В«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsinВ» - İcra başçısı imkansızlıq üzündən övladını itirmiş atanı ələ saldı
Tarix: 8-09-2015, 10:51 | Çap et
 Neftçalada durumun yetərli qədər ağır olduğu barədə hələ bir müddət əvvəl məlumat vermişdik. Bildirmişdik ki, rayonda sosial-iqtisadi problemlər biabırçı vəziyyət yaranıb. Neft-qaz hasilatı ilə məşğul olan rayonun kənd və qəsəbələrinin əksəriyyətində təbii qaz yoxdur. Varsa belə, onun varlığı ilə yoxluğu məlum deyil.
JAM.AZ xəbər verir ki, В«mavi yanacaqВ» problemi yaşayan kəndlərdən biri də Aşağı Qaramanlıdır. Daha doğrusu, bu kəndə qaz xətləri çəkilərkən layihədən bir xeyli kənara çıxılıb. Nəticədə, bir çox sakin ciddi problemlə üzləşib. Əslində, Neftçalanın Aşağı Qaramanlı kəndinin В«qaz bombasıВ»nın üzərində olduğunu demək daha dəqiq olardı. Çünki kəndə çəkilən qaz xətlərinin böyük bir qismi yerin altı ilə aparılıb. Təhlükəsizlik tədbirlərinə dair Əsasnamədə isə vurğulanır ki, təbii qaz xətlərinin yerin altı ilə çəkilməsi qadağandır. Çünki baş verə biləcək istənilən sızıntının sonradan partlayışa səbəb olma ehtimalının böyüklüyüdür. Amma Qaramanlıda bunu qətiyyən nəzərə almayıblar.
Qeyd edək ki, Neftçala rayonunda təkcə Aşağı Qaramanlı deyil, həmçinin Kür-Qarabucaq, Birinci Qaralı, Qədimkənd kimi kəndlərdə də vəziyyət fərqli deyil. Bu kəndlərin bəzilərində qaz xətləri yerin altı ilə, bəziləri qapıların üzəriylə aparılıb. Bəzi kənd sakinlərinin evlərinə isə ümumiyyətlə qaz xətti çəkilməyib. Və səbəb kimi də gülünc arqument göstərilib…
Nəzərinizə çatdıraq ki, Aşağı Qaramanlı kəndində Əbülfəzl Abbas məscidi var. İnanclı insanların üz tutduğu bu məscidə qaz xəttinin çəkilməməsinin səbəbini bilən yoxdur. Ona görə ki, əsas qaz xəttindən 30-35 metr aralıda yerləşən bu ibadət yerinin В«mavi yanacaqВ»la təmin olunmaması hamıda təcccüb yaradıb.
Elə kənd sakini Fuad Nağıyevin də başına analoji iş gətirilib. Daha doğrusu, onun evinə qaz xətti çəkilərkən darvaza üçün yer saxlanılmayıb. Ev sahibinin qürbətdə olması səbəbindən özü çəkiliş zamanı hadisə yerində olmayıb. Amma atasının etirazlarına baxmayaraq, В«AzərqazВ»ın işçiləri bildiriblər ki, onlar layihə üzrə hərəkət edirlər. В«Bu həyətin darvazası yoxdur, ona görə də qapı üçün yer qoya bilmərikВ».
Maraqlıdır ki, Allah iraq etsin, sabah yanğın və ya başqa bir bədbəxt hadisə baş verərsə, o zaman yanğınsöndürən maşın və ya ambulans bu həyətə necə girəcək? Bu suala cavab verə biləcək kimsə yoxdur. Çünki sualın cavabı yoxdur.
Aşağı Qaramanlı kənd sakini Əbülfət Qurbanovun durumu isə daha ağırdır. Üstəlik, acılı atana Neftçala İcra Hakimiyyətində yetərli qədər ələ salıblar. JAM.AZ-ın əməkdaşı ilə söhbəti zamanı Qurbanov bildirib ki, 46 yaşı var və 15 il kirayələrdə yaşayıb. Ayrı-ayrı adamların qapısında işləyərək, ailəsini dolandırmağa çalışır. Nəhayət, özünə kiçik bir daxma tikərək, ailə-uşaqla oraya yığışıb. В«Hər yerə qaz çəkildi, bircə mənim evimdən başqa. Səbəbini öyrənmək üçün döymədiyim qapı qalmayıb. Mənə nə cavab verirlər, nə də qəbul edirlər. Məsələdən Neftçalanın icra başçısının, kəndimizin icra nümayəndəsinin, bələdiyyənin xəbəri var. Amma tədbir görmürlərВ».
Həmsöhbətimiz bildirir ki, üzləşdiyi problemlə əlaqədar rəsmi qurumlara müraciət etmək istəsə də, qarşısını alırlar. В«Qonşularım evimin şəkilini çəkərək, Facebookda paylaşmışdılar. Həmin insana olmazın təzyiq göstərdilər. Yazdığım məktubu kompyüterdən çapa verməyə imkan vermirlər. Prezidentə göndərdiyim məktubu isə poçtda cırıb, tullayıblarВ».
Əbülfət Qurbanov, həm də 12 yaşlı uşağını itirib. Övladının xəstə olması və maddi imkanının müalicəyə çatmaması uşağının tələf olmasına gətirib çıxarıb. Amma Neftçalanın icra başçısı bu ürəyi dağlı atanı ələ salmaqdan çəkinməyib. В«Öz kiçik imkanlarım hesabıma özümə daxma tikmişəm. Neftçalanın icra başçısının qəbulunda olarkən mənə bildirdi ki, В«Get evinin üstünü qaldır, amma elə et ki, təyyarə dəyməsin. Sonra qaz xətti çəkilərВ». Beləcə məni ələ saldı, kor-peşman geri döndüm. Düzdür, İsmayıl Vəliyevin İstanbulda yaşayan qaynı Rövşənin adına 2 milyon dollarlıq fabrikim yoxdur ki, ipək alveri edib, biznes quram, saraylar tikdirəmВ».
Sonda onu da bildirək ki, Əbülfət Qurbanov özü də xəstədir. Lakin maddi imkanının olmaması müalicə almasını əngəlləyir. Rəsmi qurumların isə insanların hansı durumda olması veclərinə də deyil.
Müvafiq qurumlardan mövcud vəziyyətlə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfi dinləməyə hazırıq.






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
| • Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07 |
|
|
|
| • Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55 |
|
|
|
| • Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54 |
|
|
|
| • Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50 |
|
|
|
| • Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46 |
|
|
|
| • KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
| • Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39 |
|
|
|
| • Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35 |
|
|
|
| • Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29 |
|
|
|
| • Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27 |
|
|
|
| • Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13 |
|
|
|
| • İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11 |
|
|
|
| • “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58 |
|
|
|
| • "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54 |
|
|
|
| • İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41 |
|
|
|
| • Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38 |
|
|
|
| • Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24 |
|
|
|
| • “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18 |
|
|
|
| • Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11 |
|
|
|
| • Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03 |
|
|
|
| • Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02 |
|
|
|
| • Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01 |
|
|
|
| • “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49 |
|
|
|
| • İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46 |
|
|
|
| • Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43 |
|
|
|
| • Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40 |
|
|
|
| • İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38 |
|
|
|
| • “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36 |
|
|
|
| • Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34 |
|
|
|
| • “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
| • Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29 |
|
|
|
| • Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27 |
|
|
|
| • Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
| • Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22 |
|
|
|
| • SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15 |
|
|
|
| • AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59 |
|
|
|
| • Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53 |
|
|
|
| • Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40 |
|
|
|
| • Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13 |
|
|
|
| • "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04 |
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
|