Keçmiş bankirin bacısı: “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                     Mağazaların “qaytarılmır” bəhanəsi .....                     Bakının mərkəzində tikinti şirkəti "at oynadır" .....                     Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq? .....                     Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi .....                     Azərbaycanda zəlzələ və sürüşmə .....                     TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi .....                     DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb .....                     Tanınmış gitara ifaçısının adından pul istədilər .....                     “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” .....                     Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                 

Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var
Tarix: 26-12-2019, 08:52 | Çap et
Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən təqvim planına görə, hazırda deputatlığa namizədliyin irəli sürülməsi və imzatoplama kampaniyası prosesi gedir. Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir. İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür. Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmaması haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkilərdə 10-dan yuxarı siyasi partiya iştirak edir. Hakim Yeni Azərbaycan Partiyası, parlamentdə təmsil olunan partiyalarla yanaşı parlamentdə təmsil olunmayan müxalifət partiyalarının da bir çoxu seçkilərdə namizədlərini irəli sürüblər. Müxalif partiyaların namizədlərinin imzatoplama kampaniyasının necə getdiyini, hansısa çətinliklərinin olub-olmadığını araşdırdıq.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, budəfəki parlament seçkilərinə fərdi qaydada deyil, partiya siyahısı ilə, AĞ Partiya kimi qatılıblar. Bu da o deməkdir ki, istər sənədləşmə, istərsə də digər hüquqi prosedur qaydaları daha da ağırlaşıb. Yəni kiminsə fərdi qaydada öz təşəbbüsü ilə namizəd olması ilə partiya xətti ilə namizəd olma arasında xeyli bürokratik fərqlər mövcuddur: “Odur ki, seçki başlayandan bu yana partiya olaraq bu proses bizim daha çox vaxtımızı və enerjimizi alır. İlkin hesablamalara əsasən, AĞ Partiya olaraq 20 namizədlə seçkilərdə iştirak nəzərdə tutulur. Ancaq proses davam etdikcə bu rəqəm artıb-azala bilir. Çünki bəzi hüquqi və texniki problemlərin təsiri çoxdur. Artıq partiyanın səlahiyyətli nümayəndələri 5 namizədin sənədlərini müvafiq DSK-lara təqdim edib. Onlardan ikisi də artıq imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayıb. Yaxın günlərdə qalan 3 nəfərin imza vərəqələrini götürəcəyi və digər 15-ə yaxın namizədin də sənədlərinin DSK-lara təqdim ediləcəyi gözlənilir. Hələlik imza toplayanlara hər hansı bir təzyiq və ya başqa qeyri-qanuni əməllər olmayıb. Eyni zamanda bəzi dairə komissiya sədrlərinin qanunları tam bilməməsi və seçki hesabı açılması prosesində bank işçilərinin savadsızlığı da bizi süni problemlərlə üz-üzə qoyur. Bu da əlavə vaxt itkisinə və süründürməçiliyə səbəb olur. Qarşıdakı günlərdə prosesin necə davam edəcəyini isə zaman göstərəcək. Ancaq onu da mütləq qeyd etməliyəm ki, bələdiyyə seçkiləri ilə parlament seçkilərinin toqquşması işlərimizə mane törədir. Belə ki, dairə seçki komissiya üzvləri faktiki olaraq fiziki cəhətdən bu iki seçkini eyni anda keçirməyi çatdırmırlar. Zatən ümumi seçki müddəti çox azdır, hələ bunun içərisində zamanımız bələdiyyə seçkilərinə görə itir. Məsələn, 23 dekabrda bələdiyyələrə seçkiləri günü və o günün səhərisi demək olar ki, heç bir komissiya parlament seçkiləri ilə bağlı hər hansı bir iş görmədi, görə bilmədilər. Bu barədə MSK-ya müraciət etdikdə isə onlar da anlayış gözləyir, bizlər də. Ancaq Seçki Məcəlləsi, seçki təqvimi partiyalara qarşı anlayışla yanaşmır, konkret zamanlar və sənədlər tələb edir. Hələlik tək problemlərimiz əsasən bunlardır”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, namizədlərin imzatoplama kampaniyası seçki kampaniyasının ən məsul və bir qədər də ağır mərhələsidir. Seçkilərə inam yetərli olmadığından seçicilər hansısa namizədə, xüsusən də tanımadığı namizədə imza verməyə həvəsli deyillər: “Bir-iki xırda insidenti və anlaşılmazlığı nəzərə almasaq, hələ ki seçki kampaniyasında inzibatı maneçilik törədilməsi və yaxud suni problemlərin yaradılması haqqında partiyanın seçki qərargahına hər hansı bir məlumat daxil olmayıb. Namizədliyimin AMİP tərəfindən irəli sürüldüyü 9 saylı ikinci Binəqədi seçki dairəsində mənə və imza toplayanlarıma qarşı əngəl-filan yoxdur. Artıq demək olar ki, bu mərhələni az müddətdə yekunlaşdırmaqdayıq. Müşahidələrim və seçicilərlə şəxsi təmaslarımdan doğan nəticə isə ondan ibarətdir ki, seçici fəallığı aşağıdır və onları inandırıb sandıq başına gətirmək lazımdır”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə qeyd etdi ki, namizədləri imzatoplama kampaniyasına yeni başlayırlar, əksəriyyəti hələ imza vərəqələrini götürə bilməyib: “Bu baxımdan imzatoplama kampaniyasının necə getməsi ilə bağlı hələ ki fikir söyləmək çətindir. Amma bu günə kimi üzləşdiyimiz maneələr həddindən artıq çoxdur. Belə ki, bildiyiniz kimi, biz partiya olaraq qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılmışıq. Qanunvericiliyin tələblərinə uyğun olaraq MSK-ya sənədlər təqdim ediləndən sonra müvafiq dairələr üzrə hər bir namizədin sənədləri hazırlanaraq DSK-lara təqdim olunur. Lakin əksər DSK-lar namizədlərimizdən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edirlər. Bu cür bürokratik əngəllər hər addımda bizi təqib edir. İkinci ən böyük problem hər bir namizədin özü üçün xüsusi seçki hesablarının açılmasında baş verir. MSK tərəfindən təsdiq olunan təlimata görə hər bir partiya 60-dan yuxarı dairə üzrə namizəd irəli sürərsə, onda partiya vahid seçki hesabı açmalıdır. Partiyanın 60 dairədən aşağı namizədi varsa, onda hər bir namizəd özü üçün xüsusi seçki hesabı açmalıdır. Bu hesablar da Beynəlxalq Bankın istənilən filialında açıla bilər. Lakin adıçəkilən bankın əksər filialları qanunvericiliyin və təlimatın tələblərinə zidd şəkildə bizdən əlavə sənədlər tələb edir, bir çox hallarda hesab açmaqdan imtina edilir. Seçki hesabı isə namizədliyin irəli sürülməsi barədə sənədlər müvafiq DSK-ya təqdim edildikdən sonra 5 gün ərzində və imzatoplama kampaniyasına ən azı 24 saat qalmışa qədər açılmalıdır. Təsəvvür edin, hesab açmaq 10-15 dəqiqəlik vaxt aparan iş olduğu halda elə namizədlərimiz var ki, 3 gün ərzində hesab aça bilmir. Baş verənlər çox düşündürücüdür, çoxillik seçki təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əvvəlki illərdə ilkin mərhələdə bu qədər bürokratik problemlər müşahidə etməmişdim. Sanki hansısa qüvvə qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsini sabotaj etməyə cəhd göstərir”.

Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, partiyanın namizədlərinin imzatoplama kampaniyası davam edir: “Həm Bakı dairələrində, həm də regionlardakı seçki dairələrində namizədlərimiz var. Bir çoxları imza toplamaqdadırlar, bəziləri imza vərəqələrini bugünlərdə götürməlidir. Kampaniya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, normal davam edir”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Keçmiş bankirin bacısı: “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb”
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Dünən, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Dünən, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Dünən, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Dünən, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Dünən, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Dünən, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Dünən, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Dünən, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Dünən, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Dünən, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Dünən, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Dünən, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Dünən, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Dünən, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Dünən, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Dünən, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Dünən, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Dünən, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru