İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Qaxdakı YAŞIL SOYQIRIMI NAZİR GÖRMÜR? - Fakt ortadadır... AMMA...
Tarix: 17-08-2022, 09:41 | Çap et
Qaxdakı YAŞIL SOYQIRIMI NAZİR GÖRMÜR?
Ətraf mühitdə əmələ gələn problemlərin həlli və aradan qaldırılması zaman-zaman hər kəsi düşündürən məsələlərdən olub. Ona görə də meşə zolaqlarının, yaşıllıqların mühafizə olunması, yaxud da hansısa səbəbdən baş verən erroziyanın qarşısının alınması və s. kimi məsələ və problemlərin həlli, daim aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların aradan qaldırılması məqsədilə, aidiyyətı qurumlara müvafiq tapşırıqlarını da verdi. Ölkə rəhbərinin belə bir addım atmasına, məhz bir çox amillərin varlığı səbəb oldu.

Hətta, cənab Prezident meşə zolaqlarında və digər ərazilərdə ağacların qanunsuz yollarla kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyan şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, eyni zamanda həmin şəxslərin birbaşa məsuliyyətə cəlb olunmalı olduqlarını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində vurğulayaraq bildirdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik.

Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Bəli, belə bir tapşırıqların verilməsi, məhz ölkə rəhbərinin ətraf mühitlə bağlı ortaya qoyduğu yanaşması oldu. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizin hər bir ərazisində yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, bu gün də yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına qol qoyulmaqdadır.

Məsələn, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, Qax rayonunun Əlibəyli kəndində Roma adlı şəxsə məxsus taxta sexi fəaliyyət göstərir və həmin sexdə daha çox kəsilməsi qadağan olunmuş ağaclardan istifadə olunur. Məsələnin düşündürücü tərəfi odur ki, adı çəkilən bu şəxsə məxsus sexə daşınan və müxtəlif məqsədlər üçün, ələlxüsus taxta yeşiklərin və müxtəlif növ mebel məhsullarının hazırlanmasında istifadə olunan fıstıq, qoz, cökə və s. kimi ağaclar, heç də həmin sexə Avropa ölkələrindən daşınmır. Belə bir qanunsuzluqlara, yəni çoxsaylı ağac növlərinin kəsilməsinə Qax rayonununun meşə zolaqlarında daha çox rast gəlinir və kəsilmiş ağaclar xəlvəti yollarla həmin sexə daşınır. Deməli, rayonun Əlibəyli kəndində Roma adlı şəxsə məxsus taxta sexinin fəaliyyət göstərməsi, Qaxın meşə təsərrüfatına rəhbərlik edən şəxslərin də şəxsi maraqlarına cavab verir. Belə bir səbəbdən də, Qaxın meşə təsərrüfatına cavabdehlik daşıyan vəzifə sahibləri həyata keçirilən “meşə qətliamları”na göz yummaqdadırlar.

Bəli, bu gün ölkəmizin şimal bölgəsinin meşə zolaqlarında, ələlxüsus Qax rayonunun meşə zolaqlarında analoqu olmayan “meşə qətliamları” həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin yarıtmaz iş fəaliyyəti, hal-hazırda həyacan təbili çalmağa tam əsas verir. İndi olub keçənlərə diqqət yetirək. Ölkəmizin şimal bölgəsinin meşə zolaqlarından qanunsuz yollarla kəsilən ağac növləri Əlibəyli kəndində Roma adlı şəxsə məxsus taxta sexinə daşınmasının özü cinayət əməli olsa da, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin rəhbər şəxsləri maddi maraqlarının təmin olunmasını hər şeydən üstün tuturlar.

Təəccüblü halın varlığı odur ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyevlə bərabər, ekologiya və təbii sərvətlər nazir cənab Muxtar Babayev də hər kəsi ədalətli olmağa, meşə zolaqlarını qanunsuz yollarla məhv olunmasının qarşısını almağa çağırır. Belə bir çağırışın varlığına baxmayaraq, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin və Qax Meşəbəyliyinin rəhbər şəxsləri, hal-hazırda bu cür əməllərə məşğul olan hər kəsə, ələlxüsus Roma adlı şəxsə hər cür şərait yaratmaqdadırlar. İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri və onun himayə etdiyi şəxslər verilmiş tapşırıqlara məhəl qoymurlar. Xoşagəlməz halın varlığı odur ki, meşə zolaqlarına yaxın ərazilərdə yaşayan sakinlər baş verən qanunsuzluqlara qarşı haqlı narazılıqlarını ifadə etsələr də, bir kimsə onların narazılıqlarına məhəl belə qoymurlar.

O halın varlığını da qeyd edək ki, xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Belə bir kəlamın işlədilməsi onu söyləməyə əsas verir ki, Ulu Öndər həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. Ümumiyyətlə, məhrum Prezidentimiz hakimiyyətdə olduğu illər ərzində meşə zolaqlarının qorunmasına, yaşadılmasına hər zaman xüsusi diqqət yetirmiş və bu sahənin mühafizə olunması istiqamətində aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlarını da vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması isə, bir daha ölkə rəhbəri tərəfindən ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.

Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri və onun himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçirirlər. Atılan addımlar zamanı onminlərlə ağac əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru