İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Tarix: 22-02-2025, 09:47 | Çap et
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi"
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli sənətkar, Xalq artisti Rafiq Əzimov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rafiq müəllim, fevralın 6-da 87 yaşınız tamam oldu. Bildiyimiz qədərilə rəsmi sənədlərdə doğum tarixiniz fevralın 4-dür...

- Bəli, şəxsiyyət vəsiqəmdə doğum tarixim fevralın 4-ü qeyd edilib. Amma anam hər zaman deyərdi ki, sən ayın 6-da anadan olmusan. Anadan olduğum tarix doğum haqqında şəhadətnamədə səhv yazıldığına görə bütün sənədlərdə də bu səhv təkrarlanıb. Məni doğum günüm münasibətiylə həm ayın 4-də, həm də 6-da təbrik ediblər...

- 87 il sağlam yaşamaq və fəaliyyət göstərmək necə bir hissdir?

- Mən sənətimə o qədər vurğunam ki! 1962-ci il sentyabrın 10-dan Mədəniyyət Nazirliyinin təyinatı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıram. Bu gün də qeyd etdiyiniz kimi fəaliyyətdəyəm. Teatrın repertuarında varam, "Xurşidbanu Natəvan", "Qarabağnamə", "Dəli yığıncağı", "Ölülər" və sair tamaşalarda oynayıram.

Yaxın günlərdə böyük dramturq Elçin Əfəndiyevin teatrımıza təqdim etdiyi "Baş" romanı əsasında tamaşa hazırlanacaq. Tamaşada baş rol mənə həvalə edilib. Bununla yanaşı, qastrol səfərlərində oluram. Yaşıma baxmaraq, bu gün də teatrda fəaliyyətimi davam etdirirəm. Necə cavanlıq illərimdə fəal idim, indi də eləyəm. Bir saat belə işimdən, sənətimdən ayrılmamışam.

Bizə "köhnə məktəb"in nümayəndələri deyirlər. Hara dəvət edilərəmsə, zamanından tez gedirəm. Biz elə tərbiyə almışıq ki, nə gecikmək, nə də təxirə salmaq olmalıdır. Buna görə də 87 yaş məni qəti qorxutmur. Allah nə qədər ömür veribsə, teatrda necə fəaliyyət göstərmişəmsə, o cür də davam etdirirəm. Kollektivdə hamı məni hörmətlə qarşılayıb, hörmətlə yola salır. Mən bunu qazanmışam...

- Sağlam yaşamaq üçün hansısa prosedura, qaydaya əməl edirsiz?

- Mənə ömür-gün yoldaşım çox gözəl baxır. Onunla institut illərində tanış olmuşam. Mən dördüncü kursda oxuyanda o, birinci kursda oxuyurdu. İlk baxışdan ona vuruldum və ailə qurdum. Bu sağlam ailədən iki oğulumuz var. Hər oğlumun da iki oğlu var. Bir nəticəm böyüyür.

Həyat yoldaşım hər zaman mənim üzərimdə əsir. Yaşla əlaqədar yüksək təzyiq, şəkər xəstəliyi ilə bağlı problem yaşayaramsa, vaxtında dərmanımı verir.

Qidama da diqqət yetirirəm. Həyat yoldaşımla bir-birimizə qarşı çox həssasıq. Dövlətimizin və teatr rəhbərimizin də diqqətini qeyd eləməliyəm. Yaşlı nəsil nümayəndələrindən çox deyilik, iki-üç nəfər qalmışıq. Çoxu haqq dünyasındadır. Çalışırıq ki, Allah nə qədər ömür payı veribsə, özümüzü qoruyaq - səhnədə də, həyatda da.

- Oğlunuz Eldar Əzizov "Azərterminalkompleks" Birliyinə direktor müavini təyin edilib.

- Bəli, böyük oğlum Eldar "Azərterminalkompleks" Birliyinin direktor müavinidir, kiçik oğlum isə bizneslə məşğul olur. Onun oğlunun biri "Kapital Bank"da, digəri isə Səhiyyə Nazirliyində çalışır. Oğlum Eldar filmə də çəkilib. 1969-cu ildə "Leninqradfilm"in istehsalı olan "Mənim əziz atam” filminə 4 yaşlı oğlumla birlikdə çəkilmişdim. O filmə təsadüfən dəvət almışdım.

Bura məşqə gələndə filmin 2-ci rejissoru mənə bu rolu oynamağı təklif etdi. Ssenarini oxudum, hətta öz obrazımla bağlı bəzi iradlarım da oldu, rejissor və ssenaristlə birgə düzəlişlər etdik. Bakıda çox maraqlı, xatirələrimizdə dərin iz buraxmış çəkilişlərimiz oldu. Oğlum da yaşının az olmasına baxmayaraq, rolunun öhdəsindən gəlirdi.

Mənim həyat yoldaşım rolunu Əminə Yusifqızı oynayırdı. Həmin filmdə Rusiyanın məşhur aktrisası Lyudmila Qurçenko da rol almışdı. O film mənə çox düşərli oldu. Ondan sonra hər il filmlərə çəkilməyə başladım.

Deməli, Əminə Yusifqızıyla rejissorla görüşə gedirdik. O zaman otaqda "Şurik" obrazını canlandıran Aleksandr Sergeyeviç Demyanenkonu da gördüm. Rolum təsdiqləndikdən sonra rejissor dedi ki, sənin dörd övladın olmalıdır, üç uşaq tapmışıq, biri qalıb. Sən məhəllənizdən bir uşaq tap.

Mən də öz oğlumu çəkilişə apardım, amma bu haqda məlumat vermədim. Dəniz kənarında çəkiliş zamanı rejissor dedi ki, necə edə bilərsən, sənin gətirdiyin oğlan ağlamalıdır. Cavab verdim ki, uşağı vuracam, ağlasın. Rejissor qayıtdı ki, uşağı vurmaq olmaz.

Səhnə çəkiləndə dondurma satanın qulağına pıçıldadım ki, bu uşaq gələndə dondurma vermə. Uşaq dondurma istəyəndə o, dedi ki, sənə dondurma olmaz. Uşaq hönkürtü ilə ağlamağa başladı. Rejissor sevindi ki, səhnə uğurlu alındı. Sonra mənə yaxınlaşdı ki, siz dondurma satana nə dediniz ki, uşağı ağlatdı. Mən ona həqiqəti açıqladım və Eldar Əzimovun oğlum olduğunu söylədim.

Rejissor təəccübləndi və soruşdu ki, mənə niyə öncədən məlumat vermədiniz? Dedim, siz mənə məhəllədən uşaq gətirməyi xahiş etdiniz, düşündüm ki, rol təsdiqlənsin, sonra məlumat verərəm. Beləliklə, oğlum ilk dəfə 4 yaşında filmə çəkildi.

Eldarın çəkildiyi ikinci ekran əsəri isə rejissor Eldar Quliyevin "Ürək... ürək..." filmidir. Orada mərhum xalq artisti Həsənağa Turabovun oğlu obrazını canlandırıb. Üçüncü filmi Tofiq Tağızadənin rejissorluğu ilə çəkilən "Qızıl qaz" filmidir. Həmin filmdə mənimlə yanaşı Şahmar Ələkbərov, Həsən Məmmədov da oynayıb. Oğlum Şahmar Ələkbərovun oğlu obrazını canlandırıb.

Bir xatirəni sizinlə bölüşüm: Şahmar Ələkbərov və Həsən Məmmədov film çəkilişindən öncə Eldarı öyrədiblər ki, sənə çəkiliş üçün göstəriş veriləndə razı olma, filmə çəkilmə. Çəkiliş zamanı gələndə oğlum dedi ki, çəkilmək istəmir.

O zaman 7 yaşı vardı. Mən Eldara dedim ki, niyə çəkilmirsən? Onda Həsənlə Şahmar gülməyə başladılar. Və dedilər ki, biz Eldara filmə çəkil deməsək, o razılaşmayacaq. Soruşdum ki, səbəb nədir? Cavab verdilər ki, film üçün qonorarımızı verməyiblər, ödəniş etsinlər, uşaq da çəkilsin.

Sonra Şahmar və Həsən Eldara gözləri ilə işarə verdilər ki, filmə çəkil. O da çəkildi. Nəhayət, Eldar dördüncü filmə çəkilməli idi. O zaman dördüncü sinifdə oxuyurdu. Eldarla danışdım və dedim, uzun illərdir ki, teatrda işləyirəm. Bu sahənin əzabını da görmüşəm. Aktyorluq sənəti səndən böyük istedad tələb edir. Hansı sahədə fəaliyyət göstərmək istəyirsənsə, o istiqamətə get.

Eldar indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldu. Öz ixtisasına uyğun karyera qurdu.

- Maraqlıdır ki, oğlanlarınız üçün necə ata olmusunuz?

- Mənim oğullarım çox tərbiyəlidirlər. Əgər övladlarımla ünsiyyət qursanız, görərsiniz ki, onlar necə insandırlar... Onlar bu gün də bizim, yəni valideynlərinin üzərində əsirlər, qayğı göstərirlər. Bir balaca başımız ağrıyan zaman narahat olurlar.

Pandemiya dövründə həyat yoldaşımla koronavirusa yoluxmuşduq, heç birini evə buraxmırdım. Bazarlıq edib, qapıdan qoyub gedirdilər. Övladlarımızı niyə virusa yoluxduraq ki? Qızımız yoxdur, gəlinlərim doğma övladımız kimidilər. Gəlinimin biri bankda çalışır. Evlərində nəsə bişirən kimi tez bizə də göndərirlər.

Hazırda Prezident İlham Əliyevin bağışladığı mənzildə yaşayıram. Əvvəl ulu öndər Heydər Əliyev dördüncü mikrorayonda mənzil bağışlamışdı. Həmin binada mərhum aktyorlar Yaşar Nuri, Səməndər Rzayev, Əliabbas Qədirovla qonşu idik. Onlar evlərini təmir elətdirib, məndən mənzillərinə öncə köçmüşdülər. Məndə kiçik məsələlər var idi, onu düzəltmək üçün bir az sonra mənzilə köçdüm. Bir erməni santexnik usta kranı evimdə açıq qoyub getmişdi. Su Yaşar Nurinin evinə axmışdı.

Gecə həyat yoldaşımla suyu təmizlədik. Düşündük ki, indi Yaşar Nurinin ailəsiylə mübahisə başlayacaq. Gecə saat 1-in yarısında Naşar Nuri evimə gəldi. Qapını açdım və gördüm ki, Yaşar Nuri gülür. Əlində bir şüşə konyak, meyvələrlə gəlmişdi. Dedim, Yaşar, söyməyə gəlmisən. Cavab verdi ki, yox, vurmağa gəlmişəm. Qonşu qonşunun başına su tökmədi nə ləzzəti?

Bunu Yaşar Nuri ölənə qədər danışırdı. Mən də hər söhbət düşəndə danışıram.

- Dünyasını dəyişən həmkarlarınızdan ötrü darıxırsınızmı?

- Çox böyük sənətkar idilər, indi sağıma-soluma baxıram, onları görmürəm. Səməndər Rzayev, Yaşar Nuri, Həsənağa Turabovun nə yaşı var idi ki, haqq dünyasına qovuşdular? Azərbaycan teatrının sütunları idilər. Həmişə onların intizarını çəkirəm. Bu gün yaşasaydılar, Azərbaycan mədəniyyətinə töhfələri daha çox olardı. Onların yoxluğuna heyifsilənirəm, qəhərlənirəm.

- Bugünkü gənc aktyorlara nə kimi tövsiyələr verərdiniz? Hər dövrün öz çətinlikləri olsa da, sənətə sadiq qalmaq üçün nələr önəmlidir?

- Hazırda çox istedadlı gənclərimiz var. Düzdür, kino sahəsində əskik tərəflərimiz də az deyil. Kino xalqın mədəni sərvətidir, Azərbaycan kinosunu dünyaya çıxarmaq lazımdır. Təəssüf ki, indi kinomuz əvvəlki səviyyədə deyil. Biz sənətimizin intibah dövrünü yaşadıq.

İndi yaşlı nəsildən bir neçə nəfər qalmışıq. Tamaşaçılar bizə müraciət edirlər ki, filmlər niyə çəkilmir? Onu da deyim ki, tamaşaçının zövqünü korlamaq olmaz. Xəzər TV-də yayımlanan "Komedixana" verilişini bəyənmirəm. Özləri baxıb, özləri gülürlər. Onların içərisində yaxşı aktyorlar da var, amma bir güllə bahar olmur.

Bizim xalqımız istedadlıdır. Yaşlı sənətkarlarımızın hər biri məktəb idi. Onlardan çox şey öyrənmişdik. Belə bir atalar sözü var: Su gələn arxa bir də gələr. Arxayınam ki, bundan sonra da istedadlı sənətkarlarımız yetişəcək. Onlara imkan vermək lazımdır, onları qocaltmaq lazım deyil. Qoy gənc ikən öz istedadlarını mümayiş etdirsinlər. Biz istedadlı gəncləri dəstəkləyirik və müəyyən orqanlara müraciət edirəm ki, teatr, kino, mədəniyyət sahəsi daha yüksək səviyyədə inkişaf etsin.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, teatrda rejissorun sizdən xoşu gəlmədiyinə görə obrazınızı başqa aktyora verib. Bu, nə zaman baş verib və belə bir şey indi də davam edirmi?

- Xeyr, mən elə deməzdim. Rejissorun özünün yanaşma üslubu var. Məsələn, mən birinin xoşuna gələ, digərinin xoşuna gəlməyə bilərəm. Deməli, Ələsgər Şərifovun quruluşunda “Cehizsiz qız”da Karandışev rolunda İsmayıl Osmanlı çıxış edib. O rolu mənə etibar etmişdilər. Tamaşanın rejissoru mənim oyunumu bəyənmirdi. Bunu birbaşa da söyləmirdi.

Amma münasibətdən görürdüm ki, mən digərlərinə nisbətən kənarda qalıram. Əvvəllər rol bölgüsü haqqında divarda məlumat yerləşdirilirdi. Mən siyahıya baxanda gördüm ki, adım üçüncü sırada qeyd edilib. Həmin an çox təəccüblənmişdim ki, məni bəyənməyən rejissor baş rollardan birini mənə verib. Sonra Ələsgər Şərifov mənə dedi ki, teatrda çox aktyor axtarıb, amma Karandışevi heç kimdə görməyib. Məni o cür kəşf etdi və sonra nə qədər tamaşalarda rollar canlandırdım.

Bu kimi hallar da yaşamışıq. Bir də görürsən ki, rejissor sənə inanmır, amma sən onun öhdəsindən gələ bilirsən. "Cehizsiz qız" tamaşasında tərəf-müqabillərim Amaliya Pənahova, Məlik Dadaşov, Rafael Dadaşov, Səməndər Rzayev, Nəcibə Məlikova kimi sənətkarlar idilər.

- Sizi bu sənətə yönəldən ən böyük amil nə oldu?

- Mən Dram Teatrına qədəm qoyduğum illərdə epizodik rollardan baş rollara vəsiqə aldım. Çünki mənə tezliklə inam yarandı. Məşhur aktyorlarla – Ağadadaş Qurbanov, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli kimi sənətkarlarla tərəf-müqabil oldum. Elə sənətkarlarla eyni səhnəni bölüşmək hər gənc aktyora nəsib olmur.

- Arzusunda olduğunuz obraz varmı?

- Bəli, arzusunda olduğum obraz var, indi gözləyirəm. Çox böyük sevinclə Elçin Əfəndiyevin "Baş" romanı əsasında Mehriban Ələkbərzadənin rejissorluğu ilə hazırlanan tamaşada rol alacam.

- Hazırda teatrda vəziyyət necədir? Bir neçə gün əvvəl xalq artisti Əli Nur ilə aktyor Cavid Novruz arasında qalmaqal yaşandı. Ümumiyyətlə, gənc nəsillə yaşlı nəsil arasında münasibət necədir?

- Yaşlı və gənc nəsil bir-birinə hörmət etməlidirlər. Nə Əli Nur, nə də Cavidan Novruzun fikri ilə razıyam... İnsan dostuna, çalışdığı doğma teatrına hörmət etməlidir. Kənar şəxslərin müdaxiləsi düzgün deyil. Onların aralarındakı problemi bütün dünyaya car çəkmələrini heç birinə arzulamıram.

Evin içində söz-söhbət ola bilər, amma bunu ətraf bilməməlidir. Biz teatrda bir ailəyik. Xüsusilə, bu, sənət adamlarına yaraşmaz. Camaata qalmaqalın nə dəxli var? Sən sabah tamaşaçı qarşısına çıxacaqsan. Səhnədə özündən əvvəl qırğın etdiyin insanla xatırlanacaqsan. Bu olmaz.

Aktyorların ən yaşlısı mənəm, bir dəfə görmüsünüz ki, kiminsə haqqında mediada xoşagəlməz ifadə işlədim? Jurnalistə ilk sualı mən verirəm, soruşuram ki, müsahibənin mövzusu nədir? Əgər mübahisə salmaq istəyirsənsə, mənim ağlım başımdadırsa, yüz il də qalsa, güzəştə getmərəm. Sonra mən ailə üzvlərimin üzünə necə baxa bilərəm? Deməzlər ki, camaat səndən ibrət götürməlidir?..

Onu da deyim ki, "Komedixana"ya və xanımların geyimlərinə baxanda ət tökürəm. Harada bir qüsur görürəmsə, pis oluram. Ayıbdır, olmaz!

- Bundan sonra özünüzə yaşamaq üçün neçə il arzu edirsiniz?

- Daim Allaha dua edirəm. Evdən "bismillah"la çıxıram. İnsanı qoruyan Allahdı. Bu vərdişi balalarıma, nəvələrimə də öyrədirəm. İnsanlarla rəftar etməyi bacarsınlar. Atam mənə deyərdi ki, sənə pislik edənlərə sən yaxşılıq elə. Bu fəlsəfə ilk zamanlar mənə çatmırdı. Amma indi həyatda məni bu fəlsəfə yaşadır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru