İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Məmmədyarovun BİZNES ORTAĞI... - Büdcə pullarına BELƏ QONUBLAR...
Tarix: 10-02-2023, 10:11 | Çap et
Məmmədyarovun BİZNES ORTAĞI...
Xarici İşlər Nazirliyinin bir sıra işçilərinin xəyanəti nəticəsində onlarla gənc həyatını itirdi, yüzlərlə gənc şikəst oldu. Onların korrupsiya əməlləri, dövlət büdcəsini talamaq ehtirası Azərbaycanın ədalətli mövqeyinin dünyanın aparıcı ölkələri tərəfindən dəstəklənməsində ciddi problemlər yaratdı.
Dövlət tərəfindən lobbiçilik hərəkatı üçün ayrılan milyonlarla vəsait E.Məmmədyarov çetesinin 3-4
nəfər üzvünün iştahını doyurmaqdan o yana keçmədi. Bu gün həmin çetenin bir üzvü XİN-in Həmkarlar İttifaqının sədri, Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, adı dəfələrlə böyük yeyintilərdə, məhkəmə çəkişmələrində hallanan “Diplomat-2008” şirkətinin sədri, 2020-ci ildə DTX-nın həyata keçirdiyi
antikorrupsiya əməliyyatı nəticəsində saxlanan, Rusiyanın xidmət orqanları ilə sıx əlaqəsi olduğu iddia olunan Azayev Elxan Çərkəz oğludur.
Lap əvvəldən başlayaq. Qeyd etdiyimiz kimi, ixtisasca su mühəndisi olan bu adamın diplomatik və elmi fəaliyyəti birbaşa Rusiya Federasiyası ilə bağlı olmuşdur. Rusiya Dövlət Kitabxanasında onun siyasi liderlərin kommunikativ qabiliyyətlərinin inkişafı adlı dissertasiyası FB 9 95-1/1822-0 B 9 95-1/1823-9 bu kodlar altında saxlanılmaqdadır. İddia edilir ki, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də onun bağlılığı buradan doğur. Su mühəndisi olan E.Azayevin siyasi psixologiyadan necə dissertasiya yazması bir başqa mövzudur, təbii ki, Elxan Çərkəz oğlu Ağayev gül kimi vaxtını sərf edib psixoloji elmlər üzrə namizədlik dissertasiyası yazan deyildi ki!
Kitabxanada onun avtoreferatı aşağıdakı məlumatları ehtiva edir: Азаев, Эльхан Черкез-оглы. “Развитие коммуникативных способностей политических лидеров : автореферат РґРёСЃ. ... кандидата психологических наук : 19.00.12 / Р РѕСЃ. акад. РіРѕСЃ. службы РїСЂРё Президенте Р Р¤. - РњРѕСЃРєРІР°, 1995. - 24 СЃ. Политическая психология Шифр хранения: 9 95-1/1822-0 B 9 95-1/1823-9”. Aparıcı müəssisə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyası. Rusiyanın indiyədək bizə kadr hazırlaması, Azərbaycan Respublikası Prezident Aparatının keçmiş rəhbəri, 5-ci kolonun əsas fiquru sayılan Ramiz Mehdiyev tərəfindən onların respublikada yüksək postlarda yerləşdirilməsi uzaq keçmiş deyil. 1965 ci ildə anadan olmuş Elxan Çərkəz oğlu Azayev də onların bir nümayəndəsi. Yuxarıda qeyd etdiyimiz kimi, əsas ixtisası su mühəndisliyi olan E.Azayevin Xarici İşlər Nazirliyində yüksək post tutması heç də onun bilik və bacarığı ilə bağlı olmayıb, irəlidə haqlarında geniş danışacağımız, DTX-nın antikorrupsiya əməliyyatı ilə əlqədar olaraq həbs olunan Anar və Lamiyə Canəhmədovlarla yaxın münasibəti olub. E.Məmmədyarov 2004-cü ildə xarici işlər naziri təyin olunarkən yuxarıda adları çəkilən şəxslərin məsləhət və israrı ilə E.Azayevi də özü ilə birgə nazirliyə gətirib və onu Həmkarlar İttifaqına sədr qoyub. Amma çox keçmədən korrupsioner nazirlə E.Azayev çox yaxşı dil tapıb. E.Məmmədyarov Xarici İşlər Nazirliyinin vəsaitlərini ABŞ-da yaşayan oğlanlarına daşıyanda, Elxan Azayev də həmin vəsaitləri Moskvaya, oğlu Elman Azayevə yönəldib. Əldə etdiyimiz məlumata görə, Elman Elxan oğlu Azayev 2017-ci ildə Moskva ətrafında yerləşən kiçik Jukovski şəhərində LİNK qeyri-dövlət Beynəlxalq Menrcement İnstititunda təhsil alıb və onu da qeyd edək ki, həmin ildə qəbul olunanlar arasında ən aşağı balı da o toplayıb. Riyaziyyatdan cəmi 27 bal. Lakin atasının imkanları hesabına Elman Azayev 2019-cu ildə “Vahid Rusiya” Partiyasının parlament seçkilərinə Jukovski dairəsindən 1 nömrəli namizəd kimi qatılıb. 