Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                 

AXCP - ReAL qarşıdurması: ayrılan yollar və ya kim, harada, necə... - NƏ BAŞ VERİR?
Tarix: 6-12-2021, 15:44 | Çap et
AXCP - ReAL qarşıdurması: ayrılan yollar və ya kim, harada, necə...
Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları ilə ReAl Partiyasının tərəfdarları arasında sosial şəbəkələrdə söz atışmasının şahidi oluruq. Bir-birinin siyasi xəttini bəyənməyən iki müxalifət partiyası fəalları arasında zaman-zaman bu cür "atışmalar" baş verir. Sonuncu dəfə "atəş" ReAl lideri İlqar Məmmədovun Amerikada yaşayan jurnalist Sevinc Osmanqızının rəhbəri olduğu "Osmanqızı" internet kanalında verilişə çıxmasından sonra açıldı. Daha doğrusu, ReAl sədri verilişin ortasında jurnalistin kinayəli sualından və gülüşündən sonra proqramı yarımçıq tərk etdi. Məmmədov verilişdə bildirdi ki, hüquqi yolla mübarizə aparmaq daha məqbuldur. Eyni zamanda, bunun nəticələrinin müsbət olduğunu iddia edən ReAL sədri iddia etdi ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri və keçmiş siyasi məhbuslarının Azərbaycan Ali Məhkəməsi tərəfindən bəraət alması dolayısı ilə ReAl-ın uğurudur. Çünki ilk dəfə İ.Məmmədov mübarizəsinin nəticəsində bəraət alıb ki, bu, presedentə çevrilib.

Bu zaman Osmanqızının kinayəli gülüşü Məmmədovun efiri yarımçıq tərk etməsi ilə nəticələnib. Bundan sonra sosial şəbəkələrdə AXCP üzvləri Osmanqızını, ReAl üzvləri isə Məmmədovu haqlı çıxarmağa çalışdılar. Mübahisələr zamanı tərəflər bir-birilərini təhqir etməkdən də çəkinmirlər.

Arqumentlər isə konkret desək, belədir: hakimiyyətlə mübarizədə AXCP fəalları onların siyasətinin düz olduğunu iddia edir. ReAl fəalları isə "cəbhəçilərin siyasəti düz olsaydı, 30 il müxalifətdə qalmazdılar" fikri ilə cavab verirlər.

AYNA müxalifətin bir-biri ilə çəkişməsini, partiyaların bir-birinin siyasi xəttini tənqid etməsini, ümumilikdə, müxalifətin durumunu siyasi icmalçı Zərdüşt Əlizadə ilə müzakirə edib. Analitik söhbətində beynəlxalq təcrübədə siyasi təşkilatların fəaliyyət istiqamətlərindən nümunələr gətirərək, "kim haqlıdır - AXCP, yoxsa ReAl" sualına cavab verməyə çalışıb. Bildirib ki, demokratik ölkələrdə siyasi mübarizə qanun müstəvisində həyata keçirilir:

- Partiyalar mübarizəsində məhkəmələrdən, təbliğat kampaniyalarından, insanlarla ünsiyyətdən, dinc mitinqlərdən istifadə edir. Qeyri-demokratik ölkələrdə isə siyasi mübarizədə zorakılıqdan, qanlı ixtişaşlardan istifadə edirlər. Məsələn, insanları yığırlar, kütləvi şəkildə dövlət idarələrinə hücumlar təşkil edirlər, seçkilərdə məntəqələrə silahlı hücum edirlər və s. Yəni hakimiyyətlə mübarizənin iki yolu var. ReAl Partiyasının siyasi mübarizədə üstünlük verdiyi yol birinciyə aiddir. İlqar Məmmədovun rəhbəri olduğu təşkilat təkamül yolu seçib ki, bu, demokratik ölkələrə xas olan siyasi gedişdir. Təbii, İlqar bəy demir ki, Azərbaycan demokratik ölkədir. ReAl-ın baxışı odur ki, öz siyasi gedişləri ilə, siyasi davranışı ilə xalqı demokratik quruluşun yaradıla biləcəyinə inandırsın. ReAl birinci yolu seçib – demokratiya yolunu.

İlqar Məmmədovu şərləyib tutdular, ömrünün 6 ilini günahsız ola-ola, qazamatda keçirdi. Amma İlqar bəy ideallarına sadiq qaldı, hüquqi yolu seçdi, haqqını qanunlar çərçivəsində müdafiə etdi. Sınmadı, təzyiqlərə davam gətirdi, bəraətini aldı. Məhkəməni uddu, sübut etdi ki, ədalətsiz qərarla tutulmuşdu. Təzminatını da Azərbaycan hökumətindən aldı. Proses onu göstərir ki, İlqar Məmmədov və onun rəhbərlik etdiyi partiya qanuni dövlət, demokratik dövlət ideyasına inanır. Bunu kim qəbul etmirsə, öz işidir.

- Tərəfdarlarının dediklərinə baxsaq, bu yolun düz olmadığını iddia edən daha çox AXCP-dir...

- Qəbul etmir, lap yaxşı. Mənim yadımdadır, 1989-cu ilin sonunda xalqın Azərbaycan Xalq Cəbhəsinə (AXC) ümidi, inamı hədsiz idi. Mən də həmin vaxt AXC-nin İdarə Heyətinin üzvlərindən idim. Əbülfəz Əliyevə (Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy – A.B.) hey deyirdim ki, zorakılıq etməyin, yıxmayın, dağıtmayın. Təklif etmişdim ki, 2-3 aydan sonra, 1990-cı ilin mart ayında qanuni şəkildə parlament seçkilərini udacağıq. Və Ali Soveti qazanandan sonra hökumətimizi quracağıq, təkamül yolu ilə demokratiyaya doğru gedəcəyik. Dedilər ki, yox, biz zorakılıq edəcəyik. Etdilər də. 17 rayonun birinci katiblərini devirdilər (Azərbaycan SSRİ KP MK-nin birinci katibi), İranla sərhədi dağıtdılar. “KKB” ilə birlikdə bəzi əməllər törətdilər. 1990-cı ilin 20 yanvar tarixində Sovet Ordusu gəlib Bakıda xalqı əzdi. Bununla da AXC-yə xalqın inamı sarsıldı.

Təsəvvür edin, SSRİ-nin respublikalarında - Moldova, Gürcüstan, Ukrayna, Ermənistan və Baltikyanıda müxalifət seçkilərdə qalib gəldi, SSRİ-nin o zaman üçün ən güclü müxalifət hərəkatı olan AXC gurultu ilə məğlubiyyətə uğradı. Ona görə ki, zorakılıq yolunu seçdilər, təkamül yolunu seçmədilər. Sonra vəziyyət ağırlaşdı, bundan istifadə edib çevriliş etdilər, hakimiyyətə gəldilər. Bir ildən sonra da hakimiyyətlərini itirdilər. İndi AXC-nin varisi olan AXCP-nin seçdiyi, sevdiyi yol, mübarizə üsulu budur. Sonucunu mən yuxarıda sadaladım. Yəni ki, zorakılıq yolu, mitinq, hücum, böhtan və s. Amma İlqar bəyin partiyası təkamül yolunu seçib. Düzdür, bu, ağır yoldur, hər adamın gedəcəyi yol deyil. İndi hökumət hüquqlarını pozur, siyasətə imkan vermir. Amma ReAl deyir, “mən məhrumiyyətlərə baxmayaraq, qanuni yolla gedəcəm, demokratiya yolu ilə gedəcəm”. Cəbhəçilər bunu qəbul etmir, etməsinlər. Onlar da sevdikləri mənasız yolla getsinlər.

Bilirsiniz, ağıllılar, dünyanın gedişini dərk edənlər demokratiyanı seçirlər. Demokratiya isə “Mercedess” deyil ki, Almaniyadan gətirib sürəsən. Demokratiyanı xalqa təlqin etmək lazımdır, xalqı maarifləndirmək lazımdır. Bunun üçün tər tökməlisən, dayanmadan çalışmalısan. Təbliğatla, nümunə ilə, ibrətlə, gördüyün və görmədiyin bütün dinc üsulla xalqa demokratiyanın nə olduğunu, demokratiyanın xalqa nə verəcəyini göstərməlisən, cəmiyyəti bu yolun ən doğru yol olduğuna inandırmalısan.

- Siz 1990-cı illərin siyasi gedişlərindən danışdınız. Birincisi, dövr fərqlidir. İkincisi, müxalifət iddia edir ki, demokratik seçki keçirilmir, demokratik seçkinin keçirilməsi gözlənilmir, hüquqi yol işləmir...

- Anladım. Əgər sən seçkilərdə iştirakdan imtina edirsənsə, bir yol qalır – inqilab. İnqilab üçün isə sənin nə tərəfdarın var, nə pulun var, nə də digər resursun. Ya da sən hansısa dövlətin casusu olmalısan ki, onlar kömək etsin, pul versinlər, nəsə edə biləsən. Demokratik seçki istəyirsənsə, o zaman xalqa seçki mədəniyyətini aşılamalısan. Yuxarıda dediyim kimi, demokratiya ixrac olunmur, sən onun tətbiqinə çalışmalısan. Baxın, ReAl Pariyası son parlament seçkilərində iştirak etdi. Seçkilər saxtakarlıqla baş tutdu. ReAl-ın Erkin Qədirlidən başqa bütün namizədlərini “vurdular”. Erkin Qədirlinin namizəd olduğu dairədə seçkini saxtalaşdırmadılar. Əksinə, Erkin bəyin xeyirinə qutulara bülleten atıldı. Sonra nə oldu? Erkin bəy etiraz etdi, MSK və DSK-ya müraciət etdi və onun lehinə bülleten atılan məntəqənin nəticəsini ləğv etdirdi. Bax, demokratiya, hüquqi dövlət yolu budur. ReAl göstərdi ki, mandat naminə hansısa qanun pozuntusuna göz yummağın tərəfdarı deyil. Az səslə, amma təmiz səslə deputat seçilən Erkin gəldi oturdu Milli Məclisdə. İndi də fikirlərini deyir, hökumətin diktəsi ilə hərəkət etmir, partiyası ilə məsləhətləşir, qanun layihələri hazırlayırlar, təqdim edirlər. Avropa Şurasında Rusiyanın əleyhinə səs verən bir deputat oldu, o da Erkin Qədirlidir. Əgər bütün müxalifət partiyaları Erkin Qədirli kimi namizəd verə bilsəydi, mandat ala bilsəydi, Milli Məclisdə yer alardı, fraksiya yaradardılar.

Yox, bunlar inciyiblər, seçkidə iştirak etmirlər. Hökumətin gözü aydın. Axı seçkidə iştirak etməmək mənasız yanaşmadır. Yenə deyirəm, ya təkamül yolu seçirsən - hüquqi mübarizə aparırsan, xalqı seçkilərə öyrədirsən, inandırırsan, insanların seçkilərdəki səsini qorumasının yollarını aşılayırsan. Ya da ki, zorakılıq yolunu seçirsən, davakar mitinq yolunu seçirsən, 5-10 nəfər tərəfdarınla da hökumətə gücün çatmır, əzilirsən, elə müxalifətdə də qalırsan. Bizim müxalifətin mitinqlərinə baxın, boşboğazlıqdan başqa bir şey deyil. Şüar seçirlər, “İlham Əliyev getməlidir!”. Niyə? Adama deməzlər ki, niyə getməlidir, sənin Əliyevdən üstünlüyün nədir? Sən İlham Əliyevdən yaxşısan ki? Yox, yaxşı deyilsən.

- Yəni, siz təkamül yolu ilə uzun vədəli siyasi mübarizənin məqbul olduğunu düşünürsünüz...

- Bəli, tamamilə doğrudur. Demokratiya yolu uzun vədəli yoldur. Bəşəriyyət tarixində nümunələr var. On üçüncü əsrdə İngiltərədə ilk dəfə Maqna Karta ilə demokratiyanın əsası qoyuldu. İngiltərədə Maqna Kartadan sonra demokratiya oldu? Əlbəttə, yox. Bir-birinin başını kəsirdilər. Maqna Kartadan sonra, təxminən 700 il keçdi, bu müddətdə İngiltərə inkişaf yolu keçdi. Təsəvvür edin, 19-cu əsrdə İngiltərədə hələ də demokratiya yox idi. Ölkə heyvanxana idi, 10 yaşında uşaqlar kömür mədənlərində işlədilirdi. İnsanların bir qəpiklik qiyməti yox idi. Amma 20 əsrdə müasir demokratiyanın nişanələri görünməyə başladı. Eynilə də başqa ölkələr bu prosesi keçib. Azərbaycan xalqı demokratiyanın nə olduğunu bilmir. Evdə bişməyib, qonşudan gəlməyib.

- Demokratiyanın nə olduğunu bilmirsə, günahkar xalqdır?

- Xeyir, günahkar xalq deyil. Bu, xalqa öyrədilməyib. Qacarlar sülaləsinin zamanında xalq bilirdi ki, demokratiya nədir? Yox! Qacarlar demokratik idi ki, xalq da biləydi?! Sonra Çar Rusiyasının tərkibində olduq. Romanovlar sülaləsi demokratiya bilirdi ki? Yox! Arada 2 ilə yaxın bir dövr oldu - Azərbaycan Xalq Cümhuriyyəti dövrü. Az müddətdə nələrsə etmək mümkün ola bilməzdi. Sonra bolşeviklər gəldi, 70 il SSRİ-nin tərkibində yaşadıq. SSRİ dövründə demokratiya var idi? Yox! Sonra SSRİ dağıldı, AXC yarandı, demokratiya yaratmaq istədik. Ona da Əbülfəz Əliyev dəstəsi ilə imkan vermədi. Vurdu, dağıtdı, hakimiyyətə gəldi. Bir ildən sonra da hakimiyyəti Əliyevə təhvil verib, qaçdı getdi Kələkiyə. 30 ildir də demokratiya boğula-boğula gedir. Xalq nə zaman demokratiya gördü, xalqa nə zaman seçkidə iştirak öyrədildi? Xeyr, olmadı. Ordunuz yox, silahınız yox, pulunuz yox, tərəfdarınız yox. Demək ki, bir yol var – təkamül yolu. İndi Sevinc Osmanqızı AXCP-nin aşiqidir, tərəfdarıdır, o demək deyil ki, İlqar Məmmədovun yolu səhv yoldur. Bir dəfə mən “Osmanqızı” kanalında Əbülfəz Əliyevi tənqid etdim, razılaşmadılar.

- Ola bilərmi ki, bu, sizin Elçibəyə qərəzinizdən irəli gəlsin?

- Mənim qərəzim yoxdur. Sadəcə mən Əbülfəz Əliyevi tanıyıram, o dövrdə hadisələrin içərisində olmuşam. Bir qrup – Pənah Hüseyn, İsa Qəmbər, Nemət Pənahlı, İsgəndər Həmidov, Etibar Məmmədov kimi adamlar Əbülfəzi tərifləyib göylərə qaldırdılar. Onların da məqsədi vardı, Əbülfəz hakimiyyətə gələndə bunlar da vəzifəyə sahib olacaqdılar. Hakimiyyətə gəldilər, vəzifə sahibi oldular, amma az müddətdə itirdilər. Bunların idarəçilik qabiliyyəti də bu idi, göz qabağında idi.

İndi belədir ki, onlar mövcuddur. Haqları da var ki, siyasətlə məşğul olsunlar. Bu, konstitusion hüquqdur. Neynəsinlər ki, köhnə siyasətlərindən əl çəkmirlər? Bəzən deyilir ki, AXCP müxalifəti monopoliyasına alıb, almaq istəyir və s. Bu, yanlış yanaşmadır. Konstitusiya onlara imkan verir ki, bir vətəndaş kimi siyasətdə olsunlar. Hə, o başqa məsələdir ki, siyasətləri bəyənilir, yaxud bəyənilmir. Bəyənməyənlər başqa partiyaya qoşulsunlar, İlqar Məmmədov kimi addım atsınlar, bir partiya yaratsınlar, fərqli xətt götürsünlər. Və desinlər ki, belə bir siyasət var. Xalq da inanacaqsa, arxalarınca gələcək. İndi Əli Kərimli və İlqar Məmmədov siyasi xətləri var. Əli Kərimlinin siyasətini bəyənmirlərsə, İlqar Məmmədovun partiyasında təmsil olunsunlar. AXCP-ni də bəyənən ora getsin, Əli Kərimlinin mitinqlərinə qatılsın, polis döysün, əzsin, qazamata salsın. 17 dəfə seçkiyə qatılıblar, hamısında məğlub olublar. Eybi yox, 18-ci dəfə də getsinlər, yenə də məğlub olsunlar və s. Yəni AXCP-nin siyasi xətti budur.

- Sizcə, onların bu qədər məğlubiyyəti subyektiv amillə əlaqəlidir?

- Axı onlar seçki kampanyalarını, taktikalarını düzgün aparmırlar. Seçkini şüarlarla yox, xalqla işləməklə qazanmaq olar. Siz bir dəfə də olsun, AXCP-ni gündəlik qayğılar içərisində olan vətəndaşların yanında görmüsünüz? Eşitmisinizmi ki, hansısa sadə vətəndaşın problemlərinin həlli üçün dövlət qurumlarına müraciət etsinlər, onun vəkilliyini etsinlər? Mən eşitməmişəm. AXCP şüarlarla çıxır, hansısa fəalı da tutulur, sonra başlayırlar deməyə ki, "ay tutuldu, ay döyüldü" və s. O fəalı, yaxud da AXCP bütövlükdə vətəndaşın yanında dayanıb ona dərs keçibmi ki, sən hüququnu necə müdafiə etməlisən, şikayət ərizəni necə yazmalısan, məhkəməyə necə müraciət etməlisən, media ilə necə əlaqə qurmalısan, necə təşkilatlanmalısan? Bunları başa salırlar? Əlbəttə, yox. Qərb ölçülərinə baxaq. Götürək İsveç solçularını. Onların arxasında bilirsiniz kim dayanır? İsveç həmkarlar ittifaqları, muzdlu əməkçiləri. Solçu partiya onların hüquqlarını müdafiə edir, seçkidə də o muzdlular gedib onlara səs verirlər.

- AXCP sol təmayüllü təşkilat deyil axı...

- Sağ təmayüllüyə çevrilmələri lap pis. Hakimiyyətdə olan YAP da sağ partiyadır, bazar iqtisadiyyatının tərəfdarıdır. Yaxşıca da ciblərini doldururlar. Onu deyim ki, biz AXC-ni yaradanda onun ideologiyası sosial-demokratiya idi. Amma Əbülfəz bunu etdi sağçı, millətçi və s. Bununla da xalq üzünü AXC-dən döndərdi. Çünki xalqın, zəhmətkeş insanların haqlarını, hüquqlarını müdafiə edən partiya deyil. Ölkədə isə ən çox seçici kimlərdir? - Böyük kütlə olan zəhmətkeşlər. İndi ReAl xalqın əksər nümayəndələrinin xeyirinə olan qanun layihələri hazırlayır. Yəni xalqın xeyiri üçün hansısa formada mübarizə aparırlar ki, bu, çox yaxşı haldır. İndi deyirlər ki, AXCP radikaldır, ay filandır. Radikal olub neynirlər ki?!

- Daha sərt danışırlar.

- Sərt danışmaq radikallıqdır? Yox! Bu, boşboğazlıqdır. Erkin Qədirliyinin də çıxışlarına baxın, Əli Kərimlinin də. Görün, hansında məzmun, mahiyyət daha çoxdur. Mən demirəm ki, Əli Kərimli ağılsız adamdır, yox. Kərimli ağıllı, savadlı adamdır. Sadəcə onun seçdiyi, sevdiyi, bildiyi siyasi yol budur ki, kəskin ifadələr işlətməlidir. "Bu hökumət rüşvətxordur, seçkilər saxtalaşdırılır" kimi ifadələrlə siyasət yürüdür. Amma anlamaq lazımdır ki, seçkilərin saxtalaşdırıldığını bütün dünya bilir. Məsələ budur ki, hakimiyyətdə bunlardır. İndi onların yerinə siz gəlmək istəyirsinizsə, nə etsəniz, daha yaxşı olar - sərt çıxış etsəniz, yoxsa xalqın, seçicilərin etimadını qazansanız? Əlbəttə, ikinci. Elə bir siyasət aparmaq, elə bir təşkilat formalaşdırmaq lazımdır ki, seçici o təşkilata inansın, güvənsin. Seçkidə gedib səs versin, səsinin də sonacan arxasında dayansın. AXCP-də bu yoxdur. Bir məğlubiyyət, iki məğlubiyyət, üç məğlubiyyət... Köhnə siyasəti dəyişmirlər. O vaxt da bu siyasətin qurbanı oldular.

- Hansı dövrü deyirsiniz?

- 1990-cı illəri. Guya ki, onda qalib gəlmişdilər?! Məsələn, İranla sərhədlərin dağıdılması, katiblərin devrilməsi, 20 yanvar qırğını... “KKB” təxribatı idi. Bunlar da o təxribatlara kömək edirdilər. Bunları deyirəm, deyirlər ki, Zərdüşt səhv deyir, yalan danışır. Unudurlar ki, AXC-nin əsasını qoymuş, onun ilk nizamnaməsini yazmış, onun ilk idarəetməsində olan adamam. Bəli, mən deyirəm ki, onlar casus, “KKB”-yə işləyən, antimilli insanlar idilər. Azərbaycanda demokratiyanın rüşeymlərini, ilk işartılarını onlar məhv etdilər. Deyirəm, xalqın demokratiyaya inamını siz qırmısınız, razılaşmırlar. Cavab verə bilmirlər, məni söyürlər. Mən "İkinci respublikanın sonu" kitabında hamısını yazmışam. Orada həqiqətləri yazmışam. Desinlər ki, Zərdüşt yalan yazıb.

- Deyirlər.

- Nə deyirlər? Harada yalan yazmışam? Nəyi yalan deyirəm? Nəyi yazmışamsa, hamısını düz yazmışam. Bilirsiniz, mən bütün hadisələrin şahidi olmuşam, kiminsə dediklərini yazmamışam. Otururdular, kim bunların səhvlərini deyirdi, kimdən xoşları gəlmirdisə, onun haqqında şayiə yayırdılar. Belə bir şayiə yaymışdılar ki, guya mən “KKB” agentiyəm. Əbülfəz Əliyev Prezident olanda dedim ki, “KKB” arxivindəki mənim dosyemi də, öz dosyeni də aç, görək kim kimdir! Açmadı. Sonra da onun məhkəməsi ilə bağlı nələr ortaya çıxdı, məlumdur. Mən bunları yazmışam kitabımda, başqa nə yazmışam ki, deyirlər, yalandır? Gördüyümü yazmışam. Bəs onlar nə yazırlar, nə deyirlər? İşləri nağıl danışmaqdır. Mən o vaxt da demişəm, indi də deyirəm, casuslar, savadsızlar gəldilər, xalqı aldatdılar. Təbii, arxalarında təlimatçısı dayanmışdı. Xalqı saldı bu girdaba, indi varisləri 30 ildir düşünürlər ki, hakimiyyətə necə gəlsinlər.

- Belə çıxır ki, ölkənin o vaxt ağır duruma düşməsinin günahkarı AXC-dir?

- Bəs kimdir? Onlar ölkəni ağır vəziyyətə saldılar, xalqın inamını sındırdılar. Nazirin biri lotuluq edirdi (mərhum sabiq DİN rəhbəri İsgəndər Həmidovu nəzərdə tutur – A.B.), Pənah Hüseyni bir cür savadsız idi, İsa Qəmbəri başqa cür savadsız... Xalq Cəbhəsi hakimiyyəti bu adamlardan ibarət idi, sonuc da göz qabağındadır. Aslan İsmayılov o vaxt Prezident Administrasiyasında işləyirdi, bunların hansı hoqqalardan çıxdıqlarının şahidi olub. Soruşun, o danışsın ki, Xalq Cəbhəsi rəhbərliyi nə oyunlardan çıxırdılar.

AXC-nin varisləri də 30 ildir siyasətlərini dəyişmirlər. YAP hakimiyyəti də dəyişmir. Ümumiyyətlə, YAP niyə dəyişməlidir? Oturublar da... Belə çıxır ki, ya bunlar hökumətdən pul alırlar, ya da həqiqətən ağılları işləmir. Çünki adam bir siyasi xətlə bir dəfə, ötər, iki dəfə səhv edə bilər. Amma eyni xətlə 27 ildə 30 dəfə səhv etmək olmaz. Onda adama deyirlər, ya əbləhsən, ya da satqın.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Dünən, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Dünən, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Dünən, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Dünən, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Dünən, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Dünən, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Dünən, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Dünən, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Dünən, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Dünən, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Dünən, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Dünən, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Dünən, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Dünən, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Dünən, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Dünən, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Dünən, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Dünən, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru