Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                     14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu .....                     “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” .....                     Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı .....                     “Yelo Bank”da 196 milyon yığılmış zərər .....                     Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... .....                     Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: .....                     Rusiyadan Əsgərovla bağlı qərar .....                     Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? .....                     "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb .....                     “Rabitəbank”ın balans kapitalında .....                     BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... .....                     Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır .....                     Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi .....                     Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                 

Cənab nazir, BURALARA DA BİR NƏZƏR SAL... - İLGİNC FAKTLAR
Tarix: 19-10-2021, 09:23 | Çap et
Cənab nazir, BURALARA DA BİR NƏZƏR SAL...
1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Süleymanovun yaxın qohumu Cəhanə Həlimovanı Masazır 4 saylı orta məktəbinə direktor təyin etdirmək üçün bütün imkanlarını səfərbər etməsindən bəhs edən məqalə “Deryaz.az” saytında 11.10.2021-ci il tarixdə işıq üzü görəndən sonra məktəbin vicdanlı müəllimləri və uşaqlarının taleyindən nigaran olan valideynlər tərəfindən redaksiyamıza bu mövzu ilə əlaqədar yeni ilginc məlumatlar ötürülüb.

Əvvəlcə bəzi xatırlatmalar etməyi özümüzə borc bilirik. “Abşeron məktəblərində Elxan Süleymanovun direktor təyinatı” sərlövhəli həmin məqalədə etibarlı mənbələrdən verilən səhih məlumatlara istinadən bildirilirdi ki, Cəhanə Həlimova Sumqayıt Gənclər Birliyinin müdirliyindən ərinin qohumunun dəstəyi ilə 4 saylı məktəbə tədris işləri üzrə direktor müavini vəzifəsinə gətirilib və heç bir il olmamış direktor vəzifəsinə keçid alması üçün plan həyata keçirilir. O da qeyd olunurdu ki, Cəhanə Həlimova və məktəbin kitabxanaçısı Zəminə İbrahimova keçmiş direktor Roza Məmmədovanı öz istədikləri şəkildə danışdıraraq səsini yazıb müxtəlif internet saytlarında yaymaqla onun işdən çıxarılmasına nail olublar. Nəticə budur ki, Zəminə İbrahimova hal-hazırda işlədiyi təşkilati işlər üzrə direktor müavini vəzifəsini ələ keçirib. İşini bacarmayan, məktəbşünaslıqdan anlayışı olmayan, ən əsası isə dövlətimizin qanunlarına hörmətlə yanaşmayan və onları pozan şəxslərə havadar olan Cəhanə Həlimovanın hədəflədiyi direktor vəzifəsinə yiyələnməsini isə məktəb kollektivi qəti istəmir, yenicə direktor əvəzi təyin olunan Elşən Qurbanovun daimi direktor olmasını dəstəkləyir.

Məqalədə həmçinin Cəhanə Həlimovanın hələ direktor olmamış məktəbdə xaosun baş alıb getməsinə rəvac verməsinə dəlalət edən faktlar sadalanmışdı: “Adı tabeldə xadimə kimi gedən Xaxıyeva Ofeliya Dilən qızı qeyri-qanuni məktəbin təsərrüfat müdiri kimi fəaliyyət göstərir. Yenicə xadimə kimi əmrləşdirdikləri Dilrüba Məmmədova məktəbdə təmizlik işlərinə baxmaqdansa katibə kimi işlədilir. Katibə Ayselin anası – Mətanətin adı isə hələ də məktəbin ölü canlar siyahısında xadimə kimi getsə də, indiyə kimi nə məktəbə gəlib, nə də üzünü görən yoxdur. Bütün bunlar azmış kimi, hətta şagirdlərin təhsil haqqına belə girməyə çəkinməyən Cəhanə Həlimovanın sayəsində 6-cı siniflərdə “Təsviri incəsənət” dərsi keçirilmir. Belə ki, məktəbə təsviri incəsənət müəllimi təyin olunan Nurlana Əliaslanlının üzünü dərslər başlayandan məktəbdə heç kim görməsə də, ona hər ay qanunsuz maaş hesablanır. Məktəbin tədris işləri üzrə direktor müavini olan Cəhanə Həlimova yuxarıya rəsmi şəkildə məlumat verib demir ki, təsviri incəsənət müəllimi Nurlana Əliaslanlı dərsə heç gəlmir və maaşı kəsilsin… 5-ci siniflərdə 6-7-ci saatlara salınan “Fiziki tərbiyə” dərsi keçirilmir, uşaqlar evə buraxılır…”

Yenicə daxil olan məlumata görə, katibə kimi əmrləşdirilmiş olan Dilruba Məmmədova artıq TN-nin Daxili Nəzarət Şöbəsində işləyən əmisi qızlarının dəstəyi ilə sözügedən məktəbə təsərrüfat müdiri təyin edilib. Bu vəzifənin əvvəlki sahibinin işdən çıxarılması ərəfəsində aparılan yoxlamada az öncə Dilruba Məmmədova büllüten götürüb 3 ay işə çıxmayıb. Vəzifə boşalandan sonra işinə qayıdıb və çox keçmədən regional idarənin razılığı əsasında təsərrüfat müdiri vəzifəsinə irəli çəkilib.Özü də məktəbdə car çəkib ki, “atam danışıb hesabımı çatdırıb, artıq razılığım alındı, Təhsil Şöbəsinin mühasibatlığından təhvil-təslimə gələcəklər. Bu barədə özünün yaxın saydığı, heç də onun bu vəzifəyə gəlnməsini istəməyən rəfiqələri söz gəzdirirlər.

Məlumatda qeyd olunur ki, hal-hazırda məktəbdə kitabsatma kampaniyası gedir. Hansı direktor müavini daha çox kitab sata bilsə, ona mükafat olaraq əlavə gəlir veriləcək. Maraqlı burasıdır ki, qeyri-qanuni olaraq satdırılan bu kitablar “GÜVƏN” nəşriyyatının test kitablarıdır, hansı ki Elşən müəllim direktor əvəzi vəzifəsinə gətirilənədək olduğu kimi, elə indi də günün ikinci yarısında bu nəşriyyatda çalışır.

Kitabların satışını da birbaça Güləbatın xanım idarə edir. Gülabatın müəllimə artıq məktəbin əvəzləyici direktorunu dəstəkləmək üçün valideynlər arasında imza toplayır (bir zamanlar belə bir kampaniyanı köhnə direktorun çıxarılması üçün edirdilər). Bloklarla satışa gələn, direktorun kabinetində qalaqlarla yığılan kitabların şəkillərini Güləbatın sosial şəbəkədə elan xarakterli paylaşımları ilə reklam edir: “Əziz 9-11-lər, sizin üçün əla şansdır, bu kitabı alın, işləyək” və s.

Həmçinin bildirilir ki, vaxtilə birləşib keçmiş direktora qarşı olan müavinlər bu gün bir – birlərinə qarşı müharibəyə keçiblər: “Onların hər biri özünü ayrı — ayrılıqda direktir hesab etdiklərindən, məktəbdə hərc – mərclik baş alib gedir. Məsələn, deyilənə görə Güləbatın müəllimə 500 manat müqabilində Məmmədova Qumrunun 5 yaşlı sinfinin alınıb Arzu müəlliməyə verilməsinə göstəriş vermişdi. Ancaq Təhsil Nazirliyi bu ədalətsiz qanunu ləğv edib, Qumru müəllimənin sinifini özünə qaytarmasına baxmayaraq, məktəbin В«balaca darğalarıВ» nazirliyin qanunlarını ayaqlar altına atdılar. ( Bu arada onu da qeyd edək ki, Arzu müəllimənin atası Fiday Vəliyev və həyat yoldaşı redaksiyamıza gələrək bildirdi ki, Arzu müəllimə imtahanlardan 54 bal toplayıb. Arzu müəllimənin Avqust ayında məzuniyyəti qurtardığından ona iyin, iyul aylarında Qumru müəllimin adına sənədləşdirilən sinifini əlindən alıb veriblər.)Hətta bu işdə məktəbin təşkilatçı müavini, özünü şəffaf, büllur adlandıran Zəminə xanım da haqqı-ədaləti yox, güclüləri müdafiə etdi. Digər bir fakt: Fəaliyyət göstərən əvəzedici direktorun xəbəri olmadan Cəhanə Həlimova cədvəl yığmaq üçün hər kəsdən 100 manat pul tələb edir. Pul verənlərin cədvəli çox səliqəli “alınır”, verməyənlər isə bütün günü məktəbdə keçirirlər. Ofelya xanım isə nisbətən insaflıdır, saata uyğun qiymət qoyub”.

Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, 2-ci siniflər üçün günün birinci və ikinci yarısında fəaliyyət üzrə növbələşməni bazarlığa çeviriblər: “2-ci sinif rəhbərlərindən Nigar və Sədaqət müəllimələrin sinifləri 500 manat qarşılığında 1-ci növbəyə keçirilib. Digərləri isə 2-ci növbədə və həftədə 6 günlük iş rejimi ilə fəaliyyət göstərirlər. Şənbə günlərinə dərs saldırmayan müəllimlər birmənalı olaraq 500 manat rüşvət verənlərdir”.( Məqalə dərc olunan ərəfədə adları qeyd olunan müəllimələrdən Nigar Quliyeva redaksiyamıza zəng edib bildirdi ki, mən sinifimin növbəsini dəyişmək üçün 500 manat verməmişəm. Sadəcə məktəb darısqal olduğundan, növbələr üst- üstə düşdüyündən növbəmi dəyişmişəm. Digər müəllimə, Qumru müəllimə isə yazdıqlarımızı təsdikləyərək ona qarşı məktəbin direktoru və müavinləri tərəfindən təhqirə və haqsızlıqlarla qarşılaşdığını bildirərək başına gətirilən müsibətlər barədə daha ilginc məlumatlar verdi. Bu barədə gələn sayımızda geniş məlumat verəcəyik)

Xəbər verilir ki, şagirdlər adları olmayan siniflərə rüşvət qarşılığında (Azərbaycandilli sektora 300 manat, rusdilli sektora isə 500 manat müqabilində) götürülür və dinləyici qismində otuzdurulur: “Ülviyyə müəllimənin, Leyla müəllimənin sinifləri yoxlanılsa, bu neqativ halların şahidi olmaq mümkündür. Dinləmə ilə bağlı işlərə nəzarət və pul yığımı qaçqın məktəbindən qəbul edilmiş, köhnə direktorun kadrlarından sayılan, “gec gəldim, güc gəldim” prinsipi ilə hərəkət edib irəli düşən Sahibə xanım tərəfindən həyata keçirilir və Cəhanə Həlimovaya ötürülür”.

Yeni məlumatlarda eyni zamanda Elxan Süleymanovun qohumbazlığına dəlalət edən informasiyalar yer alıb. Bildirilir ki, Süleymanov RTŞ-nin Nazirlik tərəfindən Əmək Məcəlləsinin karyera üçün arzuolunmaz sayılan “70 Ç” maddəsi ilə işdən çıxarılan Aqşin adlı qüsurlu mühasibini hansısa maraqları naminə aparıb öz yanında işlədir. Qardaşının oğlu da məsləhətçi-mühasibdir. Əmisi qızı Xirdalan şəhər 8 saylı orta məktəbdə direktorun təşkilati məsələlər üzrə müavinidir.

“Korrupsiyaya qarşı mübarizə haqqındaВ» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməməsini nəzərdə tutur. Həmin maddəni olduğu kimi təqdim edirik: 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə, həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

P.S. Əldə etdiyimiz daha ilginc məlumat isə odur ki, Elxan Süleymanovun de-yure qohumlarının qədrini bilməsi ilə bahəm, həm də hər həftə qatıldığı eyş – işrət məclislərində de-fakto “qohumlarının” sayını artırmaq kimi bir şakəri vardır.

Məqalə dərc olunmazdan əvvəl yazıda göstərilən faktlara aydınlıq gətirmək üçün cənab Elxan Süleymanovun votsapına məktub yazıb xahiş etdik ki, deyilən ittihamlara aydınlıq gətirsin. Təssüf ki, Elxan müəllim susmağı üstün tutdu. Ona görə də, məqalədə adları keçən hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryaz.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
• BU NƏDİ BELƏ: 1000-dən çox işçini ÇÖLƏ ATIRLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:57
• Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır - Paşinyan belə deyir...
Bu gün, 11:48
• Elgün Məhəmmədəlizadə özünə yeni köməkçi və müşavir təyin etdi - FOTO
Bu gün, 11:45
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru