İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

ƏLİ HƏSƏNOV "FREEDOM HOUSE"UN HESABATINDAN DANIŞDI
Tarix: 13-12-2012, 13:00 | Çap et
ƏLİ HƏSƏNOV "FREEDOM HOUSE"UN HESABATINDAN DANIŞDI
PA RƏSMİSİNDƏN İLGİNC İZAHAT

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını subyektiv mülahizələr əsasında tərtib olunmuş QHT raportu kimi dəyərləndirir.

"Əgər "Freedom House" üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanların şəhərin mərkəzində qanunsuz aksiya keçirməsinə, anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, bu cəhdlərin qarşısının alınması ölkənin azadlıq reytinqini aşağı endirirsə, o zaman buyursun, Avropanın mərkəzi ölkələrində hüquq-mühafizə qüvvələrinin o tipli aksiyaçılara tutduğu divana qiymət versin. Bizim üçün xaos və anarxiyanın, məsuliyyətini itirmiş insanların daxili sabitliyi pozmaq, başqa insanların fəaliyyətinə mane olmaq və s. kimi qeyri-qanuni aksiyalarının qarşısının alınması qanunçuluğun tələbi və yerinə yetirilməsidir. O ki qaldı vətəndaşları təhqir edən, insanlara böhtan atan, qələm arxasına gizlənərək min bir oyundan çıxan, reketçilik edən, xalqına və dövlətinə xəyanət edən "jurnalistin" cəzasız qalmasına, bu da bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir", - Əli Həsənov cümə axşamı Trend-ə deyib.

PA rəsmisi bildirib ki, Azərbaycanda hər bir vətəndaş hansı peşə sahibi olmasından asılı olmayaraq öz fəaliyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Onun fikrinə görə "hüquqi dövlətdə insan hüquqlarının balansı mövcuddur. Bir insanın hüququ başqa birisinin hüququnun başlandığı yerdə bitir. Bizim Azərbaycan dövlətində hüquqların balansını belə anlayırıq".
O ki, qaldı "Freedom House"un digər məsələlərlə bağlı hesabatında qeyd olunan məsələlərə- jurnalistlərin azadlığının məhdudlaşdırılması, internet azadlığının təhdid olunması, bloqqerlərin sıxışdırılması və həbsə alınması, həbsxanalardakı vəziyyətin dözülməz olması, məhbuslara işgəncələr verilməsi və s. ilə bağlı fikir və mülahizələrə, hesab edirik ki, onlar da subyektiv mülahizədən başqa bir şey deyil. Bu hesabatlar daha çox bəzi antiazərbaycan meylli Qərb dairələrindən maliyyələşən, ölkə daxilində onlar üçün saxta raportlar hazırlayan bir neçə qeyri-hökumət təşkilatlarının məlumatı əsasında tərtib olunmuşdur və bunların Azərbaycanın real gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur". - Həsənov əlavə edib.


Ə.Həsənov "Freedom House" hesabatında xüsusi bir abzasla Bakı şəhərinin baş layihəsinə müvafiq olaraq bəzi yenidənqurma və köçürmə işlərinin mənfi qiymətləndirilməsinə də münasibət bildirmiş və qeyd etmişdir ki, bu artıq Azərbaycan üçün oxunmuş bir mahnıdır. Bu tipli ittihamlar bizim üçün tanış böhtan və yalanlar üzərində qurulmuşdur. "Eurovision" müsabiqəsi zamanından başlayan bu kompaniyanın arxasında erməni lobbisi və bəzi antiazərbaycan dairələr dayanır. Məqsəd də guya insanların mülkiyyət hüququnun pozulduğunu şişirdərək Azərbaycanın artmaqda olan müsbət imicinə zərbə vurmaq, Qərbdə onun dinamik inkişaf edən ölkə obrazını zədələmək, nüfuzuna xələl gətirməkdən ibarət idi. Əli Həsənovun sözlərinə görə Bakı şəhərindəki bütün bu yenidənqurma işləri və abadlaşdırma siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə insanlar və onların rifahının yüksəldilməsi, şəhərimizin abadlığı və gözəlliyi üçün həyata keçirilir. Bakı şəhərinin baş planına uyğun olaraq daxili infrastrukturların genişləndirilməsi və yenidən qurulması, şəhərin əvvəlki illərdə pozulmuş ahənginin bərpası, yüz minlərlə şəhər və on minlərlə məhəllə sakinlərinin rahat yaşayışının, gediş-gəlişinin təmin olunması və yaxşılaşdırılması üçün edilir. Lakin təəssüf edirik ki, bu işdə bəzi ailələrin təbii olaraq başqa yerə köçürülməsindən qaçmaq da qeyri mümkün olmuşdur. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə köçürülməyə məruz qalan insanların hüquqları tam təmin olunmuşdur. Onlara daha münasib alternativlər, daha sərfəli evlər, yaxud müvafiq ödəmələr təklif olunmuş və həmin insanlar da bunu razılıqla qarşılamışlar. Əlbəttə, təbii olaraq köçürülənlərdən bir neçəsi ənənəvi yaşayış yerini tərk etmək istəmədiyi üçün narazı qalmışdır. Amma bunların sayı razı qalanların və Bakı şəhərində, həmin məhəllələrdə gələcək həyat şəraitini yaxşılaşdıranlarla müqayisədə çox cüzi idi,- deyə Həsənov əlavə edib.
PA rəsmisi deyib ki, Azərbaycanda minlərlə insan köçürülüb. Bunun içərisindən, əlbəttə ki, 3-5 narazı tapıb mətbuata, televiziyaya çıxartmaq olardı və bunu bizim bəzi QHT-lərin dəstəyi ilə bir çox antiazərbaycan dairələri belə də edir.

"Necə olur ki, on minlərlə köçürülən insanın içərisindən 3-5 nəfəri təkrar-təkrar, ayrı-ayrı Qərb dairələri, Qərb mətbuatı öz səhifəsinə çıxarır, müsahibələrini dərc edir və bunu da bu gün "Freedom House" öz hesabatına salır? Yaxşı olmazdımı ki, onlar bu arayışları hazırlayarkən köçürməyə cəlb olunmuş digər insanların və şəhər sakinlərinin də fikirlərini nəzərə alsınlar. "Freedom House"-un hesabatını ümumiləşdirsək, bu hesabat neçə illərdir ki, ardıcıl olaraq bir-birinin ardınca bəzi QHT-lərin hazırladığı raportlardan heç nə ilə fərqlənmir. Burada tək Azərbaycanın adı keçmir, bütün postsovet ölkələri bu siyahıya salınıb, guya bunların əksəriyyətində insan hüquqları və azadlıqları pozulur, məhdudlaşdırılır", deyə - Həsənov bildirib.

Ə. Həsənovun fikrinə görə "Mənfi qiymətləndirmənin əksər postsovet ölkələrinə aid olması onu göstərir ki, "Freedom House"-un istifadə etdiyi metodologiya və yanaşma doğru deyil, "Freedom House"-un əsaslandığı mənbələr subyektiv mülahizələrdən çıxış edir və o mənbələrin çoxu məqsədyönlü fondlardan maliyyələşən QHT-lərdir ki, onlar da Azərbaycanın mənfi imicinin formalaşdırılmasında maraqlıdırlar", - Həsənov qeyd edib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Bu gün, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Bu gün, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Bu gün, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru