İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                 

"Sonsuzluğun müalicəsi burun-boğaz həkiminə tapşırılıb" - “Laçın” və “Doktor Canpolad” klinikası insanlara necə kələk gəlir?
Tarix: 9-05-2017, 08:55 | Çap et
"Sonsuzluğun müalicəsi burun-boğaz həkiminə tapşırılıb"
“Yoxdan var yaradıram”, “sperman sıfırdır, gəl uşağı məndən apar”. Bu təkliflər qulağa xeyli xoş gəlir. Xüsusən də, illərdir uşaq həsrəti ilə döymədiyi qapı qalmayan valideynlər üçün. Amma həmişə deyildiyi kimi olmur, ilk görüşdə ağız dolusu vəd verənlər, bir neçə kurs “müalicə”dən sonra, “yarada bilmədik” deməyə utanmayaraq yaxasını kənara çəkir.
Sonsuzluqlarana son qoyamaq üçün ailələrin üz tutduğu klinikaların onların pulunun sonuna çıxdığını, amma buna rəğmən dərdlərinə çarə olmaması barədədə də dəfələrlə eşitmişik. Buna baxmayaraq quru vədlərə aldananların sayında azalma deyil, artmanın olduğu müşahidə edilir. Bunu həmin klinikalardakı növbələr sübuta yetirir.
Bəs nə üçün?
Bunu Publika.az-ın “Müfəttiş” layihəsi çərçivəsində araşdıracağıq. Əsas səbəb heç şübhəsiz, sonsuzluq hallarının artmasıdır. Ətraf mühitin çirklənməsi, texnologiyanın inkişafı, oturaq həyat tərzi bizi sonsuzluğa aparan səbəblər sırasındadır. Səbəblər elədir ki, bəzən istəsək də onlardan qaça bilmirik. Real həyat şərtləri bizi bu səbəblərlə yaşamağa məcbur buraxır. Ona görə də sonsuzluqdan heç kim sığortalanmış deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəqəmlərində dünyada 50-80 milyon insan sonsuzluqdan əziyyət çəkdiyi qeyd edilir. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır.
ÜST-ün məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi bildirilir. Dövlət Statistika Komitəsi isə Azərbaycanda qadınların hər 100 minindən 4-nün sonsuz olduğunu deyir.
Komitənin məlumatına görə, ölkədə sonsuz qadınların sayı artır. Belə ki, 2015-ci ildə ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəxslər arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2 300-dən çox olub.
2012-ci ildə Azərbaycanda 2409 nəfərə ilk dəfə sonsuzluq diaqnozu təyin edilibsə, 2014-cü ildə bu göstərici 2806 nəfər olub. Kişilərlə müqayisədə qadınlar daha çox sonsuzluqdan əziyyət çəkir.
Rəsmi statiktikadan görünür ki, qadın sonsuzluğu kişilərdən dəfələrlə çoxdur. Belə ki, 2012-ci ildə ölkə üzrə sonsuzluqdan əziyyət çəkən qadınların sayı 1999 nəfər olub, 2014-cü ildə bu rəqəm 2294 nəfərə çatıb.
Sonsuz kişilərin sayı 2012-ci ildə 410 nəfər olubsa, 2013-cü ilə 501, 2014-cü ildə isə 512 nəfərə yüksəlib.
Lakin kişilərin sayının az olması həm də qadınların müraciətlərinin sayının çox olması ilə də əsaslandırıla bilər.
Açıqlanan bu rəqəmlərdən yəqin ki, klinika biznesinə girişmək istəyənlər də xəbərdardır. Ona görə də, elə sonsuz ailələr kimi bu klinikaların da sayı ilbəil artır.
İllərdir bu sahədə ad çıxarmış “Laçın”, son vaxtlar efirdən heç düşməyən “Doktor Canpolad”, təbii vasitələrlə immun əsaslı sonsuzluğa son qoyan “Nərgiz” klinikaları sonsuzların son çarəsidir. Bu siyahını daha da uzatmaq olar.
Onlarla ailə məhz sonsuzluğa son qoymaq ümidilə bu klinikalara üz tutur. Lakin təəssüf ki, onların əldə etdiyi sadəcə ümidlərinin puçluğu olur. Amma sayı durmadan artan, başqa sözlə, sonsuzların sonuna çıxan klinikaların rəhbərləri, həkimləri reklam çarxlarında özlərini elə təqdim edirlər ki, bəziləri puç olan ümidləri yenidən alovlandığı, digərləri isə səslənənlərin həqiqət olduğuna inandığı üçün bu şəxslərə müraciət etməli olur. Ancaq yoxdan var yaradacaqlarına söz verənlər, çox zaman varı yoxa çevirirlər. Bunun başlıca səbəbi qeyri-ixtisaslı həkimlərin bu işlə məşğul olmasıdır. Düzdür, tibdə yüz faiz nəticə yoxdur, amma kliniklarda müsbət nəticə faizinin yüzə yaxınlaşması isə möcüzə ola bilər.
Ad, ünvan dəyişməklə bu gün “Milano hosbital” kimi fəaliyyət göstərən “Laçın”ın səs-sorağı qulaqlarımızdadır. Klinikada sonsuzluğun müalicəsi burun-boğaz həkimi olan iranlı Behnam Kazemidən sonra pediatra həvalə edilib.
Belə ki, klinikaya sonsuzluğun müalicəsi üçün müraciət etdik. Bizə Ruslan Qüdrətovu məsləhət gördülər. Onun kimliyi ilə maraqlandıq.
İnternetdə bu məlumatları tapdıq. Məlumat olduğu kimi təqdim edirik:
2011-2012 Moskva tam androloji kurs
2012-2014 İzmir
9 eylul uroloji- androloji
20-dən artıq beynəlxalq kongreler
2010 Azərbaican tibb universiteti
Onun kimliyini bir də həmkarlarından soraqladıq. Ruslan Qüdrətovu pediatr kimi tanıdıqlarını dedilər. Yəni uşaq doğulana qədər yox, doğulandan sonrakı proseslərlə məşğul olmaq üçün təhsil alıb.
Amma “Milano hosbital”da onu sonsuzluğu ən yaxşı müalicə edən həkim kimi təqdim etdilər.
Həkimin qəbuluna düşmək üçün 30 manat ödəniş tələb olunur. Müayinələr üçün iki nəfərə 300-320 manat lazımdır. İnfeksiyalar, USM, hormonların müayinəsi aparılacaq. Müalicənin necə aparılacağını eşidəndə qulaqlarımıza inanmadıq. Müalicə aparatlarla aparılırmış. Sualı bir də təkrarlamalı olduq. Cavab belə oldu: “Sonsuzluğu müalicə üçün xüsusi aparatlarımız var. Müalicə müddəti 10-15 gün çəkir. Bu müalicənin xərci isə bir nəfər üçün 400-500 manat arasında dəyişir”.
Dünyada hansı alimin hormonları müalicə etmək üçün aparat kəşf etməsi və onun bizim ölkəmizə necə gətirilməsi çox qəribədir.
“Canpolad” klinikasına gəldikdə, burada da ixtisasca psixiatr olan Canpolad İmanov bir vaxtlar “Laçın” klinikasında çalışıb. Ukraynada andoroloq ixtisasına yiyələndiyini iddia edən C.İmanovun da müalicə üsulu xüsusu aparatlar və bitkilərlədir.
