“ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                 

Keçmiş polis əməkdaşını güllələyənin atası işdən çıxarıldı - Şok gəlişmə...
Tarix: 1-09-2015, 11:32 | Çap et
Keçmiş polis əməkdaşını güllələyənin atası işdən çıxarıldı
Xəbər verildiyi kimi, avqustun 28-də, gecə saatlarında Nizami rayonu, Əzimzadə küçəsi 20 ünvanda tapançadan açılan atəş nəticəsində qətlə yetirilən Nadir İbrahimov
“Butastone” şirkətinin təsisçilərindən biri olub. Hadisə şəxsi münaqişə zəminində törədilib. "Təzadlar"ın rəsmi saytı ötən gün N.İbrahimovu güllələyən əslən Ağdam
rayonundan olan Rövşən Həsənovun nümayəndəsi və vəkili Elxan Süleymanlı ilə eksklüziv müsahibə təqdim etmişdi... E.Süleymanlı bildirmişdi ki, "...İstintaq aparılır və
artıq Rövşən Həsənov ilkin ifadəsini verib… Valideynlərinin də bildirdiyinə görə, o, deyib ki, qətlə yetirilən Nadir İbrahimov ona telefonda dəfələrlə ağır formada ailə
söyüşü edib, təhdid edib, sonda bundan özünə yer tapa bilməyən Rövşən Həsənov məlum addımı atıb… Qeyd edək ki, Rövşən Həsənov ziyalı ailədə böyüyüb, 18
yaşında müqəddəs Məkkəni ziyarət edərək hacı olub, bu günə kimi də özünü islam adətlərinə uyğun təmkinli və səbrli aparıb, böyüyə, ailəyə canıyanan olub, ədəb-ərkanı
qoruyub… Təəssüf edirəm ki, belə bir hadisə baş verib…".
Ötən gün bəzi saytlarda Rövşən Həsənovun barəsində ağlagəlməz iddialar irəli sürərək guya onun kriminal aləmlə əlaqədə olmasını yazıblar... "Təzadlar"ın əməkdaşı
yenidən bəzi suallarla R.Həsənovun vəkili Elxan Süleymanlı ilə əlaqə saxlamışdır... Vəkil olduqca maraqlı açıqlamalar vermişdir.
-Elxan müəllim, Rövşən Həsənovun kriminal aləmlə bağlı əlaqələrinin olması iddialarına münasibətinizi bilmək istərdik...
-Bildiyiniz kimi, biləsiniz ki, Nadir İbrahimovun ölüm işi ilə bağlı cinayət işi Bakı şəhəri Nizami rayon Prokurorluğunda istintaq olunurdu. Artıq həmin cinayət işi ağırlıq
dərəcəsinə görə Nizami rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğunun icraatına verilmişdir.... O ki qaldı, Rövşən Həsənovun guya hansısa kriminal
aləmlə təmaslarının olmasına, bu cəfəng iddialarda bulunanlar bircə şeyi bilsinlər ki, R.Həsənovun barəsində indiyədək heç bir cinayət işi, yaxud məhkəmə hökmü
olmayıb...
-Elxan müəllim, məlum cinayət hadisəsinin baş verməsinə səbəb kimi Nadir İbrahimovun vətəndaş Rövşən Həsənovu dəfələrlə təhdid etməsi və telefonda ağır formada
söyməsi göstərilir. Bu təhdidə səbəb olan motiv nədir, əgər istintaq sirri deyilsə...
-İstintaq bu məsələni dərindən araşdırır... Mən başqa heç nə deyə bilmərəm. Hələlik o məlumdur ki, Rövşən Həsənov Nadir İbrahimov tərəfindən hadisədən xeyli əvvəl
təhdid olunub, həm özü, həm də ailəsi- uşaqları ölümlə hədələnib. Təkrar edirəm, təəssüf ki, bu gün bəzi sosial şəbəkələrdə və adını çəkmək istəmədiyim saytlarda
Rövşən Həsənov kriminal aləmlə yaxın olan şəxs kimi təqdim edilir. Heç bir sübut və fakt olmadan belə iddialarda bulunmaq qətiyyən yolverilməzdir. Əksinə, məlum
olduğu kimi mətbuatda Nadir İbrahimovun adı iş adamı kimi kriminal hadisələrdə hallanıb. Hətta hadisə baş verəndən az əvvəl
N.İbrahimov telefonda R.Həsənova “Səni və ailə üzvlərini, azyaşlı qızlarını ağzından atacağam” , - deyərək ardıncada ağır formada söyüş söymüşdür...
***
Xatırladırıq ki, baş verən qanlı hadisə ilə bağlı Azərbaycan CM-nin 120.1 və 228.1 maddələri ilə cinayət işi başlanıb və istintaq hərəkətləri davam etdirilir.
Bu arada “Təzadlar”ın Araşdırma Qrupu müəyyən etmişdir ki, R.Həsənovla N.İbrahimovun indiyədək heç bir biznes əlaqələri olmayıb, hər hansı bir formada canlı
təmasları da qeydə alınmayıb. Həmçinin Rövşən Həsənov heç vaxt N.İbrahimovla üz-üzə belə gəlməyib, onu üzdən tanımayıb. Mənbə bildirir ki, sadəcə, N.İbrahimovun
gizli nömrədən zəng edərək R.Həsənovu dəfələrlə təhdid edib, ağır formada söyməsi Rövşən Həsənovu psixoloji gərginlik həddinə çatdırıb... Tam təsadüf nəticəsində
isə R.Həsənov özünə məxsus avtomobili ilə dostunu gecə saatlarında evlərinə yola saldıqdan sonra Nizami rayonu ərazisindəki “Şuşa” restoranının yanından (Nizami
rayon Məhkəməsi yerləşən ərazi) keçəndə Nadir İbrahimova məxsus “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobili yolun kənarında görür. Baxmayaraq ki,
N.İbrahimovu üzdən tanımır, lakin maşının nömrəsinə görə təxmin edib kənardan onu səsləyərək “Nadir, sənsən?”, - xəbər alır. Qarşı tərəf “Həə, Rövşən mənəm, gəl
danışaq...” , - deyərək onu yanına çağırır... (Halbuki tərəflər arasında olan telefon danışığı münaqişəsi təxminən gecə saat 22.00 radələrində baş verib və həmin vaxt
Rövşən Badamdar ərazisində olub. Onlar isə qanlı hadisə baş verən Nizami rayonu ərazisində gecə saat 01-02 radələrində qarşılaşırlar). Və Rövşən Nadirə
yaxınlaşaraq gərginlik içində soruşur ki, niyə məni və ailəmi söyüb, təhqir edib ölümlə hədələyirsən, səbəb nədir? Bu vaxt Nadir İbrahimov ona “Əcəb edirəm...” deyərək
telefonda etdiyi söyüşləri daha pis formada təkrarlayır. Sonra dərhal qaranlıqda əlini silahını saxladığı ehtimal olunan cibinə atır. Rövşən Həsənov artıq əvvəllərdən
N.İbrahimovun üstündə silah gəzdirməsi barədə məlumatlı olduğundan maşınında saxladığı silaha əl ataraq uzaq məsafədən ona tuşlayaraq atəş açır. Lakin özünün
bildirdiyinə görə, öldürmək məqsədilə deyil, sadəcə, qorxutmaq üçün bu addımı atır. N.İbrahimovun qaranlıqda əlini arxasına atması R.Həsənovu silahla öldürəcəyi
şübhəsini ortaya qoyduğundan o, qarşı tərəfdən daha cəld tərpənərək silahdan istifadə edir. R.Həsənov bu an o dərəcədə ruhi həyəcan içərisində olub ki, hətta hadisə
yerindən öz maşını ilə uzaqlaşarkən yolda avtomobil qəzası da törədir (Kriminal aləmlə əlaqəli şəxs özünü belə apararaq psixoloji hala düşə bilərdimi?). R.Həsənova
məxsus avtomobil iki dəfə aşır, o, ciddi xəsarətlər alır, hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılır. Sonradan polis orqanlarına gələrək könüllü surətdə təslim
olur.
Qeyd edək ki, R,Həsənov ali təhsilli hüquqşünasdır və tanınmış şirkətlərdən birində şöbə rəisidir. Heç bir kriminal keçmişə malik deyil, barəsində hər hansı bir
məhkəmə hökmü yoxdur, 18 yaşından müqəddəs Məkkə torpağını ziyarət edərək “Hacı” dini titulunu daşıyır.
***
"BALANSİNFO.AZ"ın əməkdaşının isə bu gün etibarlı mənbədən aldığı məlumata görə, N.İbrahimovu güllələyən Rövşən Həsənovun atası, Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin şöbə rəisi Qalib Həsənov dünən vəzifəsindən çıxarılıb. Doğrudur, hər kəs əməlinə özü cavabdehdir və Qalib Həsənovun da oğlunun hərəkətinə
nə dərəcədə cavab verməsini deyə bilmərik. Amma bütün hallarda yəqinki sonda ataya qarşı ədalətli qərar qəbul olunacaq...
"Balansinfo.az"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru