Hacıbala Abutalıbovun 1 milyard manatlıq arzusu - Bakı meri nəhəng layihənin reallaşmasını öz əlinə almaq istəyir
Tarix: 15-05-2015, 14:41 | Çap et
 Bu gün Avropa şəhərlərində tramvay xəttinin mövcudluğu sivilizasiyadan xəbər verir. Bu, həm də ətraf mühitin təmizliyinə hesablanıb və insanların rahat hərəkətini təmin edir. Bir vaxtlar Bakı küçələrində də tramvaylar hərəkət etsə də, sonradan onlar ləğv edildi. Amma deyəsən qərarın düzgün verilmədiyi anlaşılıb. Yaxın gələcəkdə Bakıda yenidən tramvayları görmək şansımız olacaq. Bakıda tramvay xətti 1924-cü ildə yaradılıb. İlk tramvay marşrutu üçün vağzaldan Azneft meydanınadək olan 6,6 km məsafə seçilib. O vaxtdan bəri bakılılar tramvayın xidmətindən onilliklər istifadə edib. Onun sökülməsi əməliyyatı isə 2004-cü ildə sona çatıb. Bu, Bakıda nəqliyyatın çoxluğu və tramvay xətlərinin köhnəliyilə əlaqələndirilsə də, mütəxəssislər hesab edir ki, ətraf mühitin və insanların sağlamlıq durumunun qayğısına qalmaq üçün yenidən tramvaylardan istifadə edilməlidir. İqtisadçıların fikrincə, Bakıda tramvay xəttinin bərpa edilməsi üçün 1 milyard manat pul lazımdır. Amma bu digər nəqliyyat sahələrinin inkişafına xərclənən pulla müqayisədə çox az və daha gəlirli hesab oluna bilər. İlkin mərhələdə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmaqla şəhərin mərkəzində tramvay xətlərinin çəkilməsi mümkündür. Tramvay xətlərinin çəkilməsi gəlir baxımından da sərfəlidir. Belə ki, aparılan qiymətləndirmələrə görə, tramvay xətti bərpa olunarsa, o zaman tramvay ilə bir sərnişinin daşınma xərci, avtobusla müqayisədə təxminən 50 faiz ucuzdur. Bakıda yenidən tramvay xəttinin yaradılması həm də hər gün saatlarla vaxt itirdiyimiz avtomobil sıxlığı və tıxac probleminini aradan qaldırılmasına kömək edə bilər. Bəzi ekspertlərə görə, tramvay xəttinə bu və ya digər nəqliyyat vasitəsinin daxil olması demək olar ki, mümkünsüz olan bir məsələdir. Ona görə də tramvaylar onlar üçün ayrılmış xətt üzrə, yəni marşrut üzrə müəyyən olunmuş vaxt üzrə təyin olunan ünvana çata bilirlər ki, bu da insanlara çox sərfəlidir. Şəhərdaxili tramvaylardan istifadə ekoloji baxımdan da xeyirlidir. Dünyanın müxtəlif ölkələrində benzinlə işləyən avtomobillərin əvəz edilməsi üzərində iş gedir. Ekoloji cəhətdən təmiz işləyən tramvayların bu problemin həllində əsas vasitə hesab edilir. Ötən ilin payızında məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. Böyük Bakının regional inkişaf planında artıq bu məsələ öz əksini tapıb. Həmin vaxt komitənin şöbə müdiri Cahangir Qocayev deyib ki, bunun hansı səpkidə olacağı gələcəkdə işlənən mövcud planlar göstərəcək: “Təbii ki, bu işlər təkcə avtomobil nəqliyyatının nəticəsində baş verən qəzaların azalmasına da xidmət edəcək. Bunların 16 kilometr uzunluğu olacaq. Eyni zamanda Neftçilər prospekti boyunca da tramvaydan istifadə edilməsi güdəmə gələ bilər”. Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində - Amerikada, İngiltərədə, Türkiyədə, həmçinin postsovet ölkələrində bu ucuz nəqliyyat növündən geniş istfadə olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrdə elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müasir tramvaylar da fəaliyyət göstərir. Avropa ölkələrinin bəzəyinə çevrilən tramvaylara bu gün Azərbaycanda da ehtiyac var. Onu da deyək ki, ölkənin neft hasilatının aşağı düşməsi və neftin qiymətinin ucuzlaşması fonunda gəlirlər azalıb və bu mənada 1 milyard manatlıq tramvay projesinin gerçəkləşmə ehtimalı şübhə doğursa da, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov bu layihənin reallaşmasını öz əlinə almaq istəyir. Kifayət qədər bahalı proje paytaxt merinə daha bir iri vəsait üzərində nəzarət imkanı qazanması və öz mövqelərini daha da gücləndirməsi demək olardı. Eyni zamanda vurğulamaq yerinə düşər ki, Bakıda tramvay xətlərinin sökülməsi məhz Abutalıbovun səhvi hesab olunur. Belə ki, o, 2001-ci ildə paytaxt rəhbəri təyin edildikdən qısa müddət sonra Bakıda tramvay xətlərinin söküntüsünə start verib. Bu mənada yenidən tramvay xətlərinin çəkilməsi həm də Hacıbala Abutalıbovun 11 il öncə tamamladığı “1 milyardlıq səhv” kimi xarakterizə edilir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20 |
|
|
|
|