Göyçay Məşğulluq Mərkəzində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR!
Tarix: 25-01-2023, 09:05 | Çap et
 Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini İsmayılov Qadir Şamil oğlu mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı müraciətini olduğu kimi dərc edirik;
"Cənab Prezident yazaraq bildirmək istəyirəm ki, 2020-ci il tarixdə Məşğulluq Mərkəzinə müraciətim əsasında "DOST" İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində 2 aylıq işlə təmin olunmuşdum. Ondan sonra yenidən müraciət etdim ki, uzunmüddətli müqavilə ilə öz işimi davam etdirim, lakin mənə "Hazırda yalnız 2 aylıq işlər mövcuddur, ola bilsin yaxın gələcəkdə vakansiyalar gələcək, biz özümüz sənə xəbər verəcəyik" dedilər. Aldığım məlumata görə, 2 aylıq işlər ləğv ediləndən sonra əmək müqaviləsi əsasında uzunmüddətli iş yerləri gəldi. Buna baxmayaraq məni axtarıb-arayan olmadı. Halbuki daimi iş yerinə çox ehtiyacım var. Yazdığım ərizələrlə bağlı "DOST" İş Mərkəzindən zəng edərək mənə bildirirlər ki, "Sənin müraciətini Dövlət Məşğulluq Agentliyinə yönəltmişik, yaşadığın rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzinə müraciət etməlisən". Həmçinin, Göyçay Məşğulluq Mərkəzindən də mənə zəng edildi və oraya dəvət olundum. Məşğulluğun Nizami adlı əməkdaşı şəxsiyyət vəsiqəmin surətini alaraq nəisə qeydiyyat dəyişikliyi etdiyini bildirdi. Sonra mənə "Sabah gələrsən" dedi. Onun dediyi sabahlardan bir neçəsi keçdi, hər dəfə gedəndə "Nizami müəllim yoxdur" və yaxud da "Get, filan vaxtı gələrsən" deyirlər. İdarədə olanda isə "Get, hara yazırsan, yaz" deyəcək qədər özünə arxayındır. Ümumiyyətlə isə adı Məşğulluq Mərkəzi adlanan bu yerdə çalışan əməkdaşların öz məşğuliyyəti vardır. Həmin məşğuliyyət: yüksək təmirli kabinetlərdə oturaraq bahalı şirniyyatlarla çay içməkdən, mobil telefonla oynamaqdan, kompüter arxasında əyləşməkdən, vətəndaşları get-gələ salmaqdan ibarətdir. Heç şübhəsiz ki, adı çəkilən bu idarənin bəzi əməkdaşları xalqa xidməti qarşılığında dövlət tərəfindən aldığı yüksək məbləğdə maaşın haqqını layiqincə yerinə yetirə bilmirlər. Vətəndaşlara qarşı süründürməçiliklə məşğuldurlar.
Nəzərinizə çatdırım ki, 2019-cu ildə ailə həyatı qurmuşam və 2 azyaşlı övladım var. Özüm heç yerdə işləmirəm. Evim olmadığı üçün ailəmlə birlikdə valideynlərimin yanında qalırıq. Üstəlik məndən yaşça kiçik qardaşım İsmayılov Nadir Şamil oğlu da valideynlərimin evində qalır. O, Vətən müharibəsi veteranıdır. Onun da evi və işi olmadığına görə ailə həyatı qura bilmir. Anam evdar qadındır. Təkcə yaşlı atam iş olandan-olana fəhləlik etməklə bu, böyük ailənin maddi ehtiyaclarını qarşılamağa çalışır. Övladlarımın gündəlik maddi təlabatını ödəyə bilmirəm. Olduqca acınacaqlı durumdayıq. Azyaşlı uşaqlardır, tez-tez xəstələnir, çöpü qalır, mən isə bir ata kimi onların qarşısında utanc hissi keçirirəm. Dövrümüzdə zəruri ehtiyac kimi istifadə edilən uşaq bezinə aylıq 90 (doxsan) manat pul lazım olur. Kommunal xərcləri heç demirəm. Mavi yanacağa olan 1000 (min) manat borcumuzu ödəyə bilmədiyimizə görə mexaniki qaz sayğacını çıxarıb, əvəzində smart kart tipli sayğac quraşdırıblar. Ancaq karta qaz yükləməyə pulum yoxdur deyə, dağ-dərədən, çay kənarlarından, zibilliklərdən kiçik odun parçaları və çır-çırpı toplayıb yandırırıq. Dərdimi uca dağlara yükləsəm, dağlar ovxam-ovxam gedər, ağaclara yükləsəm, ağaclar sanki bol meyvə gətirmiş şəkildə başını aşağı dikər. Qısası, toxun acdan nə xəbəri olsun?! Nə edəcəyimi, necə edəcəyimi bilmirəm.
Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır". Sizdən çox xahiş edirəm, yaşadığım Göyçay şəhərində yerdəşən Mənzil İstismar, Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir İdarələri kimi kommunal idarələrin birində işlə təmin olunmağıma köməklik göstərəsiniz. Bir daha xatırladıram, həqiqətən elə çarəsiz vəziyyətdəyəm ki, hava-su qədər daimi iş yerinə ehtiyacımız var. Ümid edirəm ki, dövlətimizin başçısı olaraq bizə əlinizdən gələn yaxşılığı əsirgəməyəcəksiniz. Sizə çox minnətdarlığımızı bildiririk.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
|