İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

Münəvvər Əliyeva "Azdrama"da baş verənlərdən danışdı - "Bu, artıq son həddir"
Tarix: 12-03-2025, 09:38 | Çap et
Münəvvər Əliyeva "Azdrama"da baş verənlərdən danışdı
Akademik Milli Dram Teatrının aktriası, əməkdar artist Münəvvər Əliyeva "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova bu yaxınlarda bədii rəhbər Mehriban Ələkbərzadənin teatra kənardan aktrisa gətirdiyini iddia edərək onlara tamaşada rol verilmədiyini bildirib. Həmkarına dəstək olan əməkdar artist Münəvvər Əliyeva da bədii rəhbərdən şikayətçidir. O, pərdəarxasında çox şeylərin olduğunu deyir...
"DİA-AZ" Münəvvər Əliyevanın Bakupost.az-a müsahibəsini təqdim edir:
- Münəvvər xanım, bugünlərdə bildirmisiz ki, Akademik Milli Dram Teatrında elə vəziyyət yaranıb, desəm öldürərlər, deməsəm ölləm... Maraqlıdır, nə baş verir?
- Bəli, həmkarım Mehriban Xanlarovaya dəstək olaraq teatrımızın repressiya dövrü yaşadığını qeyd etmişəm. 1992-ci ildən teatrda işləyirəm, daim baş rolları oynamışam. Problem “teatrda rol davası edirik” məsələsi yox, pərdəarxasında baş verənlərdir. Teatra rəhbərlik edən şəxs bütün işçilərə qarşı ədalətli olmalıdır. Bütün kollektiv ondan narazıdır, amma təzyiq altında olduqlarına görə susur və susdurulurlar. Görünür, bədii rəhbər rejissor kimi fəaliyyət göstərdiyi illərdə müəyyən məhdudiyyətlər yaşayıb və daxilində hansısa kini qalıb, ona tamaşa hazırlamaq haqqı verilməyib. Yaxud tamaşa qoyulanda məhdudiyyətlə üzləşib. Sanki teatr Mehriban Ələkbərzadənin şəxsi mülküdür.
Bu hal Azər Paşa Nemətovun dövründə də mövcud idi. "Bu, mənim aktyorumdur, yalnız bu aktyorla işləyə bilərəm" kimi yanaşma tərzi hakim idi, indi də bu hal mövcuddur. Halbuki aktyorla rejissor arasında inam olmalıdır. Peşəkar tamaşalar yalnız bu halda meydana çıxa bilər. Mən deyəndə ki, tamaşada filan hərəkəti etmək istəyirəm, fikrim, yanaşma tərzim kobud şəkildə təhqir edilir, "yox, mən dediyimi, hiss etdiyimi hiss etməlisən" kimi cavab verilir. Bu, düzgün yanaşma deyil.
Teatrımızda bu kimi problemlər olub, amma bu dərəcədə yox. Bu, artıq son həddir. Mən heç vaxt görməmişəm ki, bədii rəhbərin otağına gedəndə telefonu katibəyə təhvil vermək tələb olunsun. Bizim əlimizdən telefonumuz alınır. Artıq aktyor dostlarıma da inana bilmirəm. Bir-birinin səslərini qeyd edib bədii rəhbərə çatdırırlar. Çox dəhşətli bir vəziyyətdir. Dost bildiyi, vaxtında evində çörək kəsdiyi insanların belə əlindən telefonunu alır. Deməli, teatra dağıdıcı mövqedə gəlmisiniz.
- Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə teatrda baş verənləri yaşlı və gənc nəsil arasında konflikt kimi şərh edib. Bu haqda mövqeyinizi öyrənmək istərdik.
- Mənim 53 yaşım var. Bu yaşıma rəğmən, səhnədə klassika baxımından hər şeyin öhdəsindən gəlməyə hazıram. Cavan həmkarlarımla yan-yana gələndə heç də onlardan aşağıda qalmayacam. Azər Paşa Nemətovun rəhbərlik etdiyi dövrdə də belə olub.
Biz bədii rəhbərlərə ömürlərimizi verdik. Beş-altı il ömrümüzü veririk, bir tamaşada oynayırıq. Sonra başqası gəlir və eyni situasiya… Azər Paşa Nemətov teatra rəhbərlik edəndə deyirdi ki, sən mənim aktyorumsan, sən isə deyilsən. "Sən Mehriban Ələkbərzadə ilə işləmisən" deyirdi. Bizlərə qapı bağlandı, oturduq, gözlədik. Heç olmasa o zaman sözümü Azər Paşa müəllimin özünə deyə bilirdim.
Ondan sonra bədii rəhbər Mehriban Ələkbərzadə təyin edildi, o da dedi ki, siz mənim aktyorum deyilsiniz, vaxtilə Azər Paşa Nemətovla işləmisiniz... Qəribə bir şərait yaranıb. İndi beş-altı il də Mehriban Ələkbərzadəni gözləyək ki, vəzifəsindən doysun.
Yenə də deyirəm, bizim ömrümüz gedir, sonra da deyirlər ki, yaşlı nəsil cavan nəslə qarşı çıxdı. Özünüz bizi qocaldırsınız. Səsimizi qısırıq.
