"Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                 

“Uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm” - Azər Həsrət
Tarix: 17-07-2024, 08:26 | Çap et
“Uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm”
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb. İctimaiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik. Onların sırasında jurnalistlərin də olacağı istisna deyil.
Əvvəllər seçkilərdə iştiraka meyl edən bəzi jurnalistlərlə əlaqə saxlayaraq onlardan namizədliyini irəli sürüb-sürməyəcəklərini soruşduq.
“Yeni Müsavat” qəzetinin əməkdaşı, parlament müxbiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elşad Paşasoy “Sherg.az"a açıqlamasında deyib ki, seçkilərdə iştirak hər bir vətəndaşın konstitusion hüququdur:
“2020-ci ilin 44 günlük müharibəsində, 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində olduğu kimi, qarşıdakı növbədənkənar parlament seçkilərində də kütləviliyimizi təmin etməklə, birliyimizi nümayiş etdirməliyik. Şəxsən mənə görə, zəfər qazanmış Azərbaycanın parlamentinə Xankəndidə, Xocalıda, Xocavənddə, Hadrutda, digər tarixi torpaqlarımızda qurulacaq seçki məntəqələrində sayılacaq bülletenlər, gələcək səslərin önəmi çox böyükdür və misilsizdir. Cənab Prezident ailə üzvləri ilə birlikdə Xankəndidə, prezident seçkilərində səsvermədə iştirak edəndən sonra bildirmişdi ki, “Xankəndidə verdiyim səs erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Hesab edirəm ki, Milli Məclisə budəfəki seçkilərdə azad Qarabağda, Şərqi Zəngəzurda veriləcək səs ümumilikdə erməniçiliyə, ərazilərimizi 30 il ərzində qoparmağa çalışan məkrli qüvvələrə, revanşçılara növbəti tutarlı cavab olacaq”.
Seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala gəldikdə isə E.Paşasoy deyib ki, hakim partiyanın namizədlərinin açıqlanması seçki qərarının verilməsində mühüm əhəmiyyət kəsb edir: “700 mindən artıq üzvü olan, böyük potensiala malik hakim partiyanın namizədləri ilə rəqabət asan məsələ sayılmamalıdır. O mənada hələlik seçki qərarımı açıqlamağı məqsədəuyğun hesab etmirəm. Lakin parlament seçkilərində iştirak üçün müəyyən potensial qazanan şəxslərdənəm və bu prosesə töhfə vermək imkanlarım var. Xatırladım ki, indiyədək bir dəfə 2010-cu il parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və müəyyən nəticələr qazanmışam. Rəsmi protokollarda əksini tapan 2 minə yaxın səs bir gənc iddiaçının ilkin təcrübəsi baxımından pis nəticə deyildi. Buna görə etimad göstərən seçicilərimə təşəkkür edirəm. Sonrakı seçkilərdə müəyyən təkliflər, təşəbbüslər olsa da, namizədliyimi irəli sürməmişəm. Amma 2024-cü il növbədənkənar seçkilərin ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə keçirilməsi baxımından ilk olduğunu və dövlət başçımızın yeni dövrə qədəm qoymağımızla bağlı mövqeyini, daha böyük hədəflərimizi nəzərə alaraq, prosesdə iştirak arzuolunandır. Hər halda qazanılmış əlavə təcrübə, mümkün potensialın daha səmərəli şəkildə istifadəsi, xalqa, dövlətə fayda vermək baxımından arzu-istək amili də var. Yaxın günlərdə dostlarla, təcrübəsinə etibar etdiyimiz insanlarla məsləhətləşmələrdən, müəyyən təhlillərdən sonra, həmçinin seçicilərin təşəbbüslərini, mövqeyini nəzərə alaraq yekun qərar verəcəyik, inşallah!
Yeri gəlmişkən, 2010-cu il parlament seçkilərindəki şüarım belə idi: “Elşad olmasa da, olar, təki El Şad olsun!”. Bu gün də o qənaətdəyəm, təki dövlətimiz, el-obalarımız nəticələrdən məmnun olsun, zəfərimizin davamında parlament seçkilərinə seçkilərimizin nəticələri də faydalı, düşərli olsun. Parlament seçkiləri mübarizədir, amma bununla belə hesab edirəm ki, hər kəs özünün layiq olduğu ünvanda fayda versə, daha yaxşıdır, nəinki kiminsə yerini tutmağa cəhd göstərməklə... Fərdi maraqlar ümummilli maraqlardan önə keçməməlidir, belə olarsa, biz daha güclü olacağıq, dostlarımız sevinəcək, qarşımızı kəsmək istəyən düşmənlərimiz məğlub olacaq. İstənilən halda, dövlətimizə, millətimizə xeyirli olsun!”.
Əməkdar jurnalist, “Globalinfo.az” saytının təsisçisi Azər Ayxan isə deyib ki, növbədənkənar parlament seçkilərinin ətrafında çox ciddi müzakirələr gedir:

“Gözləntilər böyükdür! Hazırkı parlament heyətindən, xüsusən də Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların neçə faizinin dəyişəcəyi, kimlərin gedib, kimlərin qalacağı xüsusi maraq doğurur. Ən böyük gözlənti isə YAP-ın siyahısıdır. Partiya üzvlərindən kimlərin hansı dairədən namizəd olacağı deputatlığa namizəd olmaq istəyən digər şəxslər üçün son dərəcə əhəmiyyətli məsələdir. Bu da təbiidir. Adətən Yeni Azərbaycan Partiyasının namizədi namizədliyini irəli sürdüyü dairədə favorit olur və müəyyən səbəblərdən ona qalib gəlmək çətin olur. Hətta YAP-ın namizədi olmasa belə, partiya hansısa bir dairədən namizədliyini müstəqil verən şəxsləri dəstəkləyir. Ümid edirəm ki, növbədənkənar parlament seçkiləri, şəffaf və demokratik bir mühitdə baş tutacaq və layiq olan namizədlər seçicilərin səsini alaraq parlamentə mandat qazanacaqlar”.
A.Ayxan hələ ki namizəd olub-olmayacağı ilə bağlı konkret qərarı və ya iddiası olmadığını deyib: “Sözsüz ki, özümüzü bu posta layiq bilirik və yaxşı millət vəkili olacağımıza, seçicilərimizi lazımi formada təmsil edəcəyimizə əminik. Lakin indiki məqamda belə bir iddiam yoxdur. Media nümayəndəsi olaraq yeni, 1 il 7 ay bundan əvvəl yaranmış bir saytın rəhbəri olaraq başlıca qayəm bu sahədəki nailiyyətlərimizi genişləndirməkdir. Hər hansı bir situasiya yaranarsa, növbədənkənar parlament seçkilərində namizəd olaraq iştirak etmək qərarımı gözdən keçirə bilərəm".
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikrincə, parlament seçkiləri hər bir xalqın taleyində mühüm rol oynayır. İnsanlar seçki vasitəsilə qanunverici orqanda 5 il onları təmsil edəcək şəxsləri seçirlər:

“Düşünürəm ki, bu prosesə son dərəcə diqqətlə yanaşmalı, ən layiqli namizədi seçməliyik. Azərbaycan jurnalistləri arasında deputat seçilməyə layiq olan, hətta buna haqqı çatan xeyli sayda qələm adamı var. Biz jurnalistlərin yaxşı deputat olduğunu "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşovun, mərhum Qənirə Paşayevanın, Əməkdar jurnalist Vüqar Rəhimzadənin, yazıçı-jurnalist Aqil Abbasın, Ali Media Mükafatı laureatı Aynur Camalqızının və digər həmkarlarımızın timsalında görmüşük. Əminəm ki, hazırda estafeti davam etdirməyə xeyli layiqli namizəd var.
Rəşad Məcid, Rauf Arifoğlu, Akif Aşırlı, Umud Rəhimoğlu, Azər Həsrət, Aqil Camal, Elşad Paşasoy, Elxan Şükürlü çox yaxşı deputat ola, xalqa vəkillik edə bilərlər. Bu siyahını daha da genişləndirmək olar. Jurnalistlərin savadı, dünyagörüşü, təcrübəsi buna imkan verir. Jurnalist tanıyıram ki, 5 ildi əyalətdən seçilmiş bir deputatın adından məqalələr yazır, açıqlamalar verir. Azərbaycanda onlarla jurnalist var ki, heç bir kriteriya üzrə indiki deputatlardan geri qalmır. Bu adamların Milli Məclisdə təmsil olunması xalq üçün qazancdır".
S.Verdizadə seçki marafonuna qoşulmaq niyyətində olmadığını bildirib. Qeyd edib ki, onun ən yaxşı bacardığı iş yazmaqdır: “Cəbrayılın çox savadlı, bacarıqlı, ləyaqətli, işgüzar deputatı var. İnanıram ki, hakim Yeni Azərbaycan Partiyası bu dəfə də millət vəkili Ceyhun Məmmədovun namizədliyini irəli sürəcək. O, mandatı ilə, mən isə qələmimlə xalqa xidmət edəcəyik”.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də son qərarını hələ verməyib:

“Amma uyğun şərait olsa, 57 saylı Xaçmaz şəhər seçki dairəsini düşünürəm. Təbii ki, alternativlər də var. İştirak edəcəyim təqdirdə onların hər birini diqqətlə nəzərdən keçirəcəyəm”.
A.Həsrətin fikrincə, indiki mərhələdə seçki prosesi sakit bir ortamda davam edir: “Xəbərləri izləyirəm. Dairədən çoxsaylı müraciətlər alıram ki, namizədliyimi irəli sürüm. Belə baxanda proses yetərincə normal gedir. Bir də tənqidçi gözüylə baxırıq biz. Bu baxımdan da nəsə problem görə bilmirik. Ümid edirəm ki, sonadək belə davam edəcək və dövlətimiz üçün xeyirli nəticələr olacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru