"Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                     Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu .....                     “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır .....                     Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                     İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... .....                     Azərbaycanda qiyabi təhsil ləğv edilir? .....                     Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq .....                     "Biz bu əşyaları konfet kağızına almırıq..." .....                     Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? .....                     Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... .....                     Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... .....                     “Onlara ağsaqqal, ağbirçək demək olmur“ .....                     ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb .....                     Ağsu RQİİ-də vəzifə saatla olur?  .....                     KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... .....                     Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... .....                     " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" .....                     Türkiyə parlamenti hansı addımı atacaq?.. .....                     Məsələ miqrantların çoxluğunda deyil... .....                     "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? .....                     Məleykə Abbasazadə iradları dinləmək istəmir .....                     Paşinyanın “sülh baxışları” .....                     Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu .....                     “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” .....                     UNEC-in tenderini udan şirkətin vergi borcu varmış .....                     İsrail Türkiyə ilə savaşın qoxusunu alır .....                     ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib .....                     Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? .....                     44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə .....                     ABŞ İranın 7 şərtini yerinə yetirməlidir .....                     "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..." .....                     "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu .....                     Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? .....                     İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                 

Türkiyə seriallarının dublyajına nə hacət – Üstəlik, daha bərbad günə salırıqsa
Tarix: 9-11-2020, 08:28 | Çap et
Türkiyə seriallarının dublyajına nə hacət
Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ), yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə, 2020-ci il sentyabr 1-dən etibarən, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının, bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul edib. Qərara əsasən, əcnəbi seriallar, yalnız saat 23:00-07:00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna bilər. Bundan əlavə, həftə ərzində hər bir yayımçının 07:00-22:00 arası vaxt aralığında iki saat əcnəbi serial yayımlaması mümkündür.

Artıq bir sıra ölkələrin teleserialları dublyaj olunmuş versiyada yayımlanmağa da başlayıb. Serialları yerli televiziyalarda yayımlanan ölkələrdən biri də qardaş Türkiyədir. Təbii ki, əcnəbi serialların Azərbaycan dilinə dublyaj olunması mütləqdir. Vaxtilə Azərbaycan teleməkanında yayımlanan və üstünlük təşkil edən Hindistan, Braziliya və s. kimi serial bazarında rəqabət aparan ölkələrin seriallarının ana dilimizdə yayımı tələbi tam doğrudur.

Lakin serial və kino həvəskarlarının iradları Türkiyə seriallarının Azərbaycan dilinə dublyaj olunması ilə bağlıdır. Çünki serial həvəskarları onsuz da bu serialları, xüsusən də texnologiyanın əlçatan olduğu indiki zamanda, orjinal formada rahatlıqla izləyə bilirlər. Çünki Azərbaycan tamaşaçası Anadolu türkcəsini böyük ölçüdə başa düşür. Belə olan halda isə dublyaj həm serialın effektini itirir, həm də qeyri-ciddi təəssürat yaradır. Ona görə də tamaşaçılarda həm televiziyalara qarşı tənqid yaranır, həm də seriallara qarşı biganəlik. Ki, bu da serial bazarında rəqabətdən daha çox seriallardan imtina etməyə yol açır.

AYNA sözügedən vəziyyətlə əlaqədar olaraq mütəxəssislərin mövqeyini öyrənib.

Media eksperti Rizvan Qənbərli Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini bir-birindən ayrılmayacaq dərəcədə eyni dil olaraq qəbul edir: “Ona görə də burada tərcümə yox, uyğunlaşdırmaqdan söhbət gedə bilər. Uyğunlaşdırma üçün də, adətən dublyaja ehtiyac olmur. Dolayısı ilə xarici dildə hər hansı bir materialı izləmək üçün o dili öyrənmək kimi bir prosesdən keçmək məcburiyyəti yoxdursa, demək, o dili xarci dil kimi qəbul etməməliyik. Məsələn, ingilis dilində, rus dilində hər hansı bir media məhsulunu başa düşmək üçün o dilləri öyrənməyə ehtiyac var. Amma Türkiyə türkcəsində hər hansı bir filmə, yaxud videomateriala baxıb anlamağımız üçün Türkiyə türkcəsini öyrənməyə ehtiyac yoxdur. Bizim işimizi belə məqamlarda çətinləşdirən, sadəcə uyğunlaşdırma məsələsidir. Ona görə də uyğunlaşdırma ilə tərcüməni bir-birindən ayırmaq lazımdır”.

