Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                     Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu” .....                     Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq .....                     Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ .....                     İnsanlar hər ay banklara 240 manat borc ödəyir .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi .....                     SEPAH-a yeni komandan .....                     Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır .....                     "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" .....                     Azərbaycanda kirayə haqqı 3,9%, .....                     Təhsil sisteminin KOLLEC BAZARI... .....                     Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir .....                     Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə .....                     Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... .....                     Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə .....                     Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib .....                     Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu .....                     Moskvaya son iki ilin ən böyük dron hücumu olub .....                     Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... .....                     Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: .....                     Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı .....                     Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır .....                     “Sabah” qələbəyə görə nə qədər qazanıb? .....                     Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik .....                     Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi .....                     Nazir müavininə yeni köməkçi təyin olundu .....                     Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib .....                     "Med Kredit" ləğv olunur .....                 

"Beynəlxalq müşahidəçilikdən vacibi budur" - deputat
Tarix: 6-12-2024, 09:01 | Çap et
"Beynəlxalq müşahidəçilikdən vacibi budur"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bələdiyyə seçkilərinə heç bir beynəlxalq müşahidəçi dəvət edilməyəcəyi haqda dedikləri müzakirə mövzusuna çevrilib. MSK sədri bildirib ki, bələdiyyə seçkiləri daxili məsələdir: “Kim müraciət etsə, biz qəbul edəcəyik, amma müşahidəçi dəvət etməyəcəyik”.

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov “Turan”a bildirib ki, bələdiyyə seçkilərinə beynəlxalq aləmdə də çox ciddi səviyyədə maraq olmur: “Təbii ki, prezident seçkisinə, parlament seçkilərinə beynəlxalq reaksiya, beynəlxalq təşkilatların həmin prosesi diqqətlə müşahidə etməsi anlaşılandır. Amma bələdiyyə seçkilərinin müşahidəsində beynəlxalq təşkilatlar hətta ayrı-ayrı illərdə iştirak etsələr də, onlar üçün bu, xüsusi maraq doğurmayıb, ciddi fəallıqları da olmayıb”.

E.Nəsirovun fikrincə, bu baxımından, MSK sədri M.Pənahovun fikri doğrudur: “Hər şey müqayisədə ortaya çıxır. Əgər beynəlxalq müşahidəçilər xüsusi maraqla bu prosesə qatılmaq istəsələr, onda biz tərəfdən də analoji addımlarımızın atılması məntiqlidir”.

REAL sədri Natiq Cəfərli bundan əvvəl bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər olduğunu deyib: “Məgər parlament və prezident seçkiləri ölkənin daxili seçkiləri deyilmi? Bu mənada həmin seçkilərlə bələdiyyə seçkiləri arasında fərq yoxdur. O biri seçkilərə beynəlxalq müşahidəçilər dəvət olunursa, deməli, bələdiyyə seçkilərinə də onları dəvət etmək lazım idi”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, MSK sədrinin açıqlaması təəccüb doğurur: “Ötən bələdiyyə seçkilərində 15 ölkəyə, o cümlədən Avropa Şurasının Yerli və Regional Hökumətlər Konqresinə müşahidəçilik üçün dəvət göndərilmişdi. Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Düşünürəm ki, Avropa Şurasının sözügedən konqresinə dəvət göndərilmədiyinə görə digər ölkələrə də dəvəti göndərməyi məqsədəuyğun hesab etmədilər”.

Bəs vacibdirmi beynəlxalq müşahidəçilərin gəlməsi? MDB-nin belə dəvət edilməməsi nə ilə bağlıdır?

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkilərində xarici müşahidəçilərin iştirak edib-etməyəcəkləri ilə bağlı məlumata malik deyil: “Xarici müşahidəçilərin dəvət edilməsi Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Beynəlxalq müşahidəçilərin özlərinin iştirakla bağlı təşəbbüslərinin olub-olmadığı barədə isə məlumatsızam. Ən əsası yüksək səviyyədə, sakitlik və əmin-amanlıq şəraitində, azad, ədalətli seçki keçirməliyik. Beynəlxalq müşahidəçilikdən vacibi budur. Hər halda, MSK-nın da mövqeyində bu məqsəd rolunu oynayıb. Bələdiyyələr dünyanın hər yerində seçkili yerli özünüidarəetmə orqanı kimi qəbul olunur. Çox istərdim ki, bu seçkilərdə bələdiyyələrin fəaliyyətini canlandıra biləcək, vətəndaşlarımıza ləyaqətlə xidmət edəcək, təşəbbüskar namizədlər qalib gəlsin”.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirdi ki, ölkədə keçirilən bütün seçkilərə beynəlxalq və yerli müşahidəçilər cəlb edilib. Azərbaycanda sonuncu seçkilər də şəffaf şəkildə keçirilib: “Düzdür, heç bir seçki ideal deyil. Müəyyən problemlər olur. Amma biz görürük ki, xırda problemləri bəzi beynəlxalq təşkilatlar şişirdib süni şəkildə Azərbaycana qarşı əsassız təzyiq alətinə çevirməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatların müşahidəçiləri bəzən özünü burada müşahidəçi kimi deyil, tərəf kimi göstərirlər. Halbuki müşahidəçi tərəfkeşlik etməməli, qızışdırıcı mövqedə olmamalıdır. Azərbaycana qarşı Qərbin bir sıra təşkilatları əsassız iddialar ortaya qoyur. Xalqın iradəsinə zidd olaraq seçkiyə mənfi rəy verilir. Təcrübə göstərir ki, o cür beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkini izləməməsi daha məqsədəuyğundur. Çünki seçkinin necə keçməsindən asılı olmayaraq onlar obyektivlik nümayiş etdirəsi deyillər. Bəzi beynəlxalq təşkilatlar seçkiləri ölkələrdə qarışıqlıq yaratmaq fürsəti sayırlar. Biz seçkimizi keçiririk, o cür təşkilatlara isə fürsət verməyə ehtiyac yoxdur. Amma obyektiv şəkildə seçkini yüksək qiymətləndirən təşkilatlar da var. Sonuncu parlament seçkilərində Avropa Şurası istisna olmaqla, ATƏT və MDB müşahidəçiləri dəvət edildi. Parlament seçkilərində gördük ki, bəzi təşkilatlar əvvəlcədən hesabatlar hazırlamışdı. Seçkini müşahidə etmədən ittiham dolu bəyanatlar verdilər. Ola bilsin ki, həm də buna görə bu dəfə heç bir beynəlxalq və regional müşahidəçilər dəvət olunmadı. MDB müşahidə missiyasına gəlincə, görünür, onları buna görə dəvət etmədilər ki, əgər onlara dəvət göndərilsəydi, ATƏT və digər beynəlxalq təşkilatları da dəvət etmək lazım olacaqdı. Ona görə də balans saxlanılıdı deyə bilərik. Beynəlxalq təşkilatlar öz yanaşmalarında obyektiv olsalar, Azərbaycan hamısını dəvət edərdi. Azərbaycan istəyir ki, seçkidə qərəzli mövqe olmasın, obyektiv olaraq mövqe və hesabatlar olsun. Bunu isə bir sıra beynəlxalq təşkilatlar etmir. Azərbaycanda bələdiyyə seçkilərində Milli Cəbhə Partiyası olaraq iştirak edəcəyik. Düşünürəm normal bir seçki olacaq. Seçkinin müşahidəçiliyini seçkidə iştirak edən təşkilatlar və namizədlər özləri həyata keçirərlər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
• Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51
• Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42
• Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39
• Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32
• Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27
• Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23
• Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16
• Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10
• Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08
• Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59
• Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50
• Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43
• “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38
• Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35
• Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30
• Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26
• Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21
• "Med Kredit" ləğv olunur
Bu gün, 11:04
• Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59
• İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57
• Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54
• “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42
• AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40
• “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39
• “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37
• "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32
• AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22
• Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru