"Əslində Şahin Bağırov Dövlət Gömrük Komitəsində elə bil sistem qurub ki, ya onun qaydalarına tabe olub, qanunları pozmalısan... ya da qanunlara boyun əyib, onun qaydalarına etiraz etməlisən. İkinci halda, işindən olacaqsan... Bu faltdır və bu həm də o deməkdir ki, bu gün gömrük sistemində çalışanlar əgər davamlı olaraq işə gedib-gəlirlərsə, deməli, artıq hardasa, hansısa "qanunun yanından keçməli olub". Bu isə konkret məsuliyyət yaradan haldır..." "DİA-AZ" bildirir ki, bu sözlər bir qrup DGK işçisi adından edilən müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Gömrük sistemi bu gün Şahin Bağırovun şəxsi mülkü kimi idarə olunur. İşçilərin əməkhaqqıları, əməkhaqqılara əlavələr, mükafatlar kəsilsə də, Şahin Bağıorva çatmalı olan pullarda azalma yoxdur. Elə bayram, əlamətdar gün yoxdur ki, ona hədiyyələr verilməsin. Ən bahalı hədiyyə 2-3 min manat dəyərində olur.
Özü isə hətta xanım işçilərə 8 Mart münasibətilə adi "kruşka" hədiyyə edir. Yəqin ki, DGK-nin qadın işçilərə 8 MART hədiyyəsi olan məşhur videonu xatırlayırsınız...























