İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

RAMİL SƏFƏROV MARKARYANI NİYƏ ÖLDÜRÜB? - YENİ FAKTLAR
Tarix: 10-11-2012, 12:48 | Çap et
RAMİL SƏFƏROV MARKARYANI NİYƏ ÖLDÜRÜB? - YENİ FAKTLAR
ERMƏNİ MƏTBUATI AÇIQLADI

Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərovun işi ilə bağlı şok təfərrüatlar yayılıb. Modern.az bilririr ki, bu barədə musavat.com məlumat yayıb.

Belə ki, Ermənistanın "Panorama.am“ saytı ilk dəfə olaraq Azərbaycan zabitinin məhkəmə qərarını açıqlayıb. Saytın iki hissəyə ayırdığı yazıda bəlli hadisə ilə bağlı şok təfərrüatlar yer alıb. Bu məqamlara keçməmişdən qeyd edək ki, məhkəmə qərarını təbii ki,ermənilər öz istəklərinə uyğun şəkildə təfsir ediblər. Buna baxmayaraq, bu sənəd rəsmi xarakter daşıdığından manupulasiya imkanları xeyli məhdudlaşıb. İstənilən halda, nəzərdə saxlamaq lazımdır ki, bu xəbər erməni mediasına istinadən hazırlanıb, yəni doğru olmayan və ya saxtalaşdırma məqamlarının olması da istisna edilməməlidir...
Lakin indiyədək heç kəsin bilmədiyi (bir neçə nəfər istisna olmaqla) bu məlumatlar rəsmi məhkəmə protokollarıdır və bunlar R.Səfərov-Q.Markaryan münaqişəsinə işıq tutur.

****

Belliklə, 2004-cü ilin fevralın 19-də baş vermiş olayın səbəbləri barədə məhkəmənin qərarında deyilir ki, cinayət guya, xüsusi qəddarlıqla, əvvəlcədən planlaşdırılıb. Qeyd edilir ki, cinayətkar ikinci şəxsi də öldürməyə cəhd edib. Bunu nəzərə alaraq məhkəmə ömürlük həbs qərarı verib. Məhkum yalnız 30 il sonra əfv olunmaq üçün dövlət orqanlarına müraciət edə bilərmiş.

“NF, 3383/2004/ 16-I” nömrəli cinayət işində Ramil Səfərov haqqında geniş məlumat verilir: ”14 yaşında Bakı Hərbi Məktəbinə daxil olub. Bir il sonra Türkiyədəki hərbi məktəbə göndərilib. 4 il orada oxuduqdan sonra, 4 il də hərbi akademiyada təhsil alıb. Daha 1 il təkmilləşmə ilə bağlı Türkiyədə qalıb. Cinayət törətdiyi vaxt baş leytenant rütbəsində olub və Azərbaycanın Ali Hərbi Məktəbində xidmət edib. Əvvəllər məhkum olunmayıb”.

Qeyd olunur ki, R.Səfərov cinayəti ayıq başla törədib. Psixoloji problemi olmayıb. Daha sonra məhkəmə qəraraında cinayətin səbəbləri sadalanır. Bu hissədə də maraqlı məqamlar var: ”Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbində, Qarabağ dağının şərqində, Ermənistana yaxın ərazidə yerləşir. Qarabağ xanlığının keçmiş ərazisi olan bu coğrafiyada 1923-cü il iyunun 7-də Dağlıq Qarabağ Müxtar Respublikası yaradılıb. Qurum Azərbaycanın tabeliyində olub. 1988-ci ildə müxtar vilayətin statusu ləğv olunub. Nəticədə Qarabağla Azərbaycan arasında (?) müharibə başlayıb. 1993-cü ildə əraziyə nəzarət bütövlükdə erməni əhalinin əlinə keçib. Bir il sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunub. 1996-cı ildə Dağlıq Qarabağ öz müstəqilliyin elan edib. Müttəhim Dağlıq Qarabağın yaxınlığındakı Cəbrayıl kəndində (?) doğulub.

