Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                 

Eynulla Fətullayev haqqında sensasion DETALLAR - Rusiyanın hərbi attaşesi ilə gizli görüşlər
Tarix: 10-07-2023, 12:28 | Çap et
Eynulla Fətullayev haqqında sensasion DETALLAR
Eynulla Fətullayev. Heç vaxt bu adamı sevməmişəm. İçimdə həmişə ona qarşı antipatiya olub. Mənə görə, o, şübhəli faəliyyəti ilə daim gündəmdə qalmağı bacaran jurnalistdir. Uzun illər mətbuatda çalışsam da, bu “media kapitanı” ilə heç vaxt canlı ünsiyyətim də olmayıb. Açığı, buna can atmamışam da. Çünki Eynulla daim yaratdığı qalmaqallarla yadımda qalıb, xeyli sual doğuran analitik yazı və açıqlamaları ilə cəmiyyətdə ikrah hissi oyadıb. Digər tərəfdən o, ara-sıra kriminal şəxslərlə fotolarını paylaşır, məxfi və məqsədli məlumatları yaymaqla gündəm yaratmağa çalışır, antiazərbaycançılıq mövqeyi ilə həmişə ictimai qınaq obyektinə tuş gəlir. Bir sözlə, elə bir şərait yaranıb ki, Eynulla Fətullayevin fəaliyyəti dövlətin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Gəlin faktlara istinad edək.

2020-ci ilin sentyabrında müharibə başlayanda Eynulla yazırdı ki, bu savaş Azərbaycan üçün “proval olacaq”. Onun avqust-sentyabr aylarında təqdim etdiyi analitik yazısında vurğulanırdı ki, müharibə başlasa, region xaosda boğulacaq. Sizə bu tezis nəsə demir ki?!

Əlbəttə, bəllidir ki, bu tezislər kimin marağına xidmət edirdi. Putin administrasiyası və Ermənistan ideoloqlarının əsas arqumenti də bu idi. Heç bir müharibədən söhbət belə gedə bilməzdi. Əks təqdirdə ruslar Cənubi Qafqazda cəhənnəm yaşadacaqlarını deyirdilər. Amma nəticə Eynullanın tezisləri ilə uyğun gəlmədi. Regionda nəinki xaos yaranmadı, hətta Azərbaycan 30 ilə yaxın işğalda qalan torpaqlarını azad edərək qələbə qazandı və bölgədə öz sözü olan güclü dövlətə çevrildi.

Rusiyanın tanınmış iş adamı, əslən azərbaycanlı Fərhad Əhmədovun Kremlin adamı olduğunu ölkəmizdə bilməyən yoxdur. Mediada və müəyyən kluarlarda bu iş adamı Moskvanın İvanişvilisi kimi də təqdim edilir. Bəli, rusiyalı oliqarxla Eynullanın dostluğu artıq “dastan”a çevrilib. Sözsüz ki, Fətullayevin Əhmədovla sıx əlaqələri təsadüfi deyil.

Xatirinizdədirsə, İkinci Qarabağ savaşında şimal cəbhə ilə bağlı Əhmədovda olan bəzi neqativ məlumatlar alınaraq ictimailəşdirilmişdi. Buna görə haqqın.az-ın baş redaktoru Baş Prokurorluğa da çağırılmışdı. Bu da dəqiq faktdır ki, həmin görüşə gedəndə tanınmış jurnalist üstündəki mobil telefonunu panikaya düşüb sındırmışdı. Əlbəttə, əsas məqsəd bəlli idi. O, bununla telefonda olan məlumatları gizlətməyə çalışmışdı.

Eynulla Fətullayev mənim gözümdə həm də sifarişli, muzdlu jurnalistdir. O, neçə-neçə ləyaqətli məmura şər ataraq mənfi piarla məşğul olub. Bu məmurların arasında dövlət başçısının etimad göstərdiyi şəxslərdən tutmuş diplomatlara qədər var. Təəssüflər olsun ki, “Eynulla əməliyyatı” hələ də davam edir.

Heç kimə sirr deyil ki, bu gün media cameəsində, müəyyən dairələrdə Fətullayev Azərbaycan məmurlarından yazılanlara və ucuz piara görə də külli miqdarda pul alır. Hətta utanmadan deyir ki, haqqın.az media orqanları arasında ən çox pul qazanan saytdır. Görəsən, “şəffaf” hesabatlar təqdim edən Eynulla kimin gözünə kül üfürür?

Eynulla Fətullayevi şəxsən tanıyanlar da deyir ki, onun məqsədi dövlət maraqları deyil, yalnız öz cibinə xidmət etməkdir.

Fətullayev birmənalı şəkildə ruspərəstdir. Amma xüsusi xidmət orqanlarının tezisləri gələrsə, o, özünü rusofob ideologiyasının sadiq əsgəri kimi də təqdim etməyi bacarır. Nədənsə dünənə qədər rusa sevgisi ilə gözümüzə girən Kremlin Azərbaycandakı “sözçüsü” gözlənilmədən Ukrayna müharibəsində başqa sifətdə təcəlla etdi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra antirusiya istiqamətini götürən Eynulla dayanmadan tamam başqa tezislərlə meydana atılır.

Amma etibarlı mənbələrdən əldə etdiyim məlumatlara görə, o, Bakıda rus hərbi attaşesi ilə tez-tez görüşür. Həm də Moskvada olanda Rusiya xüsusi xidmət orqanları ilə sıx təmasları olur. Eynullanın Ukraynaya səfərə getməsinin əsl səbəbləri də bu məlumatlar əsasında araşdırılmalıdır.

Fadil Paşayev,
KONKRET.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru