Təhsil sahəsində problemlər boğaza qədərdir... - ŞİKAYƏT VAR
Tarix: 12-01-2016, 11:59 | Çap et
 Bu günlərdə bizimdovr.az-a ardıcıl daxil olmuş iki müraciətdə Bakı Dövlət Sosial-İqtisad Kollecində baş verən rüşvətxorluq hallarından bəhs olunur. Məlum olduğu kimi, hələ 2013-cü ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu təhsil müəssisəsində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilmişdi. Keçirilən anti-korrupsiya əməliyyatı zamanı kollecin digər əməkdaşları ilə yanaşı, qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizova qarşı ittiham irəli sürülərək, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həmin vaxt yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçirmiş və nəticədə kollecin müəyyən əməkdaşları əllərində rüşvət üçün verilən pullarla tutulmuşdular. Bundan sonra kollecə nazir Mikayıl Cabbarovun əmri ilə İlham Vəliyev direktor təyin edildi. Lakin, artıq üç ilə yaxın bu təhsil ocağına rəhbərlik edən İlham Vəliyev, əvvəllər kollecdə mövcud olan neqativ halları nəinki aradan qaldırmayıb, hətta iddialara görə, problemlərin sayı daha da artıb. Qeyd edək ki, Bakı Dövlət Sosial-İqtisad Kolleci 1966-cı ildə cəmi 150 tələbə və 11 müəllimlə texnikum kimi fəaliyyətə başlayıb. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə Bakı Plan İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisad Kolleci yaradılıb. Hazırda kollecdə 1500-dən çox tələbə əyani və qiyabi şöbələrdə təhsil alır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, İlham Vəliyevin rəhbərliyi altında kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb. Kollecdəki mənbələr bildirir ki, İlham Vəliyevin bu müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Məsələn, bu gün Bakı Dövlət Sosial-İqtisad Kollecində sessiyanı “uğurla” başa vurmağın qiyməti artıq 300-350 manat məbləğində müəyyənləşdirilib. Qeyd edək ki, bu məbləğ hazırda kollecdə Bank işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrdən biri tərəfindən göstərilib. Eyni zamanda da kollecin məzunlarından biri bizimdovr.az-a açıqlama verərək, burada oxuduğu müddət ərzində 6 sessiyaya 2 min manat “xərci çıxdığını” bildirib. Bundan başqa, aldığımız açıqlamalara görə, kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr isə, rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Öz növbəsində bu hal da əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Bu arada, yazının əvvəlində məxsusi olaraq nədən məhz kollecin qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizovun adını çəkdiyimizə aydınlıq gətirək. Məsələ bundadır ki, aldığımız məlumatlarda hazırda bu şöbəyə rəhbərlik edən Adil Gülalıyevin özbaşınalıqlarından bəhs edən açıqlamaların çoxluğu diqqəti cəlb edir. Maraqlıdır ki, bu “təhsil işçisi” hələ öz sələfinin həbsindən heç bir il keçməmiş artıq müəyyən qalmaqalları ilə mətbuatın gündəminə çıxa bilmişdi. Belə ki, hələ 2014-cü ilin yanvar ayında mətbuata daxil olan məlumatlarda qeyd olunmuşdu ki, kollecin təlim-tərbiyə işlər üzrə direktor müavini Teymuraz Əfəndiyevlə Adil Gülalıyev, sessiya imtahanları üçün yığılan pulun bölgüsü zamanı aralarında yaranmış mübahisə zəminində əsil yumruq davasına çıxıblar. Belə ki, direktor müavini şöbə müdirindən pulları tələb edərkən o pulun bir hissəsini vermək istəməyib. Teymuraz Əfəndiyev isə pulu tam istəyib. Nəticədə müəllimlər tələbələrin gözü qabağında yumruq davasına çıxıblar. Hətta onların bir-birinin üz-gözünə xəsarət yetirdiyi iddia olunurdu... Yeni aldığımız məlumatlarda isə, hazırda Bakı Dövlət Sosial-İqtisad Kollecində mövcud durumun daha gərgin olduğu bildirilir. Vurğulanır ki, manatın devalvasiyası və bu əsasda ölkədə müşahidə olunan bahalaşma fonunda, kollec rəhbərliyi tərəfindən tələbələrə qarşı irəli sürülən pul tələbləri də xeyli sərtləşdirilib...
Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
| • BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57 |
|
|
|
| • Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48 |
|
|
|
| • Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36 |
|
|
|
| • Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30 |
|
|
|
| • “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17 |
|
|
|
| • “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16 |
|
|
|
| • Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15 |
|
|
|
| • İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13 |
|
|
|
| • Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10 |
|
|
|
| • Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01 |
|
|
|
| • Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55 |
|
|
|
| • Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44 |
|
|
|
| • Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32 |
|
|
|
| • “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25 |
|
|
|
| • Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22 |
|
|
|
| • “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
| • “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14 |
|
|
|
| • “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59 |
|
|
|
| • Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46 |
|
|
|
| • Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43 |
|
|
|
| • Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
| • “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37 |
|
|
|
| • İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31 |
|
|
|
| • AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24 |
|
|
|
| • Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15 |
|
|
|
|