Vətəndaş müharibəsi (?) zamanı ittiham olunan doğmalarını (valideynlərini, qardaşlarını) itirməyib, onların arasında yaralananlar da yoxdur. Amma hərbi əməliyyatlar zamanı müttəhim bir neçə uzaq qohumunu və yerlilərini itirib. Amma mülkü şəxslər arasında baş vermiş itkilər barədə məlumat əldə edib. Belələri arasında qadınlar, yaşlılar, uşaqlar da olub. Elə bu səbəbdən də onda ermənilərə qarşı nifrət hissi yaranıb. Vətəndaş müharibəsi zamanı o, yetkinlik yaşında olmayıb. Şəxsən müharibədə iştirak etməyib. Ancaq yaralı əsgərlərin daşınmasına yardımçı olub. O, hərbi məktəbi bitirib geri döndükdə artıq vətəndaş müharibəsi başa çatmışdı…
2004-cü ilin 11 yanvarında Ramil Səfərov 3 aylıq ingilis dili kursuna qatılmaq üçün Budapeştə gəlib. Kursa keçmiş sovet ölkələrindən (hər birindən 2 zabit olmaqla) hərbçilər dəvət olunmuşdu. O cümlədən macar zabitləri də Mikloşa Zrini adına Milli Univerisitetdə iştirak ediblər. Kursun dinləyiciləri arasında sonra zərər çəkmiş erməni zabiti leytenant Qurqen Markaryan və kapitan Qayk Makuçyan da olub”…

****

Qətlə yetirilən Markaryanın Azərbaycan bayrağını təhqir etdiyi təsdiqlənib...

Kursa gələnlər Budapeşt şəhərində, X rayonunda, Dairəvi küçə Hunqariyada 9-11 saylı binada yerləşdirilib. Binanın 3-cü mərtəbəsindəki iki nəfərlik otaqlar onların ixtiyarında olub. Yerlər bölünərkən xüsusi diqqət verilib ki, kursa gələnlər ingilisçə danışsınlar deyə, eyni yerdən gələn zabitlər müxtəlif otaqlara yerləşdirilib…

Qurqen Markaryan 218/a otağında macar zabiti Balaşam Kuti ilə olub, ikinci erməni zabit Qauk Mukuçyansa 220/b otağında litvalı zabit Palyus Salyusla qalıb. İttiham olunan şəxs - Ramil Səfərov isə ukraynalı zabitlə qalıb. Amma həmin zabit bu hadisədən əvvəl bir həftəlik məzuniyyət alıb. Cinayət törədilən zamanı R.Səfərov otaqda bu səbəbdən tək qalırmış. İkinci azərbaycanlı zabit Anar Raufsa başqa bir zabitlə üzbəüz otaqda qalırmış.

Kurs başlayarkən məlum olub ki, iki nəfər erməni zabiti də burada qalacaq. İlk günlər onlar (azərbaycanlı və erməni zabitləri) bir-birləri ilə salamlaşırmışlar. Sonra bu salamlaşma kəsilir. Onlar müxtəlif qruplarda təhsil alsalar da, eyni mərtəbədə qalırmışlar. Qarşılaşanda erməni zabitləri gülürmüşlər. Ona (R.Səfərova) elə gəlirmiş ki, ermənilər özlərini müzəffər tərəfin məğlub tərəf qarşısında aparan kimi aparırlar.

2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur… Avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya verməyib. Gözləyib ki, o, gəlib üzr istəsin. Ancaq Markaryan bunu etməyib. Belə olduqda müttəhim öz yerindən durub ona yaxınlaşıb və soruşub ki, hər hansı problem varmı? Markaryansa deyib ki, ayağı onun ayağına təsadüfən dəyib. Və gülüb. Müttəhim fikirləşib ki, erməni zabit çox içib və öz yerinə qayıdıb. Geri, univerisitetə döndükdə isə müttəhim eşidib ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyurlar və gülürlər. Mahnının bəzi yerlərində “Qarabağ-Artsaq” ifədələri səslənib və daha sonra onlar ermənicə söyüş söyüblər.

Bu hadisədən bir neçə gün sonra isə Ramil Səfərov dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurub.

Fevralın 16-sı axşam saat 22:00 radələrində Ramil Səfərov dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olub. Həmin söhbətdə Azərbaycan bayrağı məsələsi də hallanıb. Bundan bir neçə gün əvvəlsə litvalı öz ad gününü qeyd edib. Onda azərbaycanlı zabitlər hədiyyə kimi brulokda olan Azərbaycan bayrağını litvalı zabitə hədiyyə ediblər. Bundan başqa hədiyyə olaraq Laum (?) qalasının maketini də ona bağışlayıblar. Həmin söhbət zamanı Səfərov eşidib ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.

