Haqqı tapdanan Sumqayıt sakini nazirdən prezidentə şikayət etdi – “Fikrət Məmmədovdan, cənab Prezident, Sizə şikayətçiyəm”...
Tarix: 29-05-2014, 09:52 | Çap et
 DİA.AZ: - Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 11, mənzil 21-də kirayədə yaşayan, təqaüdçü Ağakişiyev Firuddin Balaqadaş oğlu tərəfindən Şikayət məktubu ilə prezident İlham Əliyevə müraciət ünbanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:
“Mən, Ağakişiyev Firuddin Balaqadaş oğlu, Sumqayıtda yaşayıram, 65 yaşım var, işləmirəm, təqaüdçüyəm, 250 manat təqaüd alıram. Öz mənzilimdə, 1993-cü ildən məcburi köçkün ailəsi məskunlaşdığı üçün mən, əvvəllər mənə aid olmuş mənzildə yaşayırdım. Bu mənzil sahibinin iddiası əsasında, Sumqayıt məhkəməsinin qərarı ilə ailəm, 2013-cü ilin yanvar ayında yaşadiğımız mənzildən çıxarıldıq. Mənim də iddiam əsasında, məcburi köçkün ailəsinin mənzilimdən çıxarılması barədə məhkəmə qərarım olsa da, bu qərar icra olunmadı, baxmayaraq ki, konstitusiyada deyilir; hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Nəticədə kirayədə yaşamağa məcbur olduq, bu üzdən, təqaüdümün tamamını kirayə haqqına ödəməli oluram ki, bu da məni çox üzür. Məni daha çox üzən isə odur ki, mənzilim olduğu halda, təqaüdçü kimi 65 yaşımda, haqsız olaraq kirayədə yaşamağa məcbur edilmişəm. Vəziyyətimlə əlaqədar müvafiq `ünvanlara müraciət etmiş, ədliyyə naziri Fikrət Məmmədovun qəbulunda olmuşam, lakin heç bir tədbir görülmür. Aldığım cavablar isə məni qane etmir, əksinə üzür, çünki cavablarda, 65 yaşımda kirayədə yaşamağım, bu üzdən məruz qaldığım maddi sıxıntım nəzərə alınmır, məhkəmə qərarının icrasının mümkün olmadığı, buna səbəb kimi də, 298 və 1346 saylı Prezident sərəncamlarının olduğu göstərilir. Buna görə də mənzillə bağlı məsələmin, zəbt olunmuş mənzillərin ümumi həlli ilə eyni vaxtda, hətta işğal olunmuş rayonların işğaldan azad ediləcəyi illərdə mümkün olacağı bildirilir.
Cənab Prezident! Sizə yazdiğım məktubum Sumqayıt İH-nə göndərildiyi üçün nəticəsini təxmin edib məyus oldum. Görünən odur ki , 1966-cı ildən sakini olduğum şəhərin icra başçısı da, 2013-cü ilin yanvar ayında, 65 yaşımda, 7 nəfərlik ailəmlə, haqsız olaraq kirayədə yaşamağa məcbur edilməmi normal sayır ki, o üzdən məktuba görə cavab verməyi belə lazım bilmir. Axı, təqaüdçü olaraq heç bir yerdə işləmədən, başqa bir gəlirim olmadan, təqaüdümü də kirayə haqqına ödəyərək necə yaşamaq olar? Müraciətlərimə tövsiyə xarakterli cavablar yazmaqla qane olan məmurlar isə, yəqin belə yaşayışı normal hesab edirlər və elə həmin bu məmurlar, hətta uzaq bir qohumu da olsa belə, ona bu cür yaşayışı rəva görərlərmi? Bütün bunlara görə də, ədliyyə nazirliyi icraçılarının məhkəmə qərarımın icrasının mümkünsüzlüyü ilə bağlı səbəbləri ilə razilaşmır, 2013-cü ildən kirayə yaşamağa məcbur edilməmə, bu üzdən yemək pulum olan təqaüdümü də kirayə haqqına ödəyərək, məruz qaldığım maddi və mənəvi sıxıntılarıma görə ədliyyə naziri Fikrət Məmmədovdan, cənab Prezident, Sizə şikayətçiyəm.
Cənab Prezident! Bir təqaüdçü olaraq 65 yaşımda kirayədə yaşamağa məcbur edilməklə məruz qaldığım sıxıntılı vəziyyətimin qeyri normal, analoqu olmayan bir hal olduğunu düşünür, bu səbəbdən mənzil məsələmin ayrıca həll olmasını istəyirəm. Buna görə, məsələyə Sizin müdaxilənizi istəyərək xahiş edirəm, məhkəmə qərarımın icra olunması ilə mənzilimə köçə bilməm üçün, mənə kömək edəsiniz”.
Bütün tərəfləri dinləməyə hazırıq...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32 |
|
|
|
|