Onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər - ŞƏRH
Tarix: 7-12-2024, 10:39 | Çap et
 Son illərdə Azərbaycana qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Fransa Prezidenti Emmanuel Makron üçün yolun sonu görünməyə başlayıb. Bunu hazırda Fransada yaşanan ciddi siyasi böhranın və ya siyasi zəlzələnin nəticələrindən də görmək mümkündür. Fransanın Baş naziri Mişel Barnyenin bu gün Yelisey Sarayına gələrək istefa ərizəsini Prezident Makrona təqdim etməsi sözügedən siyasi böhranın "pik" nöqtəsidir. Bu, Fransa prezidenti üçün həddindən artıq ağrılı nəticədir. Çünki Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra, Prezident Emmanuel Makronun da istefasının tələb ediləcəyi açıqlanıb.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Makronun siyasi rəqibləri yaranmış əlverişli vəziyyətdən istifadə edərək, onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Ekspertin sözlərinə görə, hərçənd ki, Fransa prezidenti heç bir halda postunu tərk etməyəcəyini bildirib. Ancaq daxili və xarici siyasətdə yol verilən ağır səhvlər Mişel Barnyenin sonunu gətirdiyi kimi Makronun da siyasi karyerasını bitirə bilər:
"Prezidentin və baş nazirin 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinin müxalifət tərəfindən rədd olunması fonunda, baş nazirin sözügedən layihəni parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi Prezident Emmanuel Makronun özünün də mövqelərini ciddi şəkildə sarsıdır. Makronun mövqelərinin zəifləməsi isə ölkədə siyasi böhranın davam etməsini şərtləndirəcək. Makronun və Barnyenin təqdim etdikləri ölkə üçün mühüm islahatların başlanğıcı kimi təbliğ olunan büdcə layihəsinin parlamentdə keçirilən səsvermə zamanı lazımi dəstəyi qazana bilməməsi bir daha onu göstərdi ki, Makronun hökumətinə olan inam, həqiqətən də, həddindən artıq azalıb. Hazırda fransızların 63 faizindən çoxu Makronun istefasını istəyir. Bu, Makronun siyasi reytinqinin aşağı düşdüyünü göstərən rekord göstəricidir. Respondentlərin əksəriyyəti hesab edir ki, Emmanuel Makron mövcud siyasi qeyri-sabitliyə, xüsusən də iyunda parlamenti buraxmaq qərarının doğurduğu siyasi böhrana görə məsuliyyət daşıyır".
Ə.Hüseynov vurğulayıb ki, əksər fransızlar Emmanuel Makronun Yelisey Sarayını tərk etməsini istəyir: "Makronun istər daxili siyasətdə, istərsə də xarici siyasətdə üzləşdiyi uğursuzluqlar onun hər an tarixin arxivinə göndərilməsi ilə nəticələnə bilər. Fransa liderinin yürütdüyü ksenofob, islamofob, türkəfob, irqçi, ermənipərəst siyasət bir çox ölkələrlə yanaşı, Azərbaycanla da münasibətləri tamamilə korlayıb. Makronun ermənipərəst siyasəti Fransanın öz milli maraqlarına zərbə vurdu. Onun Ermənistanı silahlandırması Cənubi Qafqaza dayanıqlı sülhün gəlişini də ləngitdi. Afrikadan qovulan Fransa Cənubi Qafqazda və Ukraynada əsas söz sahibi kimi çıxış etməyə çalışdı, lakin burada da fiasko ilə üzləşdi. Bir sözlə, Fransanın bugünkü uğursuzluqlarının səbəbi Makronun apardığı yanlış və qərəzli siyasətdir. Ona görə fransızlar çıxış yolunu Makronu istefaya getməyə çağırmaqda görürlər. Hakimiyyət ambisiyalarından əl çəkə bilməyən Makron isə səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətindədir. Lakin Makron özünün əfsanəvi kumiri, Fransanın sabiq Prezidenti Şarl de Qollun aqibətini yaşamaqdan sığortalanmayıb. Makron ədalətsiz siyasətinin bədəlini ödəyir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
| • Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16 |
|
|
|
| • "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03 |
|
|
|
| • Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56 |
|
|
|
| • Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51 |
|
|
|
| • Qida Təhlükəsizliyi Agentliyi 6 milyon manatlıq laboratoriya binası tikdirir
Bu gün, 12:42 |
|
|
|
| • Borcu 3 milyon manatı aşan tikinti şirkətini məhkəmə ard-arda CƏRİMƏLƏDİ
Bu gün, 12:39 |
|
|
|
| • Həbsdə olan jurnalistlərdən 79 min vergi tələb olunur: Dövlət xidməti iddia qaldırdı... - “Meydan TV işi”
Bu gün, 12:32 |
|
|
|
| • Lənkəranda qadın ərini ikinci dəfə bıçaqladı: Körpə uşağına görə - TƏFƏRRÜAT
Bu gün, 12:27 |
|
|
|
| • Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib - KİV
Bu gün, 12:23 |
|
|
|
| • Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu
Bu gün, 12:16 |
|
|
|
| • Moskvaya son iki ilin ən böyük dron hücumu olub - KİV
Bu gün, 12:10 |
|
|
|
| • Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:08 |
|
|
|
| • Bulvar İdarəsinin həbsdə olan sabiq sədrinin məhkəməsində: - "Pulun yarısını rəsmi, yarısını qeyri-rəsmi verirdim"
Bu gün, 11:59 |
|
|
|
| • Qəbiristanlıqda həmkəndlisinin çənəsini sındıran şəxsə elektron qolbaq taxıldı
Bu gün, 11:50 |
|
|
|
| • Astana Moskva və Bakı arasında yeni neft balansı axtarır – Qazaxıstanın çıxış yolu
Bu gün, 11:43 |
|
|
|
| • “Sabah” qələbəyə görə nə qədər qazanıb? – Klubların siyahısı
Bu gün, 11:38 |
|
|
|
| • Bir səhər oyanıb “Ermənistan-Türkiyə sərhədi açıldı” xəbərini eşidə bilərik - Mirzoyan
Bu gün, 11:35 |
|
|
|
| • Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Bu gün, 11:30 |
|
|
|
| • Nazir müavininə yeni köməkçi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 11:21 |
|
|
|
| • "Med Kredit" ləğv olunur
Bu gün, 11:04 |
|
|
|
| • Mirasdan məhrum edilən Türkan Gündüzün əri imiş - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • İran müxalifətlə danışıqlara başladı – Zəngəzur planı
Bu gün, 10:57 |
|
|
|
| • Məktəb rəhbərliyini təhqir edən valideyn həbs olundu: “Peşmanam” - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • “4 il idi ki, AZTV açılmışdı, ora işə gəldim, indi də qoca kişilər yolda yaxınlaşıb deyirlər ki...”
Bu gün, 10:42 |
|
|
|
| • AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə 63 minlik dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 10:40 |
|
|
|
| • “Kiməsə deyiblər ki, get öz xanımının, yaxud ananın başından hicabı açdır?” - Şeyxin qudası
Bu gün, 10:39 |
|
|
|
| • “İçərişəhər“ Qoruq İdarəsində yeni departament müdiri təyin edildi - ƏMR
Bu gün, 10:37 |
|
|
|
| • "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
Bu gün, 10:32 |
|
|
|
| • AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ... - İndi vətəndaş NƏ ETSİN?
Bu gün, 10:22 |
|
|
|
| • Ramiz Mehdiyevin həbsindən bir il ötür: Nələr baş verdi? - AKTUAL
Bu gün, 10:03 |
|
|
|
|