Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm .....                     Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı .....                     Elşən Şahverdiyev “Guven Technology”də rəhbəri vəzifəyə təyin olundu .....                     "Azərenerjikomplektləşdirmə" MMC-dən 1,2 milyonluq tender .....                     İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır .....                     Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib .....                     Brent nefti 104 dollardan BAHA SATILIR .....                     Ukraynalı model rusiyalı oliqarx Abramoviçlə görüşür .....                     Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi .....                     Əli Məmmədova yüksək vəzifə verildi .....                     Polşa təxribat təhlükəsi səbəbindən Kalininqradla sərhəddə xüsusi əməliyyata başlayıb .....                     Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb .....                     Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib .....                     200 minlik dələduzluq edən azərbaycanlı həbs olundu .....                     Azərbaycanlı Dubaydakı məşhur şirkətdə yüksək vəzifə aldı .....                     Putin və İran Təhlükəsizlik Şurasının rəhbəri arasında telefon danışığı oldu .....                     “RAM Construction” xaricə dollar köçürdüyünə görə .....                     Mərkəzi Bankda YENİ TƏYİNAT .....                     MOLLABAŞ TROL SÜRÜSÜNƏ Azərbaycanlı qadından DƏRS .....                     Paşinyanın yeni “konstitusiya oyunu”: .....                     Neft və qızıl ucuzlaşır: .....                     Respublika Diaqnostika Mərkəzinin yeni rəhbər təyin edildi .....                     "Sizin yerinizə utanıram" .....                     SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? .....                     Azərbaycanda İT şirkəti ləğv olundu .....                     Səhiyyə nazirinin müşaviri işdən çıxdı .....                     Jurnalist adamı tanımalıdır, yoxsa adam qanunu? .....                     SOCAR 5 il bundan əvvəl xalqdan aldığı borcu qaytardı .....                     Bölgələrdə səhiyyə problemi: .....                     Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi .....                     Azərbaycanda 14 yaşlı qız hamilə qaldı: Əsgər həbs edildi .....                     Məktəbə getməyən şagirdləri nə gözləyir? .....                     Ermənistanın “Tramp marşrutu” ilə daşınan yükləri yoxlamaq hüququ olacaq .....                     “PAŞA Bank”dan “PAŞA Kapital”a vəzifəyə getdi .....                     Anar Əliyev özünə yeni müşavir təyin etdi .....                     "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" .....                     Bakıda onmərtəbəli binada lift kabusu .....                     Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlər var .....                     "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı .....                     “Stop” getsin, “dayan” gəlsin .....                 

FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)
Tarix: 30-10-2026, 15:01 | Çap et

"Fövqəladə Hallar Nazirliyi işbazların qanunsuz əməlləri qarşısında aciz qalıb?"

Masazırda yerləşən yaşayış kompleksinin 78-cı binasının zirzəmisində aparıldığı iddia edilən qazıntı və söküntü işləri sakinlərin narazılığına səbəb olub. Binanın təhlükəsizliyi ilə bağlı yaranan suallar Fövqəladə Hallar Nazirliyinin mövqeyini gündəmə gətirir.
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Bu gün isə vətəndaşların təhlükəsiz yaşayış şəraitinin təmin olunması, çoxmənzilli binaların qorunması və qanunsuz müdaxilələrin qarşısının alınması dövlət qurumları qarşısında duran mühüm vəzifələrdəndir.
Lakin Abşeron rayonunun Masazır kəndində yerləşən Qurtuluş 93 yaşayış kompleksində baş verdiyi bildirilən hadisələr bu məsələlərin nə dərəcədə ciddi nəzarətdə saxlanıldığı ilə bağlı suallar doğurur.
Nyus.Az-ın redaksiyasına kompleksin 78-cı binasında yaşayan bir qrup sakin tərəfindən müraciət daxil olub. Sakinlər binanın zirzəmisində aparıldığı bildirilən qazıntı və söküntü işlərindən narahat olduqlarını, bu müdaxilələrin binanın təhlükəsizliyinə mümkün təsirlərindən ehtiyat etdiklərini bildirirlər.
Zirzəmi obyektə çevrilir, yoxsa binanın təhlükəsizliyi risk altındadır?
Sakinlərin iddiasına görə, binanın zirzəmi hissəsi yaşayış kompleksi satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulub. Lakin onların sözlərinə əsasən, sonradan zirzəminin çıxışları bağlanıb və ərazinin obyektə çevrilməsi istiqamətində işlər aparılmağa başlanılıb.
Sakinləri narahat edən əsas məqam isə zirzəmidə aparıldığı bildirilən söküntü və qazıntı işlərinin binanın konstruksiyalarına təsir göstərə bilməsi ehtimalıdır.
Əgər aparılan işlər zamanı binanın daşıyıcı konstruksiyalarına müdaxilə edilir və ya təhlükəsizlik normaları pozulursa, bu məsələ yalnız sakinlərin narazılığı ilə məhdudlaşmamalı, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır.
Çoxmənzilli yaşayış binalarında özbaşına aparılan tikinti və yenidənqurma işləri sakinlərin həyatı və əmlakı üçün təhlükə yarada bilər. Buna görə də belə hallarda görülən işlərin qanuniliyinin, texniki təhlükəsizlik tələblərinə uyğunluğunun və müvafiq icazələrin olub-olmamasının müəyyənləşdirilməsi vacibdir.

