
Dövlət satınalmaları sahəsində növbəti iri məbləğli müqaviləyə yekun vurulub.


32gun.az-ın əldə etdiyi məlumata görə, "AZƏRENERJİKOMPLEKTLƏŞDİRMƏ" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən müxtəlif növ inşaat mallarının satın alınması üzrə tender müsabiqəsinin qalibi "CONSTRUCTOR SUPPLY SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tərəflər arasında ümumi məbləği 1.282.639,43 AZN (1 milyon 282 min manatdan çox) təşkil edən satınalma müqaviləsi bağlanıb.
32gun.az-ın aparılmış araşdırması zamanı 1,2 milyon manatdan çox dövlət vəsaitinin idarə edilməsi tapşırılan qalib şirkətlə bağlı diqqətçəkən məqamlar üzə çıxıb. Belə ki, "Constructor Supply Services" MMC-nin dövlət büdcəsinə 30.950,04 AZN məbləğində vergi borcu mövcuddur.
Rəsmi qeydiyyat məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 20 AZN olan şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 8, mənzil 38 ünvanında hüquqi qeydiyyatdadır. Cəmiyyətin qanuni təmsilçisi Həsənəli Dövlətov Məhərrəm oğludur.
