Gənc nəslə həmişə dəstək olmuşuq. Mən öz paltarlarımı gənc nəslin nümayəndələrinə verirəm. Gənc nəsil-yaşlı nəsil söhbəti teatrda baş verənləri ört-basdır etmək üçündür. Diqqəti yayındırmaq naminədir. Guya gənc nəslə qısqanclıqla yanaşırıq.
Mehriban Ələkbərzadə bədii rəhbər təyin ediləndə dedim ki, teatrda gənc nəsildən heç kəs yoxdur, onları teatra cəlb etmək lazımdır. Artıq 20 yaşında qız obrazı oynaya bilmərəm və heç vaxt da ona can atmamışam.
- Siz Mehriban Ələkbərzadənin quruluş verdiyi hansı tamaşada rol almısınız?
- Mehriban Ələkbərzadənin səs-küy yaratdığı bir çox tamaşalarda rol almışam. "Qatil" tamaşasında Mehriban Ələkbərzadəyə və tərəf müqabilimə də böyük dəstək olmuşam. O dövrdə hər tamaşa belə qarşılanmırdı.
Səhnədə Mehriban Ələkbərzadəyə və sənətimə görə inqilab etdim, tamaşada açıq-saçıqlığa da razı oldum. Rejissorum mənə nə göstəriş verdi, etdim. Heç bir aktrisa səhnədə döyülməsinə, təhqir edilməsinə icazə verməz. Mən tamaşada oynayanda hamı deyirdi ki, hansı ağılla bu cür epizodlara icazə verirsən. Cavab verirdim ki, Münəvvəri yox, obrazı canlandırıram.
- Sizin əvvəllər Mehriban Ələkbərzadə ilə münasibətiniz yaxşı olub...
- Bəli, zamanında münasibətimiz çox yaxşı olub. Sadəcə “Herostratı unudun" tamaşasından sonra problem yarandı. Tamaşanın premyerasına iki saat qalmış səhnədə dialoqumu qısaltmağı təklif etdi.
Niyə belə olmalıdır? O tamaşa hazırlanan zaman Mehriban Ələkbərzadə bədii rəhbər deyildi. Tamaşanın dialoqunu iki saat qalmış necə qısa demək olardı? Mehriban Ələkbərzadəyə dedim ki, siz məni pis vəziyyətə salırsınız. Səhnədə söz fikirləşəcəyəm... Cavab verdi ki, kefim elə istəyir, etməlisən, əks halda işdən çıx.
Axı, mən bu teatra səndən əvvəl gəlmişəm.
- Mehriban Ələkbərzadənin " Herostratı unudun" tamaşasından sonra hansısa tamaşasına dəvət almısınızmı?
- Xeyr. Heç bir tamaşasına dəvət etməyib, oynamayacam da. Onsuz da bilirdim ki, onun bədii rəhbər olduğu dövrdə heç bir tamaşada rol almayacam.
Teatrda Bədii Şura üzvləri dəyişir, heç kimin heç nədən xəbəri olmur. Niyə? Çünki indiyəqədər qoyduğunuz tamaşaları heç kim tərifləmirdi. Hər kəs öz adamını cəlb edir. Teatr günü oldu, öz ətrafınıza aktyor yığın, onlara mükafat verin. Sənət ocağımızda çox böyük ayrıseçkilik var.
- Teatr kollektivinin Mehriban Ələkbərzadənin narazı olduğunu qeyd etdiniz. Amma cəmi bir neçə aktyor öz fikrini deyir...
- Hətta vəziyyət elə hal alıb ki, onun tamaşalarında oynayan aktrisalar da narazılıq edirlər. O gənc aktrisanın teatra gəlməsinin özü də səs-küyə səbəb oldu. Mən bütün kollektivə səsləndim. Ayrıseçkilik edənlərə nə vaxta qədər səbr edəcəyik? Çayxanada baş verən sözləri də bədii rəhbərə çatdırırlar.
Məni teatra heç bir gənc aktrisanın gəlməsi narahat etmir. Biz bilirik ki, teatra gənc aktrisa lazımdır. Bir daha deyirəm, mən gənc aktrisa obrazını oynamaq fikrində deyiləm. Azər Paşa Nemətovun dövründə cəmi bir tamaşada oynadım. Fərəh Əliyeva Azər Paşa Nemətova təklif edəndə ki, bu aktrisaya Xalq artisti fəxri adını verək, o razılaşmadı. Mənə Azər Paşa müəllim fəxri ad verilməsinə mane oldu. Bildirdi ki, o aktrisa ancaq Mehriban Ələkbərzadənin tamaşalarında oynayıb.
- Siz hazırda teatra gedirsinizmi?
- Xeyr, teatra getmirəm. Yalnız tamaşam olanda gedirəm. Üç-dörd gündür ki, əməliyyatdan çıxmışam. Əməliyyata gedəndə belə mənə bildirdilər ki, özbaşınasınız, əməliyyata gedirsiniz? Yalnız ölsəniz, teatra gəlməyə bilərsiniz! Teatrda qərəzli ab-hava davam edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru