Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                 

"Bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar" - deputat
Tarix: 25-05-2022, 10:28 | Çap et
"Bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar"
Bir neçə gün əvvəl Rusiya mediasında belə xəbərlər yayıldı ki, Moskvada akademik Andrey Saxarovun heykəli yoxa çıxıb. Maraqlı informasiya idi, akademikin heykəli niyə qəhətə çıxıb? Sonradan məlum olub ki, heykəl abidənin müəllifinə ötən ilin payızında təhvil verilib, amma parka qayıtması üçün heç bir tarix göstərilməyib. Abidənin müəllifi heykəltəraş Qriqori Pototskidir. Daha maraqlısı isə bundan sonra baş verib. Belə ki, ötən həftəsonu erməni KİV-ləri Xankəndində Saxarovun abidəsinin açılışı haqda xəbər yaydılar. Qeyd olunurdu ki, abidənin quraşdırılması Saxarovun anadan olmasının 101-ci ildönümünə həsr olunub.

Maralıqdır ki, separatçı rejimin “dövlət naziri” Artak Beqlaryan “Saxarovun abidəsinin məhz bu vaxt “artsax”da ucaldılması rəmzidir”, deyib. Tədbirdə iştirak edən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mayoru Vitali Fomin isə vurğulayıb ki, A.Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb. Yeri gəlmişkən, Xankəndindəki məktəbin yaxınlığında qoyulmuş heykəlin üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı var. Heykəlin forması isə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. Misal üçün, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabından yazdığı statusda Saxarovun abidəsinə maraqlı ad tapıb: “Saxarov Xankəndi səmasında uçan ”Bayraktar"ı seyr edir". Məlumdur ki, Saxarov erməni Yelena Bonnerlə evli olub. Onun təsiri ilə də Qarabağ münaqişəsində ermənilərin tərəfində durub.

Saxarov SSRİ-də insan hüquqları müvəkkili, nüvə fiziki və islahatçı kimi tanınıb, kommunist olmayan dövlətlərlə iqtisadi və siyasi sahədə əməkdaşlıq əldə olunmasının tərəfdarı imiş. 1975-ci ildə isə Nobel Sülh Mükafatını qazanıb, amma mükafatı almaq üçün ölkədən çıxmasına icazə verilməyib. Həyat yoldaşı Yelena Bonner onun adından mükafatı qəbul edib. İndi isə akademikin Moskvada itib, Xankəndində bitməsi maraq doğurur. Məlumata görə, Rusiyada fəaliyyət göstərən “Taşir” fondunun dəstəyi ilə onun abidəsinin Xankəndində açılışı olub. Saxarovun daşını Moskvadan Xankəndinə kim daşıyıbsa, xalis təxribatçıdır. Buna şərait yaradan sülhməramsızlar da eyni sözə layiqdirlər. Saxarov hara, Xankəndi hara?

Əlbəttə, burada məkrli niyyət də var - bir müddət əvvəl Xocalıda rus siyasi xadimlərinin abidəsi ucaldıldı, sülhməramlı heykəli qoyuldu, son günlərdə Qarabağda “Rus icması” yaradılması üzrə işlərdə fəallıq hiss olunur, indi də ermənipərəst Saxarovun itmiş heykəli Xankəndində “zühur” edir, deməli, Kremldə bölgənin “ruslaşdırılması” ssenarisi işə salınıb. Gələcəkdə Donetsk, Luqansk kimi bu yerlərdə də 5-10 rus tapıb Moskvaya müraciət yazmağa məcbur etsinlər ki, guya Azərbaycan onları sıxışdırır, biz Rusiyaya birləşmək istəyirik. diaaz.space-ın məlumatına görə, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar: “Həmçinin Rusiyanın bölgədə maraqları da var. Amma gərək sülhməramlılar 9 mayda faşist Njdenin heykəlinə də gül qoyardılar, düz eləmədilər. Ukraynada guya faşizmə qarşı mübarizə aparırlar, amma erməni faşist Njdenin heykəlinə susurlar. Bir azdan ermənilər rus uşaqları doğmağa başlayacaqlar”.

A.Abbas hesab edir ki, Rusiyanın bütün bu cığal davranışlarına baxmayaraq, şimal qonşumuz Ukraynada düşdüyü vəziyyətə görə ağır məğlubiyyət yaşayacaq: “Hətta hərb meydanında qalib gəlsə də, yenə iqtisadiyyatı dağılacaq. Rusiyanı kim müdafiə edir? Yalnız ermənilər. Erməni ilə NATO-ya qalib gələcəksən? Bu gün hansı rus efirini açırsan, ermənilər danışır. Bütün ixtiyarı verib onlara, informasiya təbliğatını onlarla qurublar. Ancaq Putinin Ukrayna müharibəsinə görə vəziyyəti heç də yaxşı deyil. İndi gəlib Saxarovun heykəlini qoyurlar. Bununla bizim əsəblərimizlə oynayırlar, guya məzələnirlər, amma bu zarafatın axırı pis qurtaracaq. Ermənistan artıq sülhlə bağlı bizim 4 maddəni qəbul edib, erməni xalqı da sülh istəməsə, Paşinyana seçkidə səs verməzdi, ona görə Saxarovun heykəlini qoymaqla, belə addımlarla heç nəyə nail ola bilməzlər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, ermənilər rusların rəğbətini qazanmağa çalışırlar: “Reallıq ondan ibarətdir ki, Rusiya Xankəndi daxil olmaqla, bu ərazilərdə mövcudluğunu artırır, regiondan çıxmaq istəmir. Bu səbəbdən gah abidə qoyur, gah tədbir təşkil edir. İstisna deyil ki, Rusiya Donbas, Abxaziya kimi Qarabağda da təhlükəli oyunlar apara bilər, ona görə ayıq-sayıq olmalıyıq. Görünən budur ki, Rusiya problemi tam həll etmək istəmir. Azərbaycan isə Rusiyanın və Ermənistanın planlarını görür, Türkiyə ilə birlikdə gücünə güc qatıb öz siyasətini davam etdirir. Bununla Rusiya da, Qərb də hesablaşmağa məcburdur”. QAT sədrinin sözlərinə görə, Rusiya rəhbərliyinə rəsmi qaydada, eləcə də Azərbaycan cəmiyyətindən müraciətlər olmalıdır, fikirlərimizi çatdırmalıyıq: “Rusiya bu etirazlarımızı görməlidir. Saxarovu indi kim tanıyır və orada heykəlinin nə işi var? Sadəcə, məqsəd bizi qıcıqlandırmaqdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Bu gün, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Bu gün, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Bu gün, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Bu gün, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru