Barəsində cinayət işi açılan Rauf Əliyev VURHAVUR BİNA TİKİR... - BU NECƏ OLUR AXI?..
Tarix: 30-04-2025, 10:20 | Çap et
 Azərbaycanda elə tikinti maqnatları var ki, hansı dələduzluğu edir etsin, sanki toxunulmazlıq statusu alıb. Ona görə də illərdir ki, yol verdiyi cinayətlərə, saxtakarlıqlara, fırıldaqlara baxmayaraq məsuliyyətə cəlb olunmayıb. Hətta nəinki istintaqa çağırılmayıb, bilə-bilə ki bu tikinti şirkətinin sahibi vətəndaşları aldadıb, ona yenə də şərait yaradılıb, təzə-təzə işlər götürüb, bina tikməyə yer ayrılıb. Araşdırmamıza görə, onlardan birincisi “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Rauf Əliyev ölkədə yüzlərlə vətəndaşı aldadıb, bir mənzili bir neçə adama satıb, pullarını mənimsəyib, indiyə qədər problemi həll etməyib, illərdir ki, vətəndaşlar aksiyalar keçirir, şikayət edir, amma bu şəxs nə həbs edilir, nə də zərər çəkənlərin pulunu qaytarır. Və hazırda həbsdə olan MTK rəhbərlərindən fərqli olaraq, Rauf Əliyev barəsində bu qədər şikayətlərə, dəlil-sübutlara baxmayaraq azadlıqda gəzir. Onun aldatdığı vətəndaşlardan biri elə dünən mətbuata çıxıb. Belə ki, "İnşaat Konstruksiyaları” MMC-nin qurbanlarından olan Rafiq Əmirov zərərçəkmiş qismində tanınmır. Bu barədə Reportyor.info-ya onun özü bildirib. Rafiq Əmirov 2017-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, Abbas Mirəz Şərifəzadə küçəsi 33-də inşa etdiyi yaşayış binasından mənzil alıb. Bir müddət sonra isə məlum olub ki, onun aldığı mənzil Fətullayeva Təbərrük adlı bir xanıma satılıb. Şikayətçi deyib ki, həmin xanımla imzalanmış müqavilələr saxtadır. Yəni üzərindən 8 il keçib, il 2025-dir, hələ də vətəndaşın problemi həll olunmayıb. Və belə qurbanların sayı "en" qədərdir. Sadəcə, Rauf Əliyev toxunulmaz birinə çevrilib. Bu azmış kimi, ona hələ də Bakıda bina tikməyə icazə verilir. Axı onu himayə edənlər kimlərdir ki, dələduzluğa yol verdiyi göz qabağında olduğu halda, yenə də tikinti aparmasına şərait yaradılır? Bu sektorda olanlar bilir ki, bina tikmək asan məsələ deyil. Əvvəlcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməlidir, yer ayırmalıdır, sərəncam imzalanmalıdır. İkincisi, Fövqəladə Hallar Nazirliyindən tutmuş bütün rəy verən, kommunal təchizatı təmin edən qurumlara qədər bu prosesdə iştirak edir. Bəs necə olur ki, dövlət qurumları adı dəfələrlə dələduzluqda hallanan, haqqında saysız-hesabsız şikayətlər olan Rauf Əliyevin yeni binalar tikməsinə göz yumurlar? Ən absurd mənzərə budur ki, "İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunsalar da, bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər. O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb. Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib. "İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı. Mediada gedən xəbərlərə görə, Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər. Bundan başqa, Rauf Əliyev Şəhərsalma və Arxitektura Komitəsi ilə də "dil taparaq" əlavə mərtəbələr qaldırılmasına razılıq ala bilir. Beləliklə, şəhərdə toxunulmaz bir dələduz gəzir və ona "gözün üstə qaşın var" demir...
/Anaxeber.com

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49 |
|
|
|
| • İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38 |
|
|
|
| • “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36 |
|
|
|
| • “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24 |
|
|
|
| • Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12 |
|
|
|
| • Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
| • Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58 |
|
|
|
| • Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57 |
|
|
|
| • Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51 |
|
|
|
| • “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49 |
|
|
|
| • “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47 |
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
Bu gün, 10:12 |
|
|
|
| • Bakıda oğul anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
| • Nəsimi erməni ailəsinin evində nələr yaşayıb? – Özü hər şeyi danışdı
Bu gün, 09:59 |
|
|
|
| • Ermənistan MTX Musayevlə bağlı bu suala cavab verməkdən imtina etdi - “Sputnik Ermənistan”
Bu gün, 09:55 |
|
|
|
| • “İnternational Leasing”də struktur dəyişikliyi olacaq - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Gəncədə qohumlar arasında mübahisə davaya çevrildi – HÖKM
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 132 dollara yaxınlaşıb
Bu gün, 09:43 |
|
|
|
| • SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
Bu gün, 09:38 |
|
|
|
| • Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
Bu gün, 09:24 |
|
|
|
| • Dünya əhalisi yenidən uzun yaşamağa başlayıb, Azərbaycanda isə...
Bu gün, 09:21 |
|
|
|
| • Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:19 |
|
|
|
| • “Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO
Bu gün, 09:14 |
|
|
|
| • Ermənistanın Avropa İttifaqına üzvlüyü Azərbaycandan asılıdır – Paşinyan çox da sevinməsin
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycan–Kamboca əməkdaşlığının humanitar əhəmiyyəti - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
| • Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:57 |
|
|
|
| • Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi – Mühüm detallar
Bu gün, 07:21 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin 87 min manatlıq vergi borcu yığıldı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • Keçmiş başçı indi də HÖKMLÜDÜR... - Əgər belə olmasaydı...
Bu gün, 06:38 |
|
|
|
| • Sami Yusufun ansamblında çalışan Qarabağ qazisi konsert verir - “Onun komandasında olmaq bir daha göstərib ki..”
Bu gün, 06:28 |
|
|
|
| • “Dini və casus şəbəkələri fəallaşıb” - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
| • Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
Bu gün, 06:20 |
|
|
|
| • Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - Paşinyan düz deyir...
Bu gün, 06:15 |
|
|
|
| • Azərbaycanda kredit faizləri ancaq bu halda aşağı düşəcək - Ekspert deyir ki...
Bu gün, 06:05 |
|
|
|
| • Qaradağ Sanitar-Kommunal İstismar İdarəsinin vergi borcu 90 min manat çatdı - FOTO
Bu gün, 06:01 |
|
|
|
| • Pandemiya bitdi, sərhədlər isə bağlı qaldı. Niyə? - ARAŞDIRMA
Bu gün, 05:59 |
|
|
|
| • Ankara-İrəvan təmasları: Bakı nə deyir? - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
| • Adil Əliyevdən TENDER PAY-PÜŞÜ - İcazə verin şübhələnək...
Bu gün, 05:54 |
|
|
|
| • Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb - Dövlət borcu isə...
Bu gün, 05:50 |
|
|
|
| • Respublika Süni Mayalanma Mərkəzinə YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:47 |
|
|
|
| • Lənkəranskini tərifləyən müəssisə rəisinin 50 min manatlıq "alış-veriş"i - TƏFƏRRÜAT
Bu gün, 05:45 |
|
|
|
|