1 nömrəli birmandatlı Seçki Dairəsi üzrə “Vahid Rusiya” partiyasından növbəti mərhələdə namizədliyi irəli sürülmək məqsədi ilə namizədlərin əvvəlcədən səsverməsində iştirak üçün əvvəlcədən namizədlərin səsvermə siyahısında onun adı 1-ci yerdə durur. Olqa Puşkaryovanın 24 may 2019-cu ildə facebook-da paylaşdığı “Ya Jukovski” adlı qrupda da siyahı onun adı və soyadı ilə başlayır. Oğlu ardıcıl imperiya siyasəti yürüdən, hətta deputatlarından bəzizsi Bakını bombalamağa çağıran “Vahid Rusiya”çıların sırasında dayanan Elxan Azayev Azərbaycan Xarici İşlər Nazirliyinə hansı xeyri verə bilərdi? Əlbəttə, heç bir xeyri! Amma buna baxmayaraq R.Mehdiyevin himayəsi sayəsində bu adamın bir əli Latın Amerikasına, o biri əli uzaq Afrikanın Ser Leona- Fritaun şəhərinə gedib çatırdı. Baxmayaraq ki. Bu adam Xarici İşlər Nazirliyində konkret olaraq Avropa ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri postunu tutub.
Elxan Azayev qohumu Çngiz Ağayev adlı şəxsi də onun biznes işini idarə etmək üçün bir müddət Fritauna ezam etmiş və orada qiymətli daşların emalı zavodu tikməklə məşğul olmuşdur. Deyə bilərsiniz, Xarici İşlər Nazirliyi hara, Fritaunda Qiymətli daşlar zavodu hara. Ümumiyyətlə, Elxan Azayev daş və qumu
həmişə diplomatoyadan üstün tutub. Vaxtilə Qubada çaylardan “rigl” və qumların da Bakıya satış məqsədilə daşınmasına da o, rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə, “Quba karxana əməliyyatında” da E.Azayevin yuxarıda adını çəkdiyimiz qohumu Çingiz Ağayev onun iş icraçısı olub və fəhlələrə əməllicə atıb. Deyilənə görə, hətta bir müddət telefonunu da bağlayıb ki, fəhlələr onu
tapmasınlar.
Əlbəttə, E.Ağayevin Fritaunda təşkil etdiyi biznesinin nazir Elmar Məmmədyarovdan, onun özündən və onların Prezident Aparatındakı himayədarlarından başqa heç bir kimsəyə, o cümlədən Azərbaycan dövlətinə bir qara qəpiklik xeyri dəyməyib. Amma zavodun tikinti, nümayəndənin gedib - gəlmə xərclərin hamısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin büdcəsindən
ödənilib.
Təbii ki, E.Azayevin “bisnes bacarığı” onun getdikcə E.Məmmədyarova və nazirlikdə at oynada Canəhmədovlara daha da yaxınlaşmağa imkan vermişdir. Nəticədə çox keçmədən ömründə bir gün belə diplomatik işdə çalışmayan E.Azayev Azərbaycan dövlətinin strateji marağında olan Avropa ölkələri üzrə
kurator vəzifəsinə təyin olunub. Vəzifə təsadüfən seçilməmişdi, həmin dövrdə Azərbaycan hökuməti Qarabağ məsələsi ilə bağlı Avropa parlamentariləri ilə isti münasibətlər qurmağa çalışır və bu iş üçün böyük məbləğdə vəsaitlər ayırılırdı. Həmin vəsaitlər Xarici İşlər Nazirliyinin Maliyyə Şöbəsinin rəisi olan Lamiyə Canəhmədovanın nəzarəti altında mənimsənilirdi. O, pulun bir hissəsini Amerika, bir hissəsini isə Avropa ölkələri üçün sənədləşdirir, Amerika üçün ayrılan vəsaiti əri, XİN-in ABŞ ölkələri üzrə idarəsinin rəisi Anar Canəhmədovun və digər hissəsini isə Avropa üzrə kurator Elxan Azayevin adı ilə mənimsəiyirdi. Deyilənə görə, büdcədən Xarici İşlər Nazirliyi üçün ayrılan vəsaitin 20 faizini E.Məmmədyarov özü götürürmüş. Buna görə də xaricdəki səfirliklərimiz uzun illər maliyyə qıtlığı içində yaşadıqlarından bir iş görə bilməyiblər. Qərb ölkələrində lobiçiliyə can atan Azərbaycan hökumətinin xərclədiyi milyonlar bu cür tamahkar, acgöz “diplomatlar” tərəfindən mənimsənildiyindən dünyanın bir çox ölkələri bizim ədalətli müharibəmizi dəstəkləmədi.

Ona görə də Azərbaycan Prezidenti 2020-ci il iyulun 16-da yeni XİN naziri C.Bayramovu qəbul edərkən demişdi: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var”.

Həmin adamların önündə isə Elmar Məmmədyarovun sevimlisi Elxan Azayev və Canəhmədov ər-arvadı gedirdi. Əslində, nazirlikdə uzun müddət maliyyə maxinasiyaları aparan şəbəkənin nüvəsində E.Məmmədyarovun birbaşa özünün rəhbərlik etdiyi bu 3-4 nəfər olmuşdur. Onların ən əsaslarından biri olan, Rusiyada siyasi liderlərlə bağlı elm iş müdafiə edərək “alim” adını qazanan nazirliyin yetkisi Elxan Azayev E.Məmmədyarov və Canəhmədovların etmadını doğrultduqdan sonra ona daha bir vəzifə etibar edilmişdi. Tikinti biznesinə nüfuz etmək. Elxan Azayev 2008-ci ilin sentyabrında 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata aldırdığı şirkəti “Diplomat-2008” adlandırır. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman
Rüstəm küçəsi ev 33 A, 53-də (XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüz) yerləşən şirkətin tikdiyi binaların xərcinin yarısından çoxunu, hətta bəzi iddialara görə, 75 faizi XİN-in büdcəsindən ödənildiyi halda satışdan əldə olunan vəsait “buxarlanıb”. "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativinin məqsədi XİN-nin hesabına guya səfirlərə bina tikmək olub. Şirkət XİN-in arxasında, “Nizami” metrosu yaxınlığında, M.İbrahimov 53-də 20 mərtəbəli, “Ağ şəhər”də Birinci fəvvarə küçəsində yeddi bloklu başqa bir bina tikmişdir. Birinci adını çəkdiyimiz binada 166 kv. mənzilin qiyməti 600 min manat olmuşdur. Maraqlıdır ki, həmin binalardakı mənzillərdən yalnız 9-da diplomatlar yaşayır. Qalanını isə imkanlı adamlar alıblar. Təbii ki, həmin sırada Canəhmədovların və E.Azayevin 3-4 mənzilini də qeyd etməliyik. Hər nə olur olsun, mənzil məsələsini başa düşürük, amma “Diplomat-2008”-in Sumqayıtda ticarət mərkəzi tikməsini anlamaq olmur.
Yəni bazarın XİN-ə nə aidiyyatı?

Amma bu da anlaşılandır, kişilər pul qazanmaq istəyib. Qəribəsi odur ki, başdan-ayağa korrupsiya, rüşvət girdabında boğulan Elxan Azayev 2012-ci ilin iyul ayında nazirin təqdimatı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsinə layiq görülüb. Görünür, elə bu cəzasızlıq onu daha da ruhlandırıb. Hətta mənzillərin satışı yekunlaşdıqdan sonra da binadakı evləri alan və borcunu ödəmiş insanlara məktub göndərərək yenidən vergi borcu adıyla hər kvadrat metr üçün 40 manat tələb etməyə başlayib.

Ümumiyyətlə, dünya diplomatiyası adına ləkə ola biləcək bu şəxslərin hələlik heç birisi layiqli cəzasını almayıb. E.Azayevin sonrakı fəaliyyəti barədə növbəti yazımızda.

“Gündəm Xəbər”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru