İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                     Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: .....                     Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? .....                     ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək .....                     SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək .....                     İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib .....                     Bakıda müdir maaşını istəyən işçisini döydü .....                     Jurnalistlər kiberdələduzların hədəfindədir .....                     Paşinyan “topu” Azərbaycana atır? .....                     “Ucuz biletlər, bahalı macəralar” .....                     "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir" .....                     Azərbaycanın yeni reallıqları kimləri narahat edir? .....                     Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır .....                     Əhali niyə sürətlə borclanır? .....                     Fərid Məmmədovdan 4 yeni təyinat .....                     “Bank Avrasiya”nın mənfəəti 30% azalıb .....                     Azərbaycanda yeni lombard şirkəti təsis edilib .....                 

MİSİR MƏRDANOVA NƏYİ NECƏ İRAD TUTUBLAR?
Tarix: 24-02-2013, 13:41 | Çap et
MİSİR MƏRDANOVA NƏYİ NECƏ İRAD TUTUBLAR?
TQDK 3-cü sinif dərsliklərini niyə çıxdaş edib?

DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini davam etdirir. Uzunmüddətli araşdırmalar nəticəsində qurumun gəldiyi qənaət belə olmuşdu ki, 1-ci sinfin “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri tədrisə yararsızdır və onlar yenidən hazırlanmalıdır. Bir neçə gün öncə TQDK daha 3 dərsliyi – 3-cü sinfin “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərini çıxdaş hesab edib. Dünən günortadan sonra isə qurum ekspert şurasının bu dərsliklər haqqında yekun rəyini və qərarını özünün www.tqdk.gov.az saytının “Dərsliklərin monitorinqi” bölümündə yerləşdirib. Maraqlı olacağını nəzərə alaraq DİA.AZ olaraq rəylərin “Nəticə” hissəsini oxucuların diqqətinə çatdırırıq.

“Azərbaycan dili-3” dərsliyi:

1. Dərslikdə dil qaydaları kifayət qədər çox verilib. Əsas qüsurlardan biri budur ki, dil qaydalarının təqdimində nizamsızlıq var və 3-cü sinif şagirdlərinin yaş psixologiyası nəzərə alınmayıb. Sanki 3-cü sinif şagirdi bir tədris ilində Azərbaycan dilinin qrammatikasının əsas qaydalarını sürətlə öyrənib mənimsəməlidir. Bu, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin prinsiplərinə uyğun deyil. Məzmun xətləri bir-biri ilə qarşılıqlı əlaqədə verilmir. Dil qaydaları praktiki olaraq digər məzmun standartlarının reallaşmasında rol oynamır. Bununla da “Azərbaycan dili” dərsliyi öz vəzifəsini yerinə yetirə bilmir.
Çətin söz və ifadələrin izahında, orfoqrafiya qaydalarında və durğu işarələrinin qoyulmasında bir sıra məqamlarda yanlışlığa yol verilib.
Dərsliyə salınmış mətnlər şagirdləri Vətəni sevməyə və qorumağa, ölkənin daha da qüdrətli olması üçün çalışmağa, sülhə, vicdanlı olmağa, yalan danışmamağa çağırmalıdır. Mənəvi-əxlaqi dəyərlər haqqında təsəvvürlər mövcud birgəyaşayış qaydalarına, ənənələrə, adətlərə riayət etməyin zəruriliyini dərk etməkdə şagirdlərə kömək etməlidir; insaniyyət, Vətən sevgisi, etibar, inam, əməldə və fikirdə intizam, səxavət, əməksevərlik, xoş rəftar, dəyanət, səbir, etiqad və s. bu kimi anlayışlar dünyəvi xarakter daşıyır, tədricən şagirdlərin əxlaqi davranışının meyarına çevrilməlidir. Lakin dərslikdə bu yöndəki mətnlər və çalışmalar ya çox zəif və uğursuzdur, ya da heç yoxdur.
2. Mətnlərin və tapşırıqların ifadə tərzi və cümlə quruluşu Azərbaycan dilinin praktiki işlənmə vəziyyətindən bir çox hallarda seçilir, fərqlənir. Mətnlərin həcmi kifayət qədər böyükdür və bu, şagirddə dərsliyə, mətnə qarşı soyuq münasibət yaradır. Bəsit və yanlış cümlələr, mətnlər dilin ifadə imkanlarından şagirdlərin istifadə etməsinin, bu imkanların onlar tərəfindən mənimsənilməsinin qarşısını alır. Tapşırıqlar, çalışmalar qavramağa yönəlmir, mənəvi tərbiyə məsələlərinin açılmasına xidmət etmir. Tarixi faktlar, hadisələr, ədəbi əsərlərdən gətirilmiş nümunələr çox bəsitdir.
3. Dərsliyin bütün səhifələrinin həm yuxarı, həm də aşağı hissələri rənglənib, boş sahə yoxdur. Yuxarıdakı rəngli effektlərin içində dairələrdə "Dil qaydaları", "Oxu", "Nitq bacarıqları” və s. sözlər, bir çox mətnlərin adı aydın görünmür. Mətnlərə aid illüstrasiyalar əksər hallarda motivasiya xarakteri daşımır, illüstrasiya xatirinə verilib.
4. Bir vacib məsələ də sualların şagirdin şəxsiyyətinə yönləndirilməsidir. Məsələn, "Sizin məktəbdə uşaqlar təbiəti qorumaq üçün nə edirlər?", "Quşları qorumaq üçün sən özün nə edirsən?" kimi suallar birbaşa şagirdin özünə yönləndirilməlidir. Belə suallar və tapşırıqlar onların təbiətə və cəmiyyət işlərinə qayğı ilə yanaşmaq haqqında təsəvvürlərini formalaşdıra bilərdi, öz əməllərinə, öz işlərinə məsuliyyətlə yanaşmaları barədə təsəvvürlər oyadardı. Təəssüf ki, dərslikdə bunlar yoxdur. Tapşırıqlar daha çox test xarakteri daşıyır ki, bu da sərbəst düşüncəyə bir o qədər də imkan yaratmır. Test tapşırıqlarından yekun qiymətləndirmədə istifadə etmək daha səmərəli olardı.
5. Yekun rəy 14.02.2013-cü il tarixində müəlliflərə göndərilmiş, lakin 18.02.2013-cü il tarixinədək müəlliflər rəyə münasibət bildirməyiblər.

“Riyaziyyat-3” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir.
3. Proqramdan çoxlu sayda kənaraçıxmalar var.
4. Dərslikdə çoxlu sayda struktur xətaları var.
5. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb.
6. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
7. Dərsliyin tərtibatı nöqsanlıdır.

“Həyat bilgisi-3” dərsliyi:

1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslikdə fənn kurikulumu çərçivəsində nəzərdə tutulmuş alt-standartların reallaşdırılmasında çoxlu sayda kənaraçıxmalar var. Bəzi hallarda fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınmayıb.
3. Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
• Azərbaycanın yeni reallıqları kimləri narahat edir? - Ümumi qaydaları bir-birinə qarşı qoymadan...
Dünən, 15:43
• Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
Dünən, 15:35
• Əhali niyə sürətlə borclanır? - Ekspert deyir ki...
Dünən, 15:32
• Fərid Məmmədovdan 4 yeni təyinat - ƏMR
Dünən, 15:30
• “Bank Avrasiya”nın mənfəəti 30% azalıb
Dünən, 15:29
• Azərbaycanda yeni lombard şirkəti təsis edilib
Dünən, 15:26
• Ermənistanın dəmir yolları uğrunda mübarizə - Paşinyan Moskvadan nə istəyir?
Dünən, 15:24
• Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş
Dünən, 15:20
• Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
Dünən, 15:08
• Rusiyadan qaçanlar Ermənistanda kirayə qiymətlərini “uçurdu”
Dünən, 15:05
• Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq - KİV
Dünən, 15:03
• Pezeşkianın Təbrizə getməyinə İCAZƏ VERİLMƏDİ - ŞOK SƏBƏB
Dünən, 15:00
• İnsanlar hər ay banklara 240 manat borc ödəyir – Son 6 ildə 2,6 dəfə artıb
Dünən, 14:22
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Dünən, 14:08
• Borcu artan "İNDİ Market"in rəhbəri dəyişdi - ƏMR
Dünən, 14:05
• SEPAH-a yeni komandan TƏYİN EDİLDİ
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru