Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                 

"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?" - deputat
Tarix: 27-03-2024, 08:42 | Çap et
"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?"
Dünyanın müxtəlif beynəlxalq təşkilatları 2023-cü ilin yekunlarına dair müxtəlif ölkələrdə insan haqları və medianın durumu ilə bağlı hesabatlar yayıb.

Həmin hesabatların Azərbaycanla bağlı bölümündə ölkəmizdəki vəziyyət tənqid olunur.

Son zamanlar baş verən həbslər də Azərbaycanla Avropa İttifaqı və ABŞ arasında da gərginlik yaradıb.

Ancaq Azərbaycan hökuməti insan haqları ilə bağlı tənqidləri ciddiyə almır.

Elə Avropa Şurasının İnsan Hüquqları Üzrə Ali Komissarı Dunya Miyatoviç də son bəyanatında hökumətin çağırışlara əhəmiyyət vermədiyini deyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya müsahibəsində beynəlxalq qurumların iddialarına dair sualları cavablandırıb.

–Naqif bəy, yəqin ki, dünyanın nüfuzlu təşkilatlarının 2023-cü illə bağlı hesabatlarındakı tənqidləri oxumusunuz. Niyə, Konstitusiyasına “hüquqi”, “demokratik” və “dünyəvi” bir dövlət yazılan, Avropa Şurasının üzvü olan bir ölkədə bu qədər problemlər var?

– Əlbəttə, mən bu hesabatlarla tanışam. Amma orada oxuduqlarım məni heç zaman təəccübləndirmir. Mən sizə səmimi deyim ki, illər öncə tələbə olarkən belə bu cür hesabatları görürdüm. Bizim üçün gözlənilməz bir məsələ yoxdur. Sadəcə tarixlər dəyişdirilməklə eyni hesabatlar yayılır. Bu, ABŞ-ın Dövlət Departamentinə də aiddir. Baxmayaraq ki, ötən illərdə Azərbaycan böyük bir yol keçib. Ölkəmizdə qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb. Ciddi siyasi-iqtisadi islahatlar aparılıb. Amma mən şahidi olmadım ki, həmin hesabatlarda mütərəqqi adımlardan biri də vurğulansın.

O təşkilatlar illərdir ki, Azərbaycana qarşı fəaliyyət göstərir. Onların iç üzü elə Qarabağ məsələsində də ortaya çıxdı. İşğalı pisləmək əvəzinə Azərbaycanı ittiham etdilər ki, niyə öz ərazi bütövlüyünüzü təmin etmisiniz.

– Amma Avropa ölkələri və əksər təşkilatlar Azərbaycanın ərazi bötüvlüyünə şübhə etməyib. Hətta Azərbaycan hökumətinin kəskin tənqidçisi olan AŞ PA üzvü Frank Şvabe belə bunu etiraf edir…

– Azərbaycanın ərazi bötülvüyü BMT tərəfindən tanınır. Onlar dolayısı yolla, hərəkətləri ilə ermənilərə açıq dəstəkləri ilə ölkəmizin suverenliyinə qarşı çıxır. Məsələn, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, amma Ermənistanı silahlandırırlar. Azərbaycana münasibətdə səmimiyyət yoxdur.

Cənab Prezident də bunu bəyan edib. Son çıxışlarında da Prezident bildirdi ki, Cənubi Qafqazın üç ölkəsi arasında ayrı-seçkilik edilir.

Bizdə insan haqları ilə bağlı fərdi məsələləri ölkə əleyhinə kampaniyaya çevirirlər. Biz bunu yaxşı görürük.

– Etiraf edək ki, dediyiniz Cənubi Qafqaz ölkələrində məhkəmə-hüquq sistemi bizdən daha mükəmməldir. Elə Avropa Məhkəməsinin hesabatlarında da görünür ki, Avropa Şurasına üzv ölkələrdə Azərbaycandan daxil olan şikayətlərin sayı Gürcüstan və Ermənistandan xeyli artıqdır. Bugün ölkədə siyasi məhbusların sayı durmadan artmaqdadır. Axı, bunlar bizim reallıqlardır.

– Azərbaycanda məhkəmə-hüquq islahatları üçün addımlar atılıb. Bu proses yenə də davam etdirilir. Bir neçə ay əvvəl Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsindən kənarlaşdırılmasının şahidi olduq. Bu, islahat deyilmi? Nədən həmin təşkilatlar bunu təqdir etmədi və görməzdən gəldi?

Baxmayaraq ki, buna görə həmişə bizi tənqid edirdilər ki, Ədliyyə nazirinin şura sədri olması məhkəmə müstəqilliyinə təhdiddir.

Son zamanlar diqqət etmisnizsə, müxtəlif məhkəmə orqanlarında bəraət hökmlərinin sayı nə qədər artıb. Elə bir ay olmur ki, biz Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmünün şahidi olmayaq. Bu, məhkəmələrin müstəqilliyindən irəli gələn hallardır. Məhkəmələr müstəqildir ki, istintaq orqanının ittihamını ləğv edir və vətəndaş bəraət alır.

Siyasi məhbus məsələsinə gəlincə, son zamanlar müxtəlif şəxslərin həbsinə görə Azərbaycana qarşı ağır ittihamlar var. Hesab edirəm ki, bu məsələlərə səbrlə, təmkinlə yanaşmaq lazımdır. Qaçaqmalçılıq qanunla cinayət məsuliyyəti yaradır. Hər bir fəaliyyət qanuna əsaslanmalıdır. Əməliyyat-istintaq orqanları müəyyən edib ki, qanunsuz yolla qrantlar alınıb və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib.

Əgər bu şəxslər ofislər icarəyə götürübsə, bir neçə şəxsə əmək haqqı veribsə, demək ortada maliyyə olub. İstintaq orqanı da bu maliyyənin mənbəyini araşdırmalıdır. Yekun məhkəmə hökmü olmadan bu cür ağır ittihamlar yolverilməzdir. Bəzi çağırışlara mənfi reaksiyamızın isə səbəbi var. Biz də problemləri görürük və inkar etmirik. Amma bunların həlli üçün tələb, təhdid dili ilə danışmaq doğru deyil. Bunlar tövsiyyələr formasında olmalıdır. Azərbaycanda insan hüquq və əsas azadlıqları ilə bağlı qanunlar qəbul olunarkən Venesiya Komissiyasının tövsiyyələrinə istinad olunur.

– Növbəti ay AŞ PA-nın payız sessiyası işinə başlayacaq. Azərbaycan bu qurumla münasibətləri düzəltmək barədə düşünürmü? Vəziyyət dəyişə bilərmi və bizim deputat heyətimizin AŞPA-nın sessiyasında iştirakına yenidən baxıla bilərmi?

-Vəziyyəti düzəltmək AŞ PA-dan asılıdır. Azərbaycanın deputat heyətinə qarşı qərəzli , haqsız mövqe sərgilənib. Münasibətləri qaydaya salmaq onlardan asılıdır. Onlar səhvlərini düzəldərsə, Azərbaycan nümayəndə heyəti yenidən quruma qayıda bilər. Əgər bizə qarşı qərəzli münasibət davam edəcəksə, Avropa Şurasına verdiyimiz üzvlük haqqından tutmuş, Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru