
Türkiyədə keçirilən küçə sorğusunda iştirak edən azərbaycanlı qadının Türkiyə-Azərbaycan qardaşlığı ilə bağlı səmimi sözləri sosial şəbəkələrdə gündəm olub.
Lent.az xəbər verir ki, sorğu zamanı ona verilən "Azərbaycanla aranı pzomuşuq. Niyə belə oldu?" sualına qadın aşağıdakı cavabı verib:
"Biz etmədik, siz özünüz pozdunuz".
O, həmçinin, son zamanlarda sosial şəbəkələrdə bəzi türklərin azərbaycanlıların əleyhinə yazdıqları fikirləri də tənqid edib.
"Biz sizə nə etdik? Azərbaycan həmişə çətin günlərdə yanınızda oldu. Azərbaycandan başqa hansı ölkələr çətin günlərdə sonuna qədər yanınızda oldu? Biz sizə yaxşılıq edirik, qarşılığında ancaq pislik..."
Bu çıxış izləyicilər tərəfindən böyük rəğbət və müsbət rəylərlə qarşılanıb.
























