Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                     Ermənistanın dəmir yolları uğrunda mübarizə .....                     Həbs edilən polkovnik .....                     Səmədovun mənimsədiyi pulu oğlu qaytardı .....                 

“DEPUTAT YERLƏRİNİN 80 FAİZİ RÜŞVƏTLƏ MÜƏYYƏNLƏŞİR”
Tarix: 30-09-2012, 14:05 | Çap et
“DEPUTAT YERLƏRİNİN 80 FAİZİ RÜŞVƏTLƏ MÜƏYYƏNLƏŞİR”
“QALANLARI QOHUM ƏQRABALARDIR”

Gülər Əhmədovanın rüşvət skandalıyla bağlı məsləyə mövcud rejimin daxili iyrəncliklərini bilən və uzun müddət ona qarşı mübarizə aparan ACP lideri Rəsul Quliyevin münasibətini öyrənməyə çalışdıq. Elə ilk sualımız da ona “bu hadisəni necə qiymətləndirirsiniz” oldu. Eks-spiker bizimlə söhbətə belə başladı:

- Gülər Əhmədova haqqında videoyazıda göstərilən proseslər və Elşad Abdullayevin rüşvət verməklə deputat olmaq istəməyi tamaşası ildə Azərbaycanda minlərlə dəfə təkrarlanan, baş verən ssenarilərdən biridir. Çəkilməyən videolarda prezidentdən tutmuş yol polisinə qədər minlərlə Gülər xanım kimi rüşvət yığanlar və minlərlə Elşad müəllim kimi rüşvət verənlər eyni məzmunlu, ancaq müxtəlif variantlarla , ya daha aqresiv və ya daha mülayim şəkildə sövdələşirlər. Bu videoya baxıb “ah, uf” edənləri başa düşmək çətindir. Nə qeyri adi bir iş baş verib ki, xanımlar və cənablar? Məgər, bu hadisə hər bir vətəndaşın gündəlik həyatında gördüklərindən və elədiklərindən nə iləsə fərqlənir? Bəyəm, polis serjantı olmaq üçün verilən rüşvətlə, deputat kreslosunu almaq üçün verilən rüşvətin arasında nə fərq görürsünüz? Kimisə qınamamışdan əvvəl hər biriniz öz həyatınızdan rüşvət verdiyiniz anları xatırlayın.

Videoda göstərilən kadrların təhlilinə gəlincə, onu seyr etdikcə məlum olur ki, bu səhnələr Abdullayevin 3-cü cəhdidir. Yəni, onun pul verib deputat seçilməməsi birinci dəfə deyildir . Bəlkə də həmin digər iki dəfənin qəzəbi onu sonuncu söhbəti yazmağa vadar edib. Heç şübhə yoxdur ki, Abdullayev əvvəlki iki dəfə rüşvət verib deputat seçilməyəndən sonra verdiyi pulu geri ala bilməyib. 3-cü dəfə pulu geri almaq üçün bu videonu çəkib və düşünürəm ki videonu youtuba qoymamışdan öncə bir neçə dəfə Əhmədovaya sifarişlər və videodan parçalar göndərib. Çox ehtimal ki, ondan geri almaq istədiyi pulun miqdarı verdiyindən çox olub.Əvvəllər verdiyi rüşvətləri də onun üstünə gəlib.

Mənim heç şübhəm yoxdur ki, xanım Əhmədova aldığı pulun azı 80 faizini onun işini düzəldəcək adama verib. Özünün aradüzəltmə haqqını da əlbəttə ki, götürüb. Şantajdan təşvişə düşən Gülarə xanım birinci sözsüz ki, pulu verdiyi şəxsin yanına gedib. Bəlkə də xahiş edib ki, pulu Abdullayevə qaytarmaq lazımdır, yoxsa o bizi biabır edəcək. Ancaq o bilməliydi ki, verilən rüşvəti işi düzəldib düzəltməsindən asılı olmayaraq bu rejimin liderləri heç vaxt geri qaytarmırlar. Belə bir ənənə hələ yaxın keçmişimiz 1995-ci ildən qoyulmuşdu. Hələ o vaxtı mənim belə şarlatanlıqlarla əlaqədər prezidentlə çox xoşagəlməz söhbətlərim də olmuşdu.

İndiki prezidentimizdə də o vaxtdan belə bir xarakter formalaşmışdı. Çoxları yəqin, unudub, ancaq 1997-ci ildən onun neft kompaniyasındakı kabinetinin qarşısında rüşvət vermək üçün növbə düzülərdi.

Əliyevlərin və onların ətrafındakıların çox maraqlı arqumentləri var idi. Bu qədər pulu rüşvət verən haradan yığıb? Deməli oğurlayıb. Leninin məşhur kəlamı üzərində işlərini qururdular. вЂ?’Oğurlanmışları oğurla!’’ Və yaxud bizim öz milli “mentalitetimizlə” desək, “oğrudan oğruya halaldır”. Pulunu geri istəyənlərin üzərinə prokurorluğu qısqırdırdırlar, yazıq bir o qədər də yenidən rüşvət verməli olurdu. Bu sistem nəinki dəyişməyib, əksinə daha artıq əxlaqsızlaşıb. Milyon dollarla rüşvət verib nazir olmaq istəyənlərin siyahısını vermək olar. Hansı ki, nə nazir postunu ala bilib, nə də verdiyi rüşvəti.

-Sizcə, Gülər xanım bu korrupsiya ierarxiyasında hansı mərtəbədə dayanırdı?

-Korrupsiya sistemində konkret olaraq rüşvətlə deputat yeri müəyyənləşdirən bir adam deyil. Başda sözsüz ki, bir adam dayanır. Ancaq rüşvəti alan vasitəçilərin sayı onlarladır. Həmin şəxslərin də onlarla öz vasitəçiləri var, yəni bu alqı-satqı, daha doğrusu deputat kreslosu satan вЂ?’bazarda’’ 100-lərlə adam çalışır, onlardan biri də məlum oldu ki, xanım Əhmədova imiş. O qədər. Gülər Əhmədova o sistemin ən aşağı mərtəbəsində yer alan adamdır. Amma indi hər kəs onun üstünə düşür. Sanki Azərbaycana rüşvəti gətirən odur. Adını da “qaynana” qoyaraq statusunu bir az da böyük göstərməyə çalışırlar. Millət də hakimiyyətin əsas canı bir kənarda qalır, Gülər Əhmədovanın üstünə düşür. Korrupsiyaya qarşı mübarizə aparmaq istəyən toplum bunu yuxarıdan başlamalıdır. Necə ki, balıq da başdan qoxar.

-Gülər Əhmədova skandalı parlamentin legitimliyini şübhə altına almırmı?

-Təbii ki, alır və bizim indiyə qədər dediklərimizi təsdiqləyir. Bilirsinizmi, Azərbaycanın ən böyük problem nədir? Ən böyük problemimiz bizdə azad rəqabət şəraitində seçki keçirilməsi mühitinin olmamasıdır. Seçkilərin bu cür iyrənc üsullarla “keçirilməsi” buna xidmət edir. Biz həmişə deyirdik ki, seşki rəqabət prinsipinə əməl edilmədən keçirilməsə əsl seçki sayıla bilməz. Rəqabət və fürsət bərabərliyi olmayan cəmiyyətlərdə ancaq meşə və cəngəllik qanunları hökm sürər. Gülər Əhmədovanın məlum videosu da bunun isbatıdır. Video bir faktı bariz şəkildə sübut edir ki, Azərbaycanda seçki hərracı deyilən bir system var. Bu sistem auksionlarda olduğu kimi kimin nə qədər verəcəyi prinsipinə əsaslanır. Məsələn, Əhmədovanın şefi elan edir: -Abdullayev 400 min manat, bir başqa şef isə deyir :- Məmmədov 500 min. Yuxarıda oturan çəkicin vurur 500 min, bir, iki… Bu vaxt başqa birisi ortaya tullanır:- flankəs 600 min . Yuxarıda oturan “600 min… Bir, iki, üç, satıldı.”-deyir. Obrazlı desək , proses prinsip etibarilə bu şəkildə həyata keçirilir.

-Doğrudanmı, deputat mandatlarının hamısı bu cür satılır?

- Deputat yerlərinin azı 80 faizi ancaq rüşvətlə müəyyənləşdirilir, yerdə qalanlar isə qohum əqrabalardır. Orta Asiya və Belarusiyadan fərqli olaraq Azərbaycanda əvvəlcədən bir yerə bir adamı müəyyənləşdirirlər, sonradan seçki şousuna başlayırlar. O biri ölkələrdə fərqlidir. Məsələn, Qazaxstanda maksimum 20-30 faiz rüşvətlə deputat ola bilər. Rüşvəti alan da prezident deyil. Ümumiyyətlə Orta Asiya avtoritarizminin seçki ənənəsinə görə, bəzi yerlərdən iqtidara mənsub bir neçə namizəd seçkiyə qatılır. Onlar arasında həqiqətən də rəqabət prinsipinə söykənən seçki yarışı olur. Bu cəhətilə Orta Asiya ölkələri belə Azərbaycandan daha demokratikdirlər. Orada yenə demokratik seçki ənənəsinin rüşeymləri var və bu rüşeymlər getdikçə inkişaf edərək demokratik sistemə çevrilə bilərlər. Azərbaycanda isə bu cür rüşeymlər belə yoxdur. Seçkilər tam hərraca mal qoyulan kimi keçirilir. Siyahılar öncədən hazırlanır. Xalqa isə seçki günü gedib şouda öz mənasız rolunu oynamaq qalır. Biz bu sistemi durdura bilməsək vəziyyətimiz Orta Asiyalılardan, Afrikanın cəngəllik dövlətlərindən daha ağır olacaq. \ Azpolitika.com \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
• Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16
• "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03
• Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru