“Separatçıların birləşmə tələbini Rusiya nəinki qəbul etməyəcək, heç ciddiyə almayacaq” - Partiya sədri
Tarix: 9-04-2022, 09:52 | Çap et
 Ermənistan Milli-Demokratik Qütb Şurası diqqətçəkən bir bəyanat yayıb. Qurum qeyd edir ki, Qarabağda Rusiyaya birləşmək məsələsi ilə bağlı qeyri-ictimai şəkildə imzatoplama başlayıb. “Bu xəyanət, təbii olaraq, Nikol Paşinyan administrasiyasının razılığı ilə baş verir. Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları nəyin bahasına olursa-olsun, bu antierməni aksiyasının qarşısını almağa çağırırıq. Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin qovulması üçün əlverişli şərait yarada bilər”, - deyə bəyanatda bildirilir.
Bəs bu məsələnin arxasında Paşinyan, yoxsa Qarabağ klanı və ya Rusiyanın özü dayanır? Erməni təxribatında Rusiyanın barmağı yoxdursa, Rusiya ermənilərin bu avantürasına necə reaksiya verə bilər? Belə bir təxribat ciddi olaraq ortaya gələrsə, Azərbaycan yenidən məsələni güc yolu ilə çözmək məcburiyyətində qalcaqmı?diaaz.space-ın məlumatına görə, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Qarabağın Rusiyaya, yaxud Rusiya-Belarus ittifaqına birləşdirilməsi təklifləri həm Ermənistanda, həm də Qarabağda ermənilər tərəfindən dəfələrlə səsləndirilib: “Bu cür təkliflərin səsləndirilməsi ilk növbədə 44 günlük müharibədə ermənilərin uğradığı dəhşətli məğlubiyyətlə və Ermənistanın Qarabağ ermənilərini qoruya biləcəyinə olan inamın itməsilə bağlıdır. Son aylar Paşinyanın səsləndirdiyi bəyanatlarda açıq şəkildə olmasa da, etiraf olunur ki, Qarabağın Azərbaycanın nəzarətindən çıxarılması qeyri-mümkündür, eyni zamanda müstəqillik və ya Ermənistanla birləşmək ”planları"nı reallaşdırmaq qətiyyən mümkün deyil. Bu bəyanata kəskin şəkildə etiraz edən separatçı Araik Arutyunyan baş nazirin belə bəyanatlar verməyə haqqının olmadığını və bu məsələ barədə yalnız “Qarabağ hakimiyyəti”nin danışmaq səlahiyyəti olduğunu bəyan etdi. Ancaq onlar da, hadisələrin inkişafını araşdıran mütəxəssislər də yaxşı başa düşürlər ki, Qarabağı Azərbaycandan ayırmaq artıq mümkün olmayacaq. 6 aprel Brüssel danışıqları bu reallığı bir daha təsdiq etdi. Brüssel görüşü ərəfəsində İrəvanda mitinq keçirən müxalifət “Qarabağ Azərbaycanın tabeçiliyində qala bilməz” tələbini irəli sürdü və hakimiyyətdən tələb etdi ki, bunu inkar edən, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən heç bir sənədə imza atmasın. Ancaq onlar da yaxşı bilirlər ki, bu məsələdə erməniləri heç bir dövlət dəstəkləmir və gələcəkdə dəstəkləməsi ehtimalı yoxdur. Ermənilərin nəzərincə bu vəziyyətdə yeganə çıxış yolu Rusiyaya birləşmək təklifini gündəmə gətirməkdir".
A.Səmədovun fikrincə, imzatoplama kampaniyasının təşəbbüskarları çox güman ki, terrorçu “Qarabağ hakimiyyəti” və Ermənistandakı müxalif qüvvələrdir, Qarabağ klanı adlanan cinayətkar dəstədir: “Paşinyanın da bu kampaniyaya gizli dəstək verməsi istisna olunmur. Çünki uzun müddətdir onu yoran Qarabağ yükündən xilas olmaq, öz üzərindən atmaq istəyir. Ola bilsin Paşinyan Qarabağın Rusiyaya birləşməsi təşəbbüsünün Ermənistan hökumətinə olan təzyiqlərin azalacağına, diqqəti yayındıracağına ümid edir. Suda boğulanın ”saman çöpü"nə olan ümidlərini xatırladan belə bir müraciətin göndəriləcəyi təqdirdə Rusiya necə davranacaq? Mən rəsmi müttəfiqimiz olan Rusiyanın belə bir avantürist tələbi nəinki qəbul edəcəyinə, heç ciddiyə alacağına belə inanmıram. Ukrayna müharibəsi şimal qonşumuzu kifayət qədər ağır duruma salıb və hərbi cəhətdən xeyli zəifləmiş Rusiyanın növbəti bir avantüraya getməsi mümkünsüzdür. Azərbaycan hakimiyyətinin Türkiyə ilə birlikdə apardığı son dərəcə müdrik siyasət də belə bir addımın atılacağını və Qarabağın “birləşmə” təklifinə müsbət yanaşılmasını mümkünsüz edir".
Partiya sədrinə görə, ermənilərin bu cür təxribatlarına qarşı Azərbaycan az ehtimal olsa da, güc amilindən istifadə edə və hərbi əməliyyatlar həyata keçirə bilər: “Ancaq biz arzu edirik ki, buna ehtiyac olmasın və bütün məsələləri danışıqlar yolu ilə, sülh sazişi vasitəsilə nizama salmaq mümkün olsun. Brüssel danışıqları problemlərin aradan qalxacağına olan inamımızı xeyli artırdı. Ümid edirik ki, üzərlərinə məsuliyyət götürən ”vasitəçilər" etimadımızı doğruldacaq və bizi “xəyal qırıqlığı”na uğratmayacaqlar".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Bu gün, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
|