Bu məsələ ilə bağlı azərbaycanı zabitlər dil kursunun rəhbəri Demeter Atillaya məlumat veriblər. Bildiriblər ki, bəzən kurslarda müsəlman qadınlar haqqında xoşagəlməz sözlər deyilir, dərsdən sonra isə İslamın terrorla əlaqələndirilməsi istiqamətində söhbətlər olur. Amma azərbaycanlılar son məsələlərlə bağlı ermənilərin adını çəkməyiblər.

Zərər çəkmiş Qurqen Markaryan 1978-ci ildə anadan olub. Səfərovdan 1 yaş balacadır. Hadisə baş verərkən onun 27 yaşı olub. Boyu 178 cm. olan zabit idmançı cüssəyə malik sağlam adam olub və leytenant kimi erməni ordusunda xidmət edib.”

Sənədin “Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var: ”Dil kursunda olarkən müttəhimdə 24 fevralda belə bir fikir yaranıb ki, 1992-ci il 26 fevralda baş vermiş və mülki əhali arasında çoxsaylı qurbalarla yekunlaşmış hadisə ilə əlaqədar olaraq hər iki erməni zabitin öldürsün.
Onda ermənilərə qarşı qisasçılıq və nifrət hissi getdikcə artırdı. O, artıq qeyd olunan günün ildönümünə qədər gözləmək istəmirdi. 19 fevralda səhərə yaxın onu öldürməyi düşünüb. Planını həyata keçirmək üçün 17 fevralda 19:00 radələrində o, ”TESCO-GLOBAL” hipermarketində olub. Uzunluğu 65 sm. eni 17x12,5 sРј olan balta və onu itiləmək üçün yiyə alıb və baltanı öz otağında gizlədib.
Növbəti gün axşam o, azərbaycanlı zabitlə öz otağında saat 22:30-a qədər söhbət edib. Sonra həmin zabit yatmaq üçün öz otağına keçib. Bundan sonra müttəhim ingilis dili ilə bağlı tapşırıqları yerinə yetirib. Sonra baltanı itiləməyə başlayıb. Vanna otağına keçib, sonra dəhlizə siqaret çəkmək üçün çıxıb. 19 fevral səhər saat 5-ə qədər gözləyib. Düşünüb ki, məhz həmin vaxt yuxu daha dərin olur".

Cinayətin törənməsi

Sənəddə daga sonra bildirilir: "Cibinə xəncər tipli bıçaq qoyan R.Səfərov əlində balta dəhlizə çıxıb. O, bilirdi ki, sağlam cüssəli Markaryan hansı otaqda yatır. Həmin otağın qapısın açır. İşığı yandırır. Qurqen Markaryanın hansı yataqda olduğunu bildikdən sonra ona tərəf gedir. Ona yaxınlaşıb baltanın iti tərəfi ilə onun başına və boynuna 3 dəfə zərbə endirir. Sonra onun sinəsinə və əzalarına də vurur. Müttəhim yaranmış səs-küyə oyanan zabit Balaş Kutini sakitləşdirir, ona bildirir ki, onunla heç bir işi yoxdur. Ramil Səfərov cinayəti törədərkən rus dilində təhqirlər səsləndirib, Qurqen Markaryanı öldürdükdən sonra siqaret yandırıb, siqareti sona qədər çəkib və kötüyünü də onun sinəsinə atıb…”.

****

Bu detallar bir daha sübut edir ki, öldürülən erməni zabiti dəfələrlə Ramil Səfərova ilişib, Azərbaycanı, azərbaycanlı qadınları və ən dəhşətlisi, Azərbaycan bayrağını təhqir edib. Kursun başlanğıcında ermənilərlə salamlaşan azərbaycanlı zabitlər məhz ermənilərin təhqiramiz, aqressiv davranışları səbəbindən az sonra onlarla salamlaşmanı kəsməyə məcbur olublar. Onların hərəkətləri barədə şikayətçi də olublar. Ramil Səfərov Markaryanın günlərlə davam edən təhqirlərinə dözməyərək, nəhayətdə, Azərbaycan bayrağını təhqir etməsi faktından sonra onu cəzalandırmaq qərarına gəlib...

P.S. Bu sənəd erməni mətbuatında dərc olunub və yazıda Ramil Səfərova qarşı qərəzli əlavələrin edildiyi istisna deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru