
Rusiyanın Saratov vilayətinin Engels rayonunda məhkəmə Azərbaycan vətəndaşına hökm oxuyub.
Modern.az xəbər verir ki, istintaq versiyasına görə, 57 yaşlı Azərbaycan vətəndaşı əlbir olduğu şəxslə birlikdə zərərçəkmiş şəxsə onun əcnəbi işçisi üçün müvəqqəti yaşamaq icazəsi almağa kömək edəcəklərini vəd edib. Onlar polisdə əlaqələrinin olduğunu iddia ediblər. Təqsirləndirilən şəxs isə göstərdikləri xidmətin real təsir bağışlaması üçün müştərilərlə birlikdə miqrasiya məsələləri üzrə şöbəyə də gedib.
Saxta xidmətlərinə görə şəriklər 200 min rubl (təxminən 423 manat) tələb ediblər.
Təqsirləndirilən şəxs həmin məbləğin hamısını aldığı anda regional FTX-nin (FSB) əməliyyatçıları tərəfindən saxlanılıb.
Dələduzluğa cəhd ittihamı ilə, əvvəlki məhkumluqları da nəzərə alınmaqla, 57 yaşlı kişiyə 2 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası verilib. Bununla belə, məhkəmənin hökmündən hələ apellyasiya şikayəti verilə bilər.
