“Daha əvvəllər də Türkiyəyə məxsus filmlərin dublyaj və tərcümə ilə verildiyinin şahidi olmuşam. Həmin filmlərdə orjinallığın itməsi bir yana, dialoqlar, mətn və s. işlərin də keyfiyyəti aşağı düşür. Çünki orada tərcümə deyil, uyğunlaşdırma olduğu üçün Türkiyə türkcəsində səslənən müəyyən cümlələr Azərbaycan dilinə uyğunlaşdırıldığı zaman eyni effetki almaq olmur və belə olan halda da işin keyfiyyətində problem yaranır. Ümumiyyətlə, Türkiyə teleməkanı Azərbaycan tamaşaçısının ayrılmaz hissəsidir. Ən çox izlədiyimiz televiziya kanalları da istər incəsənət, istərəsə də xəbər-informasiya məhsulları baxımından, məhz Türkiyə kanallarıdır. Ona görə də tərcüməyə və uyğunlaşdırmaya ehtiyac olduğunu düşünmürəm. Bu, mənə görə doğru deyil və bunu digər dillərdə olan məhsullardan ayırmaq lazmdır”, - Qənbərli bildirib.

Kino və televiziya rejissoru Röyal Əliyev, əvvəlcə qərarın nə üçün yenidən qəbul olunmasına diqqət çəkib: “Bir müddət əvvəl yerli teleserialların inkişafı üçün dövlət büdcəsindən pul ayrılmış, əcnəbi serialların yayımlanmasına ehtiyac olmadığı bildirilmiş və yerli serilların çəkilişinə təkan verilmişdi. Lakin bir-iki serial istisna olmaqla, demək olar ki, keyfiyyətli məhsul ortaya qoyulmadı. Gah mövzu seçimi uyğun olmadı, gah aktyor seçimi düzgün aparılmadı, gah da texniki baxımdan çatışmazlıqlar oldu”.

“Bundan əlavə, bir serialın çəkilməsi üçün müəyyən məbləğdə vəsait ayrılsa da, həmin seriala həddindən artıq az xərc çəkilirdi. Mənimsənən məbləğlərin isə hara və necə yoxa çıxması ilə bağlı heç kim maraqlanmırdı. Belə olan məqamda isə təcrübəsiz və təsadüfi serial heyəti seriallara kimi gəldi, çəkməyə başladı. Bu xətlə çəkilməyə başlayan və davam edən seriallarla isə nə Milli Televiziya və Radio Şurası, nə də digər müvafiq qurumlar maraqlandı. Bu özbaşınlığın tüğyan etdiyi zamanda seriallara ayrılan vəsait dayandırıldı. Çünki ayrılan vəsait rejissorların özlərini doğrultması, formalaşdırması və özlərinin sərbəst fəaliyyətə başlaması üçün idi. Beləliklə də, hər şey o qədər formal oldu ki, büdcəni dağıtdılar və kanallarda efir yerləri boş qaldı”, - o bildirib.

“Əvvəllər televiziyalar dövlət hesabına 3-4 serial çəkdirib, efiri doldururdu. Bundan sonra isə seriallar çəkilmədi və bazar öldü. Televiziyalarda da seriallar üçün ayrılmış efir saatları boş qaldığı bir maqamda, kənardan müxtəlif illərə məxsus köhnə seriallara müraciət edilməyə başlandı. Halbuki, o serialların mövzuları bu gün üçün heç bir uyğunluq təşkil etmir. Sadəcə efir xətrinə və boşluğu doldurmaq üçün görülən bir işdir”, - Əliyev vurğulayıb.

Mütəxəssisin fikrincə, bütün bunlar tamaşaçını efirdən uzaqlaşdırmaq məqsədi daşıyırdı: “Düzdür, tamaşaçı onsuz da efirdən uzaqlaşmışdı və xarici ölkələrin məhsullarını izləyirdi. Kanal rəhbərləri də elə düşündülər ki, xarici serialları tərcümə etməklə, tamaşaçını efirə qaytaracaqlar. Lakin planlaşdırılmış efir siyasəti Azərbaycan tamaşaçısını öz televiziyasına nifrət etməyə yönəlmişdi və həmin o siyasət bu gün özünü doğruldur”.

Rejissor xarici serialların keyfiyyətisz dublyaj olunnmasını da tənqid edib: “Dəfələrlə şahid olmuşam ki, bəzən hansısa xarici serialı dublyaj edərkən, bir neçə dəqiqə dublyaj olunmayıb və köhnə serialardan olan dialoqları kəsib, əlavə ediblər. Yəni, kim harada nə danışır danışsın, fərqi yoxdur, iş ortaya çıxsın. Bunun da səbəbləri var. Çünki işi görənlər tərcüməyə pul xərcləmək istəmirlər. Ona görə də tərcüməsi asandır deyə, Türkiyə seriallarını tərcümə və dublyaj edib efiri doldurmağa başladılar”.

“Digər tərəfdən, düşündülər ki, Türkiyə seriallarını olduğu kimi efirə versələr, onların fəaliyyətini sorğulayacaqlar. Axı, dövlət bu serialların tərcüməsi və dublyajı üçün pul ayırıb. Onlar da pul əldən çıxmasın deyə, Türkiyə seriallarını tərcümə etməyə başladılar. Düşünürəm ki, seriallar peşəkarcasına dublyaj olunacaqsa, olunsun. Əks halda buna ehtiyac yoxdur. Hətta, bir müddət əvvəl gülməli bir iş də görmüşdülər. Belə ki, Kamal Sunalın filmlərində bütün akyorları dublyaj etsələr də, Kamal Sunalın (Şabanın) səsini dublyaj etmirdilər. Çünki keyfiyyət itməsin deyə, tərcümə etmirdilər. Demək, tamaşaçı necə sevirsə, elə də etmək lazımdır”, - Əliyev qeyd edib.

O, dublyaj aktyorlarının işinə də kölgə salmağın da tərəfdarı deyil: “Ona görə də orta xətti tapmaq lazmdır. Orta xətt isə odur ki, tamaşaçıların qulağına möhürlənmiş səslər, gözlərinə möhürlənmiş obrazlar ya olduğu kimi saxlanılsın, ya da orjinaldan yaxşı təqdim edilsin. Yox, formal xarakter daşıyacaqsa, gülüş doğuracaqsa, o zaman lazım deyil. Bunun üçün də nəzarət güclənməlidir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
• Yeni səhiyyə naziri bunları NƏZƏRƏ ALARSA... - AKTUAL
Bu gün, 05:59
• " “Məkka Anlaşması” işə düşsə, ən böyük zərbəni kimlər alacaq?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:49
• Türkiyə parlamenti hansı addımı atacaq?.. - YENİ DÖNƏM ASTANASI...
Bu gün, 05:45
• Məsələ miqrantların çoxluğunda deyil... - AKTUAL
Bu gün, 05:40
• "Zəhməti çox, xeyri yox": Azərbaycan fermeri buğdadan niyə soyuyur? - AKTUAL
Bu gün, 01:34
• Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 01:32
• Paşinyanın “sülh baxışları” – Baş nazir gələcəyi necə görür?
Bu gün, 01:29
• Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu - ƏMR
Bu gün, 01:25
• “Azərbaycan-Türkiyə münasibətlərinin 95 faizində heç bir problem yoxdur” - AKTUAL
Bu gün, 01:20
• UNEC-in tenderini udan şirkətin vergi borcu varmış - FOTOFAKT
Bu gün, 01:16
• İsrail Türkiyə ilə savaşın qoxusunu alır – Netanyahudan kritik Ərdoğan açıqlaması
Bu gün, 01:13
• ABŞ hərbi gəmiləri Hörmüz boğazından geri çəkilib - SEPAH sözçüsü
Dünən, 23:57
• Aqrar Xidmətlər Agentliyi 29 min manat vergi borcu olan şirkətlə tender müqaviləsi bağlayıb? - FOTO
Dünən, 23:54
• 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 23:51
• ABŞ İranın 7 şərtini yerinə yetirməlidir - Qalibaf
Dünən, 22:51
• "Valideynlərimi yoxlatmışdım, ciyərləri təmiz idi..."
Dünən, 22:49
• "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu - ƏMR
Dünən, 22:48
• Buğda idxalında Rusiyadan asılılıq artır: ərzaq təhlükəsizliyimizə risk? - BELƏ HARA GEDİRİK?
Dünən, 22:43
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Dünən, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Dünən, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Dünən, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Dünən, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Dünən, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Dünən, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Dünən, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Dünən, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Dünən, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Dünən, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Dünən, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru