İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri MƏHKƏMƏLƏRDƏ QALIB - Prezidentə müraciət olundu
Tarix: 20-09-2022, 09:09 | Çap et
DSX-nin xidmətdən nahaq uzaqlaşdırılmış giziri MƏHKƏMƏLƏRDƏ QALIB
Dövlət Xidmətinin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Alim Cənnətovun anası, II qrup əlil Rəqsanə Cənnətovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarından şikayətini dərc etmişdik.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.
Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintaq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim tərəfindən Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.
Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdir.
Hələ apellyasiya məhkəməsi prosesindən əvvəl Alimin valideynləri rəsmi məktubla Apellyasiya Məhkəməsinin sədrinə müraciət edərək, işə ədalətli baxılmasını xahiş edibmişlər. Sanki valideynlərin ürəklərinə damıbmış ki, Azər Hüseynov Ali Məhkəmədə tutduğu vəzifədən endirilərək Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləndən sonra ədalət hissini tamamilə itirə bilər.
Rəqsanə Cənnətova redaksiyamıza təkrar müraciət edərək xatırladır ki, məlum apellyasiya məhkəməsi prosesində Azər Hüseynovun köməkçiləri haqqın Alim Cənnətovun tərəfində olduğunu özlərinin bütün hərəkətləri ilə göstərir, hətta istehza ilə qarşı tərəfin nümayəndələri olan Rövşən Bayramovun və Ceyhun adlı şəxsin Alimin vəkilinin sualları qarşısında aciz qalıb tutarlı arqumentlərlə cavab verə bilməmələrinə istehza ilə gülümsünürdülər. Amma nə Rövşən Bayramov, nə də onun tərəf müqabili Ceyhun bəy bundan heç bir narahatçılıq hissi keçirməyib. Onların bu arxayınçılığı, özgüvənli davranışları Alimin atası Cənnət Cənnətovda şübhə oyatmışdır ki, yəqin Rövşən Bayramov məhkəmə çəkişməsinin öz xeyirlərinə həll olunmasını hakimlə qeyri-prosessual sövdələşmələrində təmin edib. Odur ki, valideynlər Azər Hüseynovun sədrliyi ilə aparılmış hər iki prosesin qeydə alınmış video-görüntülərinin futbolda “war” sisteminin tətbiq olunduğu kimi mütləq şəkildə üzə çıxarılmasını və Ali Məhkəmədə incələnməsini istəyirlər və hesab edirlər ki, bu halda çəkişmənin ədalətli həllinə nail olmaq mümkündür.
Rəqsanə Cənnətova bildirir ki, Rövşən Bayramovun özü hələ araşdırma zamanı Alim Cənnətovun ərizəsində DSX-nin daxili təhlükəsizlik idarəsinin rəhbəri Namiq Cəlilovun ondan 7000 manat rüşvət tələb edib 1000 manatda dayanması, həmçinin Alimə qarşı təhqiramiz davranışları, təzyiq göstərərək izahat alması barədə ifadələrə rast gələndə, ərizəçidən və valideynlərindən bu xüsusatlara toxunmamağı xahiş etmişdir. Ancaq valideyn Cənnət Cənnətov yalnız oğlu Alim Cənnətov işinə bərpa olunacağı təqdirdə N.Cəlilovdan şikayət etməyəcəyini demişdir.
Cənnətovlar R.Bayramovun təmsil etdiyi qurumun mənafeyinə xidmət etməsini, hətta haqqı-ədaləti belə korporativ maraqlara qurban verməsini hardasa anlaşıqlı qəbul edirlər. Cənnət Cənnətov prosesin gedişində bir ara R.Bayramovdan hətta o qədər “səmimiyyət” duymuşdur ki, ondan yaşının 30-u çoxdan keçməsinə baxmayaraq niyə evlənmədiyini də soruşmuşdur. R.Bayramov nə qədər maskalanmağı bacarsa da, məyuscasına başını yelləməyindən, üzündəki pərişan ifadədən “hansı günümə evlənim” sualını oxumuşdur. Cənnət Cənnətov sonradan o qənaətə gəlmişdir ki, doğrudan da R.Bayramov kimi işlədiyi qurumun zabitinin (bizim misalda N.Cəlilovun) gizirə (bizim misalda Alim Cənnətova) məhkəmədə uduzmaması üçün hər cür ədalətsizliyə getməyə və özünə nifrət qazanmağa razı olan bir şəxs elə təqaüdə çıxanadək ailə qurmasa yaxşıdır. Axı, ailə qurmaq həm də gələcəkdə valideyn olmaq, övlad yolunda çətinliklərə sinə gərmək, maneələri aşmağa hazır olmaq deməkdir. Heç cür ola bilməz ki, insan elə maneələrlə rastlaşanda özünün elədiyi ədalətsizliklər yadına düşməsin.
Cənnətovlar bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir. Onlar Ali Məhkəmənin sədrinə həm məktubla, həm də KİV üzərindən müraciətlə xahiş edirlər ki, Ali Məhkəmədəki proses ədalət ilahəsi Femidanın tərəzisinə barmaq basan Azər Hüseynov kimisinə deyil, haqqı nahaqqa qurban verməyən peşəkar hüquqşünasa etibar edilsin. Valideynlər arxayındırlar ki, oğulları Alim hətta bu çəkişməni uduzsa da belə, daş daşıyan fəhlə işləsə belə, ömrünü N.Cəlilovdan, R.Bayramovdan, A.Hüseynovdan fərqli olaraq həm cəmiyyət içində, xalqın gözündə, həm də əlbəttə ki, mizan – tərəzisi düz olan Allahın nəzərində alnıaçıq, üzüağ yaşayacaq, ailəsinə, uşaqlarına haram tikə yedirtməyəcək, qarğış qabı olmayacaqdır.
Amma Alim Cənnətovun anası yenə də özünün, uşaqlarının, ailəsinin adından cənab Prezidentə müraciət edərək övladının xidmətdə işə qaytarılmasını və 1-ci instansiya məhkəməsinin, yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmasını xahiş etdi.
P.S. Alim Cənnətov DSX-nın giziri olaraq bu gün şəhid də ola bilərdi, bəs görəsən onu ləkələyərək işdən çıxarmaq istəyənlər nə fikirləşərdi? Amma çox hörmətli xidmət rəisi Elçin Quliyev həmişə atdığı humanist addımlarından birini də Cənnətovlar ailəsinin xeyri üçün atacaq və bu ailənin kədərli günlərini sevinclə əvəzləyəcək.
//gundelik-baku.com//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru