Fazil Mustafaya sui-qəsdlə bağlı yeni detal... - "Əynində qara paltar, başında kapuşon olan kişi..."
Tarix: 30-03-2024, 10:43 | Çap et
 Ötən il martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fazil Mustafanın vəkili tərəfindən məhkəməyə ərizə təqdim edilib.
Ərizədə Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib. Hakimlər ərizəni cinayət işinə əlavə edilməsi barədə qərar qəbul ediblər.
Daha sonra şahid qismində Xəyyam Musayev ifadə verib. O bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə təqsirli bilinib və Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Şahid deyib ki, təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıb. Onun sözlərinə görə, Rəşad Əhmədov ona tapança verib: "Mən də həmin silahı özündə saxlamışam. Mən ötən ilin may ayında həbs edilmişəm. Buna səbəb silah satmağım olub. Elşən adlı şəxsə silah satmışam. Ona silahı satanda qiymətini 1600 manat dedim. Amma 800 manata satdım. Həmin silah Rəşadın mənə verdiyi silah idi. Sonra Elşənin özünü də həbs ediblər".
Şahid qeyd edib ki, Rəşad Əhmədovun silahı ona nə vaxt verdiyini xatırlamır.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları ifadə veriblər. Onlar bildiriblər ki, 2023-cü ilin aprelin 14-də Rəşad Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə əməliyyat məlumatı daxil olub. Onların sözlərinə görə, daxil olmuş məlumat əsasında Qaradağ rayonunun Ələt qəsəbəsində Rəşad Əhmədovun saxlayıblar, daha sonra baş idarəyə gətiriblər. Şahidlər deyiblər ki, idarədə Rəşad Əhmədovun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunub.
Bundan sonra hakim deyib ki, iş üzrə iki şahid qalıb, bunlardan biri polis əməkdaşı və digəri isə Tünzalə Kərimovadır. Hakim bildirib ki, polis əməkdaşı növbəti iclasa dəvət olunacaq.
Amma tərəflərin razılığı ilə Fazil Mustafanın qonşuluğunda yaşayan Tünzalə Kərimovanın istintaq zamanı verdiyi ifadəsi elan edilib.
Tünzalə Kərimova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2023-cü ilin martın 28-də, saat 21:50 radələrində yaşadığı evdə olarkən çöldə atəş səsləri eşidib: "Hamamın nəfəsliyindən bayıra baxdım. Boyu təxminın 170-175 santimetr hündürlüyündə, əynində qara paltar, başında kapuşon olan, kişinin qaçdığını gördüm. Hava qaranlıq olduğu üçün onun üzünü görə bilmədim".
Növbəti proses aprelin 5-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
| • BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57 |
|
|
|
| • Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48 |
|
|
|
| • Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36 |
|
|
|
| • Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30 |
|
|
|
| • “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17 |
|
|
|
| • “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16 |
|
|
|
| • Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
| • İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13 |
|
|
|
| • Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10 |
|
|
|
| • Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01 |
|
|
|
| • Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55 |
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
| • Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10 |
|
|
|
| • Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49 |
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
|