FHN-in Sumqayıt Regional Mərkəzi niyə susur?

Ortaya çıxan suallar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının diqqətini cəlb etməlidir. Xüsusilə FHN-in Sumqayıt Regional Mərkəzinin Qurtuluş 93 yaşayış kompleksinin 78-cı binasında aparıldığı bildirilən işlərlə bağlı hansı tədbirləri gördüyü maraq doğurur.
Ərazidəki vəziyyət araşdırılıbmı? Binanın zirzəmisində aparılan qazıntı və söküntü işlərinin təhlükəsizlik normalarına uyğunluğu yoxlanılıbmı? Daşıyıcı konstruksiyalara müdaxilə edilibsə, bunun qarşısının alınması üçün hansı addımlar atılıb?

Bunlar sakinlərin cavab gözlədiyi əsas suallardır.

Əgər iddialar təsdiqini taparsa, aidiyyəti şəxslərin məsuliyyəti məsələsinə hüquqi qiymət verilməli, qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Əks halda, vətəndaşların narahatlığının cavabsız qalması dövlət qurumlarına olan etimad baxımından əlavə suallar yarada bilər.
Sakinlərin təhlükəsizliyi diqqətdən kənarda qalmamalıdır
Qurtuluş 93 yaşayış kompleksi ilə bağlı səsləndirilən iddialar bir daha göstərir ki, yaşayış binalarında aparılan hər hansı qazıntı və yenidənqurma işi ciddi nəzarət altında olmalıdır. Məsələ yalnız zirzəminin hansı məqsədlə istifadə olunması deyil, həm də binanın konstruktiv təhlükəsizliyinin qorunmasıdır.

Nyus.Az olaraq, Fövqəladə Hallar Nazirliyini və digər aidiyyəti qurumları sakinlərin müraciətinə aydınlıq gətirməyə, ərazidəki vəziyyətin araşdırılmasına və nəticələrlə bağlı ictimaiyyətə məlumat verməyə çağırırıq.

Yazıda səsləndirilən məlumatlar sakinlərin redaksiyaya müraciəti və iddiaları əsasında hazırlanıb. Məsələ ilə bağlı aidiyyəti qurumların və işləri həyata keçirən tərəfin mövqeyi dərc olunmağa hazırdır.
Nyus.Az mövzunu diqqətdə saxlayacaq.

Nyus.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm - Elmar Məmmədyarov
Bu gün, 00:10
• Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi
Bu gün, 00:06
• Elşən Şahverdiyev “Guven Technology”də rəhbəri vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 00:03
• "Azərenerjikomplektləşdirmə" MMC-dən 1,2 milyonluq tender — 30 min borcu, 20 manat kapitalı olan şirkət qalib oldu
Bu gün, 00:00
• İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
Dünən, 23:58
• Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib - "Reuters"
Dünən, 23:54
• Brent nefti 104 dollardan BAHA SATILIR
Dünən, 20:50
• Ukraynalı model rusiyalı oliqarx Abramoviçlə görüşür – Bakıya da gəliblər
Dünən, 20:44
• Meydan TV-də böyük qalmaqal: Həbsdəki jurnalistlər rəhbərliyi ifşa etdi – “Bura sizin meydanınız deyil!”
Dünən, 20:42
• Əli Məmmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 20:40
• Polşa təxribat təhlükəsi səbəbindən Kalininqradla sərhəddə xüsusi əməliyyata başlayıb - KİV
Dünən, 20:38
• Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb - FOTO
Dünən, 19:06
• Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib - Pezeşkian
Dünən, 19:00
• 200 minlik dələduzluq edən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 18:28
• Azərbaycanlı Dubaydakı məşhur şirkətdə yüksək vəzifə aldı - FOTO
Dünən, 18:25
• Putin və İran Təhlükəsizlik Şurasının rəhbəri arasında telefon danışığı oldu - "Tasnim"
Dünən, 18:23
• “RAM Construction” xaricə dollar köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Dünən, 18:18
• Mərkəzi Bankda YENİ TƏYİNAT - ƏMR
Dünən, 18:17
• MOLLABAŞ TROL SÜRÜSÜNƏ Azərbaycanlı qadından DƏRS - VİDEO
Dünən, 18:11
• Paşinyanın yeni “konstitusiya oyunu”: - Nəyə nail olmaq istəyir?
Dünən, 18:07
• Neft və qızıl ucuzlaşır: - Azərbaycan nə itirir, nə qazanır?
Dünən, 18:06
• Respublika Diaqnostika Mərkəzinin yeni rəhbər təyin edildi - FOTO
Dünən, 18:02
• "Sizin yerinizə utanıram" - Xanəndədən sərt sözlər
Dünən, 17:47
• SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? - İLGİNC
Dünən, 17:42
• Azərbaycanda İT şirkəti ləğv olundu
Dünən, 17:34
• Səhiyyə nazirinin müşaviri işdən çıxdı - öz istəyi ilə...
Dünən, 17:27
• Jurnalist adamı tanımalıdır, yoxsa adam qanunu? - Səbinə ƏVƏZQIZI yazır...
Dünən, 17:22
• SOCAR 5 il bundan əvvəl xalqdan aldığı borcu qaytardı
Dünən, 17:18
• Bölgələrdə səhiyyə problemi: - “Elə xəstəxana var ki, 5-6 aydır rentgen aparatı xarab olub”
Dünən, 17:05
• Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
Dünən, 16:59
• Azərbaycanda 14 yaşlı qız hamilə qaldı: Əsgər həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:46
• Məktəbə getməyən şagirdləri nə gözləyir? – İki kritik məqam
Dünən, 16:42
• Ermənistanın “Tramp marşrutu” ilə daşınan yükləri yoxlamaq hüququ olacaq - Akopyan BELƏ DEYİR...
Dünən, 16:39
• “PAŞA Bank”dan “PAŞA Kapital”a vəzifəyə getdi - BUNDAN SONRA...
Dünən, 16:35
• Anar Əliyev özünə yeni müşavir təyin etdi - ƏMR
Dünən, 16:34
• "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" - Ermənistanın ədliyyə naziri
Dünən, 16:31
• Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
Dünən, 16:28
• Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlər var - 5 cinayət işi açıldı
Dünən, 16:24
• "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı - TƏFƏRRÜAT
Dünən, 16:10
• “Stop” getsin, “dayan” gəlsin – Dilçi alim deputatın təklifinə qarşı çıxdı
Dünən, 16:07
• Məni öldürsələr belə, məqsədlərinə çata bilməyəcəklər – Pezeşkian
Dünən, 15:58
• Azərbaycanda 72 saatlıq ehtiyat toplamaqla bağlı çağırış edilə bilər? - AKTUAL
Dünən, 15:52
• Transxəzər kəməri: - siyasi bəyanatlar və iqtisadi reallıq arasında
Dünən, 15:50
• SOCAR-da neft hasilatı 5,1%, qaz hasilatı isə 15,3% aşağı düşdü - RƏQƏMLƏR
Dünən, 15:43
• Dövlət qurumundan şirkətə 4,3 milyonluq sifariş – MÜQAVİLƏ, DETALLAR
Dünən, 15:42
• "Legion Financial"a 1 milyon manat pul lazımdır
Dünən, 15:39
• "Sea Breeze" yeni şirkət yaradıb
Dünən, 15:38
• İran Azərbaycanla sərhəddə raketlər yerləşdirdi - FOTO
Dünən, 15:36
• "Qanun şahdır, yoxsa cənab Mollayev?" - MÜRACİƏT
Dünən, 15:28
• Qəzada ölən gənc şair övladı imiş - TƏFƏRRÜAT
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru