Daha bir icra başçısı yola salınır - Çəkişmə
Tarix: 16-06-2016, 12:03 | Çap et
 Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı son zamanlar ayrı-ayrı mətbuat orqanlarında müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. İcra başçısının və komandasında təmsil olunan bəzi məmurların fəaliyyətinin rayon sakinləri tərəfindən ciddi narazılıqla qarşılandığını vurğulayan mənbənin Gundelik-Baku.com-la bölüşdüyü məlumatlarda deyilir ki, dövlət büdcəsindən Beyləqan rayonuna ayrılan subsidiyalar lazımi ünvana çatmır. Beləliklə, Vaqif Abdullayevin əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndindən olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, o, rəhbərlik etdiyi rayonun inkişafı üçün deyil, məhz maraqlarının təmin olunması üçün çalışır: В«Deyilənlərə görə, onun icra başçısı kimi fəaliyyəti beyləqanlıların kəskin narazılığına səbəb olur. Çünki ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramları çərçivəsində Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdankənar xərclərə sərf olunur. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib. Onu da nəzərinizə çatdırım ki, deyilənlərə görə, icra başçısı təxminən, iki ay bundan əvvəl özünün katibəsi olan Səcidə Sadıqovanı döyüb. Bunun dəqiq səbəbi hələlik bəlli olmasa da, qeyd edim ki, Səcidə Alışan qızı Sadıqova Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi saytında aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloq kimi göstərilib. Lakin icra hakimiyyətində hər kəs bilir ki, Səcidə Sadıqovanın bu işi formal xarakter daşıyır və onun əsas işi Vaqif Abdullayevin katibəsi olmaqdır. Belə ki, icra başçısının bir çox idarə və müəssisə rəhbərlərinə sözünü məhz Səcidə Sadıqova çatdırırВ». Mövzu ilə əlaqədar əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, icra başçısı Beyləqan Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbəri Azil Aslanov və Məhəmməd Həsənovla birlikdə saysız-hesabsız qanunsuzluqlara imza atıb: В«Deyilənlərə görə, rayona ayrılan maliyyə vəsaitləri Məhəmməd Həsənova məxsus MMC-lər vasitəsi ilə yuyulub. Vaqif Abdullayev Beyləqana gəldikdən sonra Azil Aslanovu şəhər ərazi inzibati nümayəndəsi təyin edib. Beləcə, adıçəkilən şəxslər rayonun mühüm postlarını ələ keçirərək icra başçısının himayəsi altında şəxsi maraqlarını təmin etməyə başlayıblar. Bildirilir ki, maliyyə В«əməliyyatlarıВ»nın qanuniləşdirilməsini Məhəmməd Həsənov həyata keçirir. Onun bir neçə MMC-si var. В«ƏməliyyatlarВ»a cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən В«Mirdamət-2008В» MMC-dir. 2013-cü ildə Beyləqan Rayon Mədəniyyət və Türizm Şöbəsinin təmirini və şəhərin abadlaşdırılması üçün adıçəkilən MMC-yə ümumilikdə 300 min manatdan çox vəsait ayrılıb. Deyilənə görə, icra başçısının göstərişi ilə В«Mirdamət-2008В» MMC-yə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum şəxslərin arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz В«əməliyyat haqqıВ»veribВ». Bu arada, Beyləqanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən uşaq baxçasının istifadəyə verilmədiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, buna səbəbkar icra başçısıdır: В«Deyilənlərə görə, həmin binanın inşası 3 il öncə başa çatıb. Lakin buna baxmayaraq, bina 3 ildir qıfıllanmış vəziyyətdə saxlanılır və istifadəyə verilmir. Bildirilir ki, icra başçısı həmin bağçaya müdirə vəzifəsinə təyin edəcəyi şəxslər arasından birini seçməyi bacarmayıb. Çünki hələlik onun irəli sürdüyü В«şərtlərВ» heç kimi qane etmədiyindən Vaqif Abdullayevlə razılaşan yoxdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, son zamanlar müəyyən səbəblər üzündən icra başçısı ilə müavinləri, əsasən də Telman Məstanov arasında ciddi narazılıq hökm sürür. Deyilənlərə görə, icra başçısının birinci müavini Telman Məstanov Vaqif Abdullayevin postuna iddialıdır və artıq bu istiqamətdə bir sıra tədbirlərə baş vurub. Belə ki, o, əlaqələrini işə salaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almaq üçün bir sıra şəxslərlə görüş keçirib. Vaqif Abdullayev isə öz növbəsində, bundan xəbər tutub və nəticədə tərəflər arasında münasibətlər xeyli gərginləşib. Bunun nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. Lakin görünən odur ki, artıq Vaqif Abdullayevin kreslosu laxlamaq üzrədir…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
| • BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57 |
|
|
|
| • Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48 |
|
|
|
| • Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36 |
|
|
|
| • Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30 |
|
|
|
| • “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17 |
|
|
|
| • “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16 |
|
|
|
| • Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
| • İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13 |
|
|
|
| • Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10 |
|
|
|
| • Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01 |
|
|
|
| • Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55 |
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
|