“Toxumun, sperman sıfırdır, gəl uşağı məndən apar” deyən həkimdən nə gözləyəsən”

Həkim-androloq Xudaverdi Əliyev Publika.az-a açıqlamasında dövlət müəssisələrində seksopatoloq xidmətinin ləğv edilməsini, özəl tibb müəssisələrinin isə istədiyi kimi xidmət göstərməsinin bu işlə qeyri-peşəkarlıqla məşğul olanlara fürsət verdiyini deyir: “Ona görə də bu gün ölkədə androloji xidmət ən aşağı səviyyədədir. Bu gün dərmanın adını bilməyən, müalicəni necə aparmaqdan xəbərsiz olanlar androloq işləyir. Özəllərdə bu sahəyə nəzarət etmək lazımdır. Təəssüf ki, televiziyalar bu insanların efirə yol açmasına imkan yaradır. Bütün günü “Dünya” televiziyası bu həkimlərin reklamı ilə məşğuldur. Ən qəribəsi budur ki, onlar çıxışlarına sonsuzluğun statistikası ilə başlayır, halbuki bu məlumatı haradan əldə etməsi sual doğurur. Andrologiyanın nə olduğunu bilməyənlər androloji cəmiyyətlər yaradır. Bu cəmiyyət pediatr, aptek işçisinə də androloq kimi xidmət göstərmək üçün arayış verir”.
X.Əliyev deyir ki, “androloqlar” sonsuzluğu müalicə edənlər tibbdən tamamilə uzaq söhbətlər edirlər: “Uuroloq-androloqlar efirə çıxıb sonsuzluğun birinci səbəbi kimi varikoz genişlənməni göstərir və onu müalicə etdiklərini deyirlər. Bu xəstəlik sonsuzluğun 100-cü səbəbi ola bilər, o da ağırlaşma mərhələsində olarsa. “Laçın” klinikasında Kazemini işdən uzaqlaşdırdılar. Bu gün o, “Milano” klinikası adı altında fəaliyyət göstərən həmin klinikada pediatr androloq işləyir və bütün günü də efirdə sonsuzluqdan danışır. Canpoladın çıxışını eşidən hər kəs onun elmdən nə qədər uzaq olduğunu görür. O, danışdıqlarını ancaq özü başa düşür. Efirdə “toxumun, sperman sıfırdır, gəl uşağı məndən apar” deyən birindən nə gözləmək olar?
X.Əliyev bu klinikalarda tətbiq edilən müalicələr xeyir əvəzinə zərər verdiyini və hətta sağlam insanları belə sonsuz edə biləcəklərini bildirir: “Bu problemləri yaşayanlardan bizə müraciət edənlər az deyil. Bu yaxınlarda bizə müraciət edən xəstə “Laçın” klinikasında 300 manatlıq müalicə keçdiyini, lakin heç bir effekt görmədiyini dedi. Hormonlara nəzarət etmədən sonsuzluğu müalicə etmək olmaz. Yanlış müalicə zamanı elə dərmanlar yazıla bilər ki, onlar hormonlara əks-təsir göstərər, sonradan onu bərpa etmək belə mümkün olmaz. Toxum zəifdirsə, müəyyən problemləri varsa, onu mərhələlərlə müalicə etmək mümkündür. Lakin yanlış müalicə tətbiq edilsə, bu, əks-effekt verə bilər. Kişi və ya qadına hormon vurulsa, onlar öz funksiyalarını itirəcəklər. Bu zaman isə onları müdafiə etmək mümkün olmayacaq. Əlbəttə, tək o deyil, uroloq cərrahlar bütün günü sonsuzluğu müalicə etməsini reklam edir. Tək “Milano”, “Canpolad” deyil, özəl klinikaların 90 faizində bu problem var. Onlar həkimin otağının üzərinə andoroloq yazır, sonsuzluğu müalicə edir. Otaqda oturanı bir az araşdırsan fizioterapevt çıxır, çünki ölkədə həqiqi androloqların sayı çox azdır.
Hansı aparat hormonu qaydasına sala bilər?
Sonsuzluğun aparatlarla müalicə edilməsinə gəldikdə, X.Əliyev bunun çox gülməli səsləndiyini deyir: “Aparatla vəzdəki iltihablaşmanın qarşısını ala bilərlər. Onların dediyi aparatlar prostatı müalicə üçündür. Hansı aparat hormonları qaydasına sala bilər? Şəkər, mikrobdan yaranan sonsuzluğu hansı aparat müalicə edə bilər? Bunlar çox gülməlidir. Təəssüf ki, onlar bu üsullarını efirdə elə səsləndirərək, özlərinə yaxşı yer tapırlar. Televiziyalar bunu kommersiya marağı ilə əlaqələndirir, amma bu, normal yanaşma deyil. Çünki insanlar televiziyada verilənlərin doğru olduğunu düşünür. İnsanlar bilməlidir ki, müraciət etdiyi həkim kişi sonsuzluğu ilk növbədə spermaqramma da çatışmazlığı müəyyən edib, sonra müalicəyə başlamalıdır. Bəzən qadın və kişi hər ikisi normal olur, amma övlad sahibi ola bilmirlər. Buna nisbi sonsuzluq deyirik. Onu müalicə etməyə ehtiyac yoxdur, ola bilər ki, 3-5 ilə heç bir müalicə olmadan uşaq sahini olsunlar. Lakin bu klinikalar həmin şəxsləri müalicə edib, daha pis hala salır, uşaq sahibi olmaq şansından da məhrum edirlər”.
Həmin reseptlərdə səhv müalicə yazılır

Tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev deyir ki, sonsuzluğun müalicəsi üçün ilk növbədə düzgün diaqnoz qoyulmalıdır: “Spermada spermatozoidin olmadığı hormonal, infeksiyalar götürülərək müayinə edilir. Bu gün təəssüf ki, bəzi klinikalarda yoxlamalar yarımçıq dayandırılır, spermatozoid olmayan xəstələrə müalicə yazılır. Bu xəstələr aylarla müalicə edilir, lakin heç bir effekti olmur”.
Onun sözlərinə görə, bu klinikaların rahat fəaliyyətinin bir səbəbi də məhz onların efirdə reklam edilməsidir: “Həkimin reklamı onun sağaltdığı xəstələrdir. Təəssüf ki, ucqar kənddə qalan biri efirdə bu reklmları görüb həmin həkimlərə üz tutur. Sonda heç bir effekt görməyən xəstə yanlış müalicə edilməklə həm pulunu olur, həm də həkimlərə inamını itirir. Növbəti dəfə hətta doğru həkimə müraciət etsə də, inamının azalması müalicənin effektinə mənfi təsir edir. Həmin həkimlərə müraciət edən xəstələrə yazılan reseptləri tez-tez görürük. Etika xatirinə, xəstələrlə həmin həkimlərin üz-üzə qalmasını istəmirik. Həmin reseptlərdə səhv müalicələr görürük. Diaqnoz qoyulmamış aylarla müalicə tətbiq edirlər, ya da bəzən qalan spermatozoidlərin dəyəri sıfıra düşür. Bunun üçün bəzən aylarla həmin dərmanların təsirinin bədəndən çıxmasını gözləyirik. Sonra yenidən müayinə edib, müalicə tətbiq edirik”.
Digər ixtisas sahiblərinin sonsuzluğun müalicə edənlərə qarşı nəzarətə gəldikdə, R.Rzayev Səhiyyə Nazirliyinin hər bir özəl klinikada işə qəbul edilən şəxslərin fəaliyyətini izləmək imkanının olmadığını dedi: “Bu məsələdə özəl klinika rəhbərləri məsuliyyət daşıyır. Onlar həkimi işə qəbul edərkən əvvəlki fəaliyyətini nəzərə almalıdır. Çünki özəl klinikaların baş həkimləri və ya direktorları Səhiyyə Nazirliyinin birbaşa nümayəndələridir. Onlar işə qəbul edilən şəxslər barədə araşdırma aparmalıdırlar. Xəstələr də gözüaçıq olmalı, müayinəyə getdiyi həkim haqqında araşdırma aparmalıdır”.
İstəsəniz, “toxumun, sperman sıfırdır, gəl uşağı məndən apar” deyən Canpolada, istəsəniz də sonsuzları “müalicə edən” digər qeyri-ixtisas sahiblərinə müraciət edin. Yaxud da peşəsinə hörmət qoyan həkimlərimizə qulaq asın. Artıq seçim sizindir. Amma təki ümidləri puç olmayanlardan olun.

"Sonsuzluğun müalicəsi burun-boğaz həkiminə tapşırılıb"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru