"Atam dünyasını dəyişdi, ev də həmin qadına qaldı"
Tarix: 8-03-2023, 09:27 | Çap et
 “Atamın 60 yaşı olanda mən anadan olmuşam. O vaxta kimi atam ailəyə soyuq yanaşıb. Mən doğulandan sonra evə qarşı istiqanlı olub. Onunla bağlı xoş xatirələrim çoxdur. Bağda yaşayırdıq, gələndə hər şey alıb gətirirdi. Hətta üzüm də alırdı. Anam deyirdi ki, üzümü neynirsən? Deyirdi ki, “yox qoy yesinlər, iki övladım var, ikisi də mənə əzizdir”. Yaşlı vaxtında tapmışdı bizi. Bizə can yandırırdı. Pulsuz gedirdi, bir də görürdün ki, bir maşın yemək, cibində çoxlu yüzlüklər gətirdi. Məzar daşlarına şeirlər yazanda ona yaxşı hörmət edirdilər. Bu yadıma gəlir ki, arxasınca bağa qədər gəlib, gözləyirdilər. Atam təsr idi, dedi yox, demək ki, yox. Ürəyiyumşağlığı da var idi. Bir dənə qarışqanı da basdalamazdı ki, onun da canı var” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib.
“Mən doğulanda deyiblər ki, qızın olub. Deyib ki, “taleh mənə vermişdi biz oğlan, bir qız. Qızım Firəngizdir, oğlum da Ramiz”. Deyib ki, ona Firəngiz adını verirəm. Qardaşım Ramizlə məni çox istəyirdi. Həmişə deyirdi ki, “Ramiz, sən mənim oğlumsan. Nəsil bə nəsil sən çörək yeyəcəksən”. O öncədən bilirdi ki, öləndən sonra biz onun pensiyasını yeyəcəyik. Sovet dövründə atamın şeirləri oxunanda da bizə pul gəlirdi” deyə qəzəlxanın qızı deyib. Firəngiz xanım atasının bir qadınla olan münasibətindən də danışıb.
“Anam o vaxt ona çox naz atıb. 29 yaş anam atamdan kiçik olub. Anam danışırdı ki, onun şairliyinə, dahiliyinə heyran idim. Atam da Polşaya gedəndə orada Fedya adlı Polyak qızı ilə tanış olub. Fedyanı Bakıya gətirib, o biri küçədə onun üçün ev də almışdı. Mən də o evə gedib-gəlmişəm. Sonra atam öləndə o qadın gəldi, anama dedi ki, niyə ağlayırsan? Sənin heç olmasa övladların var, məndə heç kim yoxdur”. Atam deyirdi ki, o evi qardaşımın adına salacaq, amma edə bilmədi. Atam öləndə qardaşım 10-cu sinifdə oxuyurdu. Atam dünyasını dəyişdi, ev də həmin qadına qaldı” deyə o bildirib. Firəngiz xanım atasının daim övladlarını qoruduğunu bildirib.
“Bağa bizi mayın 9-da köçərdik. Biz maşın tutardıq, bütün yükümüz gedirdi. Anama deyirdi ki, “qızı incitmə, çünki qız kəsikdir, ancaq oğlan yox”. Anam deyib ki, “Ramiz yorulub Firəngizin dərslərini etməkdən”. Deyirdi ki, “Şəhrəbanu, səni and verirəm Allaha onu vurma”. Atam şeirlərini toplamayıb, harda gəldi yazıb atırdı. Çay kağızına, adi kağıza. Qardaşıma şeir deyəndə deyirdi ki, yazdın? Qardaşım deyirdi ki, “de yazaram”. Deyirdi ki, “daha o getdi, ağlıma gəlməyəcək” deyə Firəngiz xanım bildirib. Firəngiz xanım atasının ölümündən də danışıb.
“Atam Mərdəkanda yatırdı, orada da rəhmətə getdi. Səhər bizə xəbər gəldi ki, Vahid ölüb. 1965-ci il, oktyabrın 30-u idi. O günü sanki qəmə batmışdıq, adama hiss gəlirdi də. O gün nə televizor açdıq, nə də ki, başqa şey. Sən demə həmin gecə artıq atam keçinmişdi. Ayın 1-də bir kişi gəldi bizə, “Leçkomissiya”-nın üzvü idi, qorxa-qorxa dedi ki, “atan ölüb”. Anam ağlamağa başladı, sonra evə adamlar gəldi. Sən demə hamı bilirdi. 3 gün cənazəni evdə saxladıq. Anama demişdi ki, “məni orkestr ilə yox, islam dininin qayda-qanunları ilə basdırın”. 3 gündən sonra Fəxri xiyabanda dəfn etdilər. Bilirsiniz nə qədər adam var idi? Atam camaatın çiynində gedirdi. Uşaq idim, ağlım kəsmirdi, sevinirdim ki, nə yaxşı qonaqlar gəlib bizə, daha bilmirdim ki, atam rəhmətə gedib. Mən onun yoxluğuna hələ də inana bilmirəm. Atam üçün bilirsiniz, nə qədər oturub ağlayıram evdə tək olanda? Ata çörəyi çox yemədim. Mən ona heyfslənirəm ki, kaş bir az yaşayardı. 4-cü sinifdə oxuyurdum, atam getdi qaldım anamın ümidinə. Hara gedirəmsə Əliağa Vahidin qızı olduğumu bilib xoş sifət göstərirlər. Deyirlər ki, “orada yox, burada otur”. Yenə də nə çörək yeyirəmsə, onun adı ilə bağlıdır” deyə qəzəlxanın qızı deyib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Bu gün, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58 |
|
|
|
| • Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52 |
|
|
|
| • Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15 |
|
|
|
| • “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10 |
|
|
|
| • XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07 |
|
|
|
| • Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03 |
|
|
|
| • “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02 |
|
|
|
| • “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50 |
|
|
|
| • Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44 |
|
|
|
| • Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40 |
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
|