İSMAYILLIDA "İSTEFA" TƏLƏBLƏRİ SƏNGİMİR
Tarix: 24-01-2013, 12:07 | Çap et
XALQ NARAZILIĞI DAVAM EDİRTuran-ın müxbirinin İsmayıllı rayon mərkəzindən verdiyi məlumata görə, yanvarın 24-də saat 10:00-a yaxın rayonda vəziyyət sabit olub. Sonradan bir neçə yüz yerli sakin yenidən toplaşaraq İcra Hakimiyyətinin binasını əhatəyə alıb. Onlar icra başçısının istefasını tələb edirlər. Hüquq-mühafizə qüvvələri buna yol verməmək üçün tədbirlər görür və mitinqçiləri sıxışdırır.
Saat 10:30-da polis onlardan dağılışmağı tələb etsə də adamlar “İstefa!” şüarını səsləndirərək polisi daşa basıblar.
Hələ ki küçələrdə adam azdır və rayon mərkəzi fövqəladə vəziyyətin tətbiq olunduğu yeri xatırladır: küçələrdə DİN-in çevik polis alayı, digər qurumların xüsusi bölmələri, mitinqçiləri dağıtmaq üçün texnika yerləşdirilib.
Yerli sakinlər bildirirlər ki, iğtişaşlara əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu ilə baş vermiş insident səbəb olub. Dünən axşamdan keçmiş “Hammer“ avtomobilində Çıraq” otelindən çıxarkən yerli taksi sürücüsünün maşınını vurub. Sürücülər arasındakı mübahisə taksi sürücüsünə köməyə gələn yerli sakinlərin iştirakı ilə davaya çevrilib. “Hammer”in döyülmüş sürücüsü xəstəxanaya aparılıb.
Lakin DİN və Baş Prokurorluğun məlumatına görə, avtoxuliqanlığı “Çıraq” otelinin sərxoş sahibi – Emil Şəmsəddinov və yerli sakin Elməddin Məmmədov törədiblər ki, onlar da saxlanılıblar.
Sonra kortəbii nümayiş başlayıb. Müxtəlif hesablamalara görə, nümayişdə 2 mindən 4 minədək adam iştirak edib. Nümayişçilər Ələkbərovlar ailəsinə məxsus “Çıraq” otelini yandırıblar. Onlar həmçinin İcra Hakimiyyətinin başçısı, əmək və əhalinin sosial müdafiəsi nazirinin qardaşı Nazim Ələkbərovun evini yandırmaq istəyiblər. Lakin yerli ağsaqqallar bunu etməmək üçün hiddətlənmiş adamları dilə tutublar. Ələkbərovun villasının mühafizə yeri yandırılıb.
Aksiya zamanı icra başçısının istefası tələb olunub.
Nümayişçilər gecə saat üçə yaxın dağılışıblar. Sakinlərdən biri Turan-a bildirib ki, onlar rayonda repressiv rejim yaratmış Nazim Ələkbərovun istefasına nail olacaqlar.
Oliqarx-nazirlərin əkin sahələrini, otlaqları zəbt etməsi yerli sakinlərin qəzəbinə səbəb olur. Kəndlərdə sakinlərin hərəkətinə məhdudiyyətlər qoyulub, onlara meşələrdən istifadə etmək qadağan olunub, bəzi kəndlərdə postlar qoyulub ki, giriş-çıxış zamanı pasportlar yoxlanılır.
İsmayıllı qonşu Qəbələ, Oğuz rayonları ilə yanaşı mənzərəli dağətəyi zonasına daxildir. Bu rayonlarda da öz hökmranlıqlarını genişləndirən və yerli sakinləri sıxışdıran məmurların aqressiv fəallığı hökm sürür. Başqa regionlarda olduğu kimi, bu zonada da sosial təbəqələşmə təhlükəli həddə çatıb. Ötən il Quba rayonunda da bu cür etiraz aksiyası baş vermişdi. Mart ayında yerli sakinlər icra başçısının istefası tələbilə onun bir sıra obyektlərini yandırıblar. Sonradan hakimiyyət nümayiş iştirakçıları arasında həbslər aparıb.
İsmayıllı sakinlərinin sosial gərginliyin yaşanması bir ay deyil. Hələ ötən ilin mayında İvanovka kəndindən bir qrup sakin Prezident Administrasiyasına gələrək icra başçısı Nazim Ələkbərovun onları sıxışdırdığını bildirib. Sakinlər onu pul yığmaqda, torpaqları zəbt etməkdə ittiham ediblər. Münaqişə ört-basdır edilib, sakinlərin müdafiə olunacağı vəd edilib və onlar da artıq şikayət etməyiblər.
Yerli sakinlərin jurnalistlərə öz adlarını deməkdən çəkinmələri də İsmayıllıda repressiv atmosferdən xəbər verir. Buna baxmayaraq, adamlar deyirlər ki, icra başçısının istefasına nail olacaqlar. “İşsızlik, yoxsulluq, vergi, qorxu atmosferi canımızı boğazımıza yığıb”, - sakinlərdən biri şikayətlənib.
Hələlik rayonda araşdırma aparılır, İsmayıllıya Bakıdan komissiya gəlib.
Davos İqtisadi Forumunda olan prezident İlham Əliyevin hansı tədbiri görəcəyi hələlik məlum deyil. İki həftə əvvəl o, məzuniyyətini yarımçıq qoyaraq Bakıya dönmüşdü. Belə ki, yanvarın 12-də Bakıda mindən çox gənc əsgər Qubadovun orduda ölümünə etiraz olaraq nümayiş keçirmişdi.NARAZI XALQ DANIŞIR - VİDEO BURADA

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Bu gün, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Bu gün, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Bu gün, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Bu gün, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Bu gün, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Bu gün, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Bu gün, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Bu gün, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Bu gün, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Bu gün, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Bu gün, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Bu gün, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Bu gün, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Bu gün, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Bu gün, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Bu gün, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Bu gün, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Bu gün, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Bu gün, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Bu gün, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Bu gün, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Bu gün, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Bu gün, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Bu gün, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Bu gün, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Bu gün, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Bu gün, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Bu gün, 15:48 |
|
|
|
| • Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Bu gün, 15:43 |
|
|
|
| • Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Bu gün, 15:35 |
|
|
|
| • Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Bu gün, 15:32 |
|
|
|
| • Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Bu gün, 15:30 |
|
|
|
| • “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Bu gün, 15:26 |
|
|
|
| • Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Bu gün, 15:24 |
|
|
|
| • Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Bu gün, 15:20 |
|
|
|
| • Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Bu gün, 15:08 |
|
|
|
| • Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Bu gün, 15:05 |
|
|
|
| • Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Bu gün, 15:03 |
|
|
|
| • Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Bu gün, 15:00 |
|
|
|
| • İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Bu gün, 14:22 |
|
|
|
| • Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 14:08 |
|
|
|
| • Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Bu gün, 14:01 |
|
|
|
| • Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı
Bu gün, 13:16 |
|
|
|
| • "Məktəb təriqət, din yeri deyil, təhsil yeridir" - deputat
Bu gün, 13:03 |
|
|
|
| • Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb
Bu gün, 12:56 |
|
|
|
| • Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:51 |
|
|
|
|