
Azərbaycanda lizinq xidmətləri göstərən “Legion Financial” ASC 1 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 100 manatdan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onlara illik 16% gəlirlilik vəd olunur.
Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Troni İnvestisiya Şirkəti" QSC-dir.
























