DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                     Vicdan əvəzinə qətnamələr: .....                     Peşə mərkəzinə yeni direktor təyin edildi .....                     “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” .....                     “Azərbaycanlı olduğunu bilmirdim..." .....                     Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU .....                     Dələduzluq edən şirkət rəhbəri qərardan .....                     “Roşka” ləqəbli tiktokerə hökm oxunub .....                     Dönərçi “Halal Food”u ifşa etdi .....                     Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR .....                     AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub .....                     Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib .....                     Bakıda oğul anasını bıçaqladı .....                     Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? .....                     Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi .....                     “İnternational Leasing”də struktur dəyişikliyi olacaq .....                     Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi .....                     Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb .....                     SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... .....                     Aparat rəhbəri vəzifəsindən getdi .....                     Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, .....                 

Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
Tarix: 18-04-2025, 01:15 | Çap et
Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları...
Göygöl rayonunda Qərbi Azərbaycan torpaqlarından qaçqın düşmüş fermerlər Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorundan şikayətçidir...
“Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edildikdən sonra onun inzibati amirlik metodu ilə işləməyi səbəbindən qüvvədə olan qanunvericilik aktların və normativ sənədlərin tələblərinin ciddi şəkildə pozulması üzündən bu məmurun qapıları sahibkarların, fermerlərin üzünə birdəfəlik bağlanıb”.

"DİA-AZ" xəbər verir ki, bu barədə fermer-qazi olan Məmmədov Yolçu Telman oğlunun Poliqon-a ünvanlandığı şikayət məktubunda bildirilir. Fermer yazır ki, rayonda dövlətin qanunları və prezidentin fərmanları işləmir:

“Rayonda aqrar sektorun dövlətimizin və Cənab Prezidentin sərəncamları, tapşırıqları əsasında inkişaf etdirilməsi, idxaldan asılılığı azaltmaq, ölkədə ərzaq bolluğu yaratmaq istiqamətində fəaliyyət proqramı çərçivəsində işlərimiz dalana dirənib. Çünki Azər Hacıyevə etdiyimiz müraciətlər kağız üzərində qalıb”, deyə sahibkar yazır.

Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları...

Kənd təsərrüfatı nazirliyində kadrların müdiri İlham Süleymanov və Azər Hacıyev Gəncə bazarında səbət yığarkən

Yolçu Məmmədov qeyd edir ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi sahibkarların və fermerlərin daimi müraciət etdiyi yeganə idarədir.

“Buna baxmayaraq nə qədər səylərimiz olsa da, ötən bir il ərzində Azər Hacıyev bizə nəyinki qayğı göstərmir, hətta mülkiyyətimizdə olan əkin torpaqlarımızın gündən-günə talan olunmasına münbit şərait yaradır. Demək olar ki, Azər Hacıyevin özbaşınalığı səbəbindən Göygöl rayonunda kənd təsərrüfatının inkişafı iflic vəziyyətə düşüb. Dövlət proqramı çərçivəsində heç bir iş görülmür”.

Şikayətçi vurğulayır ki, Azər Hacıyevin bu cür qanunsuz hərəkətləri barədə dəfələrlə ölkənin aidiyyəti qurumlarına, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsə də, heç bir cavab almayıb.

“Qeyd edim ki, Daşkəsən rayonunda yaylağa köç edən fermerlərdən rüşvət aldığına görə İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev tərəfindən Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən Azər Hacıyev və dostu heyvandarlıq sektorunun müdiri, birinci qrup gözdən əlil Səttar Hacıyev ilə birlikdə qovulublar. Bundan sonra Azər Hacıyev nazirlikdə kadr idarəsinin müdiri İlham Süleymanova yol taparaq Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinə müdir təyin olunur. Samuxda Azər Hacıyev işçiləri haqsız işdən azad edib, əmisi oğlu Araz Hacıyevi sürücü, dostu Ruslanı hüquqşunas təyin edib. Eyni zamanda Azər Hacıye orada qadın işçiləri incidib.

Bu hərəkətlərinə görə Samuxdan da işdən azad olunan Azər Hacıyev Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor gəlib. Azər Hacıyev digər rayonlarda etdiyi haqsızlıqları, qadın işçilərə qarşı əxlaqsız hərəkləri burada da edir. Həmçinin o, özü və oğlu qazi olan Hacıyev Əliaslanı da işdən çıxarıb.

Eyni zamanda Cənab Prezidentinmiz tərəfindən qəbul olunub ad günü təbriki olunan və hədiyyələr alan Ümid Həbibov atası Eldar Həbibov şərlənərək işdən azad olunub. Altun Məmmədov adlı müavini də şərlənərək işdən azad olunub. Göygöl rayonu Zod kəndində qaziyə məxsus əkin torpaq sahəsinə dair subsidiya ödənilməyib.Qazi olan vətəndaş işlə təmin olunmaları üçün Azər Hacıyevə müraciət etsələr də müraciətlərinə baxılmayıb”.

Yolçu Məmmədov şikayət məktubunda bildirir ki, Azər Hacıyev Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilir.

“Son olaraq vurğulayım ki, havardarları, yəni Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətin rəhbəri Vüqar Hüseynov və kadrlar idarəsinin müdiri İlham Süleymanov tərəfindən müdafiə edilən Azər Hacıyevin bur cür özbaşına fəaliyyət mexanizminə yiyələnməsi dövlətimizə arxadan vurulan zərbədir. Azər Hacıyevin Göygöl rayonundakı özbaşınalıqlarının analoqu yoxdur”, deyə şikayətçi yazır.

Onu da qeyd edək ki, Yolçu Məmmədovun sözlərinə görə, Göygöl fermerlərinin şikayəti üzrə Azər Hacıyevin əməlləri ilə bağlı Göygöl rayon Prokurorluğunda araşdırmaya başlanılıb.

Qeyd edək ki, əməkdaşımız Azər Hacıyevlə əlaqə saxlayıb. Azər Hacıyev onun haqqında səsləndirən iddiaların yalan olduğunu və rəsmi sorğu göndərəcəklərini deyib. Ancaq göndərilən sübutlarla tanış olandan sonra heç bir cavab verməyib.

***

Qeyd edək ki, şənbə günü yazı dərc onunduqdan sonra Azər Hacıyev əməkdaşımıza növbəti dəfə zəng edərək bildirib ki, o, öz mövqeyini birinci gün saat 11-ə qədər rəsmi olaraq göndərəcək. Biz də qarşı tərəfə hörmət nümayiş etdirərək, xəbəri söndürdük. Bu gün isə Azər Hacıyev yenidən əməkdaşımıza zəng edib və xahiş edib ki, şikayətçilərin iddalarının yalan və böhtan olduğunu yazaq. Biz də ondan rəsmi münasibət bildirməyi bir daha xahiş etdik. Buna baxmayaraq, qarşı tərəfdən cavab ala bilmədik. Bir daha bildiirik ki, Azər Hacıyevin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Eyniz zaamanda şikayətçi tərəflər bizimlə yenidən əlaqə saxlayıb bildiriblər ki, onlar öz iddalarını isənilən yerdə sübut etməyə hazırdırlar.

Mənbə: Poliqon.info







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
• Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12
• Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01
• Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59
• Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55
• “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52
• Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49
• Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43
• SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38
• Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24
• Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19
• “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14
• Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10
• Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58
• Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57
• Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21
• "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42
• Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38
• Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28
• “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru