan edən, eləcə də milli-azadlıq hərəkatının necə başlaması və inkişaf etməsi, müstəqilliyin necə əldə edilməsi, həmçinin Mütəllibov, Elçibəy və Əliyev hakimiyyətlərinin necə qurulması, idarə olunması ilə bağlı da xeyli informasiyalar, yeni yanaşmalar, baxışlar sistemi əksini tapıb.

Müəllif Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında bildirib ki, kitabın rəsmi təqdimatı sentyabrın 16-da “Qanun” nəşriyyatında keçiriləcək.

Kitabın nə qədər müddətə ərsəyə gəldiyi, necə maliyyələşdiyi və satışa çıxarılıb-çıxarılmayacağı barədə sualımıza müəllifin cavabı belə oldu: “Mən 1986-87-ci illərdən gizli dərnəklərdən siyasi fəaliyyətə başlamışam. Kitabdakı ortaya qoyulan milli baxış sistemi mənim 30 illik siyasi düşüncələrimin məhsuludur. Mətn isə 3 il ərazində yazılıb. 22 sentyabr 2014-cü ildə yazmağa başlamışam. Kitabın sponsorları var. Kitabı əldə etmək istəyənlər yalnız o sponsorların çəkdiyi xərci ödəmək üçün kimin imkanı varsa, ianə formasında pul ödəyir. Kitab satışa verilmir, satış və maddi qazanc üçün deyil”.

Kitabın tədris edilməsi üçün müvafiq hökumət strukturlarına müraciət edib-etməyəcəyinə gəlincə, S.Əkbər bunları dedi: “Müəllif olaraq, əlbəttə, istərdim ki, kitab bir sıra akademiyalarda və ali məktəblərdə tədris edilsin. Bunun üçün müvafiq dövlət və hökumət orqanlarına hələlik müraciət etmək niyyətim yoxdur. Sentyabrın 16-da kitabın təqdimatı olacaq və bundan sonra hakimiyyətin pozitiv münasibətini hiss eləsəm, kitabı müvafiq qurumlara tədris edilməsi üçün təqdim edərəm. Kitab bu məqsədlə-Azərbaycanın siyasi, diplomatik, təhlükəsizlik akademiyalarında tədris edilməsi üçün yazılıb. Bundan ancaq sevinə bilərəm”.

“Kitabda Rusiya barədə daha çox tənqidi mövqe əksini tapıb. Rusiyanı Azərbaycan üçün təhlükə adlandırırsınız. Moskvanın və buradakı rusiyalıların qəzəbinə gəlməkdən ehtiyatlanmırsınız” sualına S.Əkbər belə cavab verdi: “Belə bir məsəl var ki, canavardan qorxan meşəyə getməz. Təbii ki, insan hər hansı addım atanda onun nəticələrini də hesablayır. Artıq kitabda qeyd etdiyiniz məqamlarla bağlı mənə hücumlar olub. Bundan sonra da olması mümkündür. Ciddi hücumlar gözləyirəm. Mən hazıram. Kitabda obyektiv düşüncələrimi ifadə eləmişəm, hər şey faktlara əsaslanıb. Rusiyaya hansısa böhtan atılmayıb”.

S.Əkbər kitabını diplomatik korpusa da təqdim etməyi düşünür: “Hələlik ilkin olaraq Türkiyə səfirliyi ilə görüş planlaşdırıram və onlara təqdim etmək niyyətindəyəm”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru