"Applab" layihələri Yeni Fikir müsabiqəsinin qalibləridir
Tarix: 6-06-2016, 10:27 | Çap et
 "AppLab" proqramının iştirakçıları olan "Kvotter" və "Flapus" layihələri Qafqaz Universiteti (Texnopark) tərəfindən təşkil olunmuş "Yeni Fikir 2016" müsabiqəsində (Yeni Fikir Müsabiqəsi) 1-ci və 2-ci yerləri tutub.
Yeni Fikir Müsabiqəsinin (YFM) məqsədi innovativ sahibkarlığın inkişafına dəstək verməkdir. O, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
"AppLab üzvlərinin hər bir uğurlu addımının şahidi olmaq bizi çox sevindirir. Milli mobil operator olaraq, biz Azərbaycanda sürətlə inkişaf edən İKT sektorunun gələcəyinin təməlini qoyan gənc istedadlara dəstək göstərməkdən fəxr hissi duyuruq",-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. "Bakcell və onun tərəfdaşları AppLab ailəsinə üzv seçilmiş hər bir layihəni bərabər imkanlar və alətlərlə təmin edir. Bu cür yanaşma isə onların sağlam rəqabət mühitində inkişaf etməsi üçün daha bir zəmin yaradan amildir",-deyə cənab Hadziç əlavə edib.
AppLab proqramının yetirməsi olan "Kvotter" layihəsinin məqsədi istifadəçilərə kitablardan, jurnallardan, internet səhifələrindən və hətta rəqəmsal cihazlardan oxuduqları bəyənilmiş sitatları paylaşmaq imkanı verən sosial şəbəkə yaratmaqdır. İstifadəçilər adi kameradan istifadə edərək istənilən mətn və ya fotoşəkilləri skan edib asanlıqla dostları ilə paylaşa bilərlər.
AppLab proqramının digər məzunu olan "Flapus" layihəsi istifadəçilərin bir-birinə mətn mesajları kimi sadə xatırlatma bildirişləri göndərməsini imkanlaşdıran smartfonlar üçün asan idarəolunan tapşırıqlar meneceridir. Bu proqram istifadəçilərin özləri üçün tapşırıqlar yaratmasını və başqalarına tapşırıqlar göndərməsini asanlaşdıraraq, tapşırığı alan adamların lazım olan zaman və ya yerdə xəbərdar olmalarını təmin edir. Başqalarının özləri üçün görüləcək işlərin siyahısını tutacaqlarına ümid etməkdənsə, "Flapus" istifadəçilərə birbaşa olaraq başqaları üçün tapşırıqlar yaratmağa və onlara bu tapşırıqları nə vaxt və ya hansı məkanda xatırlatmağa imkan verir.
"AppLab" regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, Wayra UK şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. *** QUTechnopark haqqında
Qafqaz Universiteti beynəlxalq prinsiplərə uyğun olaraq təsis edilmiş Qafqaz Universiteti texnoparkı (QU Technopark) fəaliyyətləri ilə yeniliyə imza atdı. QU Technopark Azərbaycanda təhsil sahəsinin müxtəlif səviyyələrində innovasiyaları təşviq etməsi ilə tanınır.
Hazırda QUTechnopark Qafqaz Univrsitetində xüsusi ayrılmış 1000 m2-ə yaxın ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. QUTechnopark-da İnkubasiya Mərkəzi ilə yanaşı, 11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan 5-i xeyli vaxtdır ki, burada fəaliyyət göstərir. Hazırda yeni texnopark binasının tikilməsi üzərində iş aparılır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12 |
|
|
|
| • Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59 |
|
|
|
| • Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55 |
|
|
|
| • “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43 |
|
|
|
| • SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38 |
|
|
|
| • Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
| • Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19 |
|
|
|
| • “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14 |
|
|
|
| • Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
| • Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57 |
|
|
|
| • Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38 |
|
|
|
| • Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28 |
|
|
|
| • “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
| • Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20 |
|
|
|
| • Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15 |
|
|
|
| • Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05 |
|
|
|
| • Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01 |
|
|
|
| • Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59 |
|
|
|
| • Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
| • Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54 |
|
|
|
| • Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47 |
|
|
|
| • Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45 |
|
|
|
| • Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb - KİV
Bu gün, 05:40 |
|
|
|
| • Erməni şokoladları Rusiya bazarını bürüdü - Gözlənilməz ixrac sıçrayışı
Bu gün, 05:39 |
|
|
|
| • "Məktəb heç zaman nə dövlətin nə də cəmiyyətin nəzarətindən kənarda qala bilməz" - ÇAĞIRIŞ
Bu gün, 05:22 |
|
|
|
| • "Başqa model məhsul göndərilib" - NARAZILIQ VAR...
Bu gün, 05:07 |
|
|
|
| • Sabah bu tullantıları 'SİYASİ MƏHBUS' adı ilə GÖZƏ SOXMAYIN - QISA VƏ NET!
Bu gün, 04:46 |
|
|
|
| • Azərbaycana doğru ƏS(DİRİL)ƏN QUM KÜLƏYİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 04:41 |
|
|
|
| • Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - SƏRƏNCAM
Dünən, 20:00 |
|
|
|
| • Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? – Azərbaycana gözlənilən qərar
Dünən, 19:44 |
|
|
|
| • Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Dünən, 19:38 |
|
|
|
| • Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Dünən, 19:36 |
|
|
|
| • Britaniya şirkəti Azərbaycana gəldi
Dünən, 19:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Dünən, 19:15 |
|
|
|
| • Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:11 |
|
|
|
| • AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Dünən, 19:08 |
|
